ASPİRİN KARDİO (tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
100 mq və ya 300 mq örtüklü tabletlər. Ticarət adı: Aspirin 80 kardio
Beynəlxalq patentləşdirilməmiş adı: Acetylsalicylic acid
Tərkibi:
Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq və ya 300 mq asetilsalisil turşusu vardır.
Köməkçi maddələr: sellüloza, qarğıdalı nişastası, metakril turşusunun və akril turşusunun etil efirinin sopolimeri (1:1), polisorbat 80, natrium- laurilsulfat, talk, trietilsitrat
Təsviri:
100 mq tabletlər- dairəvi, iki tərəfi qabarıq, bir qədər nahamar, qırığında ağ rəngli eynicinsli kütlə, ağ rəngli örtüklü tablet. 300 mq tabletlər - dairəvi, iki tərəfi qabarıq, bir qədər nahamar, qırığında ağ rəngli eyni cinsli kütlə, ağ rəngli örtüklü tablet
Farmakoterapevtik qrupu:
Qeyri-steroid quruluşlu iltihabəleyhinə preparat ATC kodu: (N02BA01 ]
Farmakoloji xüsüsiууetlari:
Farmakodinamikas Asetilsalisil turşusunun (AST) təsiri siklooksigenazanın (SOG-1) aktivliyinin dönməz tormozlanmasına əsaslanır və nəticədə Aq tromboksanın sintezi blokadaya alır və trombositlərin aqreqasiyasının qarşısı alınır. AST iltihabəleyhinə; ağrıçəsici və qızdırmanı azaldan təsirədə mafikdir.
İstifadəsinə göstərişlər:
- Risk amilləri mövcud olduğu bir şəraitdə (məsələn, şəkər diabeti, hiperlipidemiya, arterial hipertoniya, piylənmə, papiros çəkmə, ahıl yaşlar) kəskin miokard infarktının və təkrar miokard infarktının profilaktikası;
- Qeyri-sabit stenokardiya;
- insultun profilaktikası (o cümlədən beyin qan dövranının keçici pozuntusu olan pasiyentlərdə);
- Beyin qan dövranının keçici pozuntusunun profilaktikası;
- Cərrahi əməliyyatlardan və damarlarda invaziv müdaxilələrdən sonra tromboemboliyanın profilaktikası (məsələn, aortokoronar şuntlama, yuxu arteriyalarının endarterektomiyası, arteriovenoz şuntlama, yuxu arteriyalarının angioplastikası);
- Dərin venaların trombozunun və ağciyər arteriyalarının və onun şaxələrinin tromboemboliyasının profilaktikası (məsələn, ciddi cərrahi əməliyyat nəticəsində uzun müddət immobilizasiya vəziyyətində qaldıqda).
- Bir və ya daha çox dozaların qəbul edilməmiş vaxtında fəaliyyat Tətbiq olunmur
Əks göstərişlər:
- ASK-a, preparatın yardımçı maddələrinə və digər NPVP-lərə yüksək həssaslıq;
- Mədə-bağırsaq yolunun eroziv-xora zədələnmələri; mədə-bağırsaq qanaxmaları;
- Hemorragik diatez;
- Salisilatların ve NPVP-nin debul edilmesi tekan vermiş bronxial astma;
- Bronxail astmanın burun və burun boşluğu cibinin polipozunun şiddətləndirilməsi və ASK-ə dözümsüzlüklə uyuşması;
- Həftədə 15 mq və daha böyük dozada metotreksatla birgə qəbulu;
- Hamiləlik (1 və illi triimestr) və laktasiya dövrü;
- Uşaq yaşları (18 yaşadək).
- Podaqra, hiperurikemiya zamanı və anamnezində aşağıdakı xəstəliklər olduqda ehtiyatla qəbul etməli:
- Mədə-bağırsaq yolunun xora ilə zədələnmələri və ya mədə-bağırsaq qanaxmaları, böyrək və qara ciyər çatışmazlığı, bronxial astması, tənəffüs orqanlarının xronik xəstəlikləri, polinoz qızdırması, burun polipozu, digər dərmanlara allergik reaksiyalar, hamiləliyin ll triimestrində, həftədə 15 mq dozada metotreksatla birgə qəbulu.
Xususi göstərişlər:
Preparat həkimin təyinatından sonra istifadə oluna bilər. AST bronxospazm, bronxial astmanın tutmalatrını və yüksək həssaslığın digər reaksiyalarını törədə bilər. Risk faktorları kimi anamnezdə bronxial astmanın olmasını, titrətməni, burun polipozunu, tənəffüs sisteminin xroniki xəstəliklərini və digər preparatlara allergik reaksiyaların olmasını risk faktorları kimi göstərmək olar. AST müxtəlif dərəcəli qanaxmalar törədə bilər. AST antikoaqulyantlarda, trombolitiklərlə və antitrombositar preparatlarla birgə qəbulu qanaxmaların yaranma riskini artırır. Kiçik dozalarda AST meyilli olan şəxslərdə (sidik turşusunun azaldılmış ekskresiyası) podaqranın yaranmasına səbəbə ola bilər. AST metotreksatla birgə qəbulu qanyaradıcı orqanlarda əlavə təsirlərin meydana çıxması tezliyini artira biller. AST-nin yüksək dozaları hipoqlikemik effekt yaradır. QKS və salisilatların birgə qəbulu zamanı yadda saxlamaq lazımdır ki, müalicə zamanı salisilatların qanda olan səviyyəsi aşağıdır və QKS-ın təyini dayandırıldıqda salisilatların doza həddinin aşılması mümkündür. AST-nin ibubrofenlə birgə qəbul edilməsi tövsiyə olunmur. AST-nin dozas Inln arti rilmasi mede-baġrsaq qamaxmalarina sebaeb ola biller. Preparatin doza heddinin aşılması xüsusən yaşlı xəstələrdə təhlükəlidir. AST-nin spirtli içkilərlə birgə istifadəsi zamanı mədə-bağırsaq traktının selikli qişasının zədələnməsi və qanaxma müddətinin uzadılma riski artır.
Heparin və dolayı təsirli antikoaqulyantlar (trombositlərin funksiyasının pozulması və dolayı təsirli antikoaqulyantların zülallarla olan əlaqəsinin qırılması hesabına);
- trombolitik və antitrombositar preparatlar (tiklopidin);
- diqoksin;
- antidiabetik preparatlar (insulin ve sulfanilkarbamid töremeleri);
- val proy turşusu .
AST-nin spirtli içkilərlə birgə qəbulu zamanı additiv effekt müşahidə olunur. AST urikozurik preparatların (benzibromaronun) təsirini azaldır. Ümumi təsir göstərən qlükokortiosteroidlər salisilatların eliminasiyasını gücləndirərək onların təsirini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi Hamiləliyin 1-ci triimestrində salisilatların yüksək dozada istifadəsi dölün inkişafında anomaliyaların rast gəlməsi ilə müşayiət olunur (çatlı damaq, ürək qüsurları). Hamiləliyin 2-ci triimestrində Salisilatlar fayda/risk nisbəti araşdırıldıqdan sonra təyin edilə bilər. Hamiləliyin axırıncı triimestrində salisilatlar yüksək dozada (> 300 mg/süt) qəbul olunduqda doğuşu tormozlayır, dölün arterial axını vaxtından əvvəl bağlayır, anada və döldə yüksək qanaxmalarını, doğuşdan bilavasitə qabaq təyin edilməsi isə kəllədaxili qanaxmalarını yaradır. Salisilatlar və onların metabolitləri az miqdarda ana südünə keçir. Laktasiya dövründə salisilatların təsadüfən qəbulu körpədə əlavə təsirlərin yaranması ilə müşayiət olunmur və əmizdirmənin dayandırılmasına ehtiyac yoxdur. Lakin preparatı uzun müddət istifadə etdikdə döşlə əmizdirilmə dayandırılmalıdır.
Nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müşahidə olunmur.
İstifadə qaydası və dozası Preparat yeməkdən əvvəl çoxlu maye ilə qəbul olunmalıdır. Aspirinf kardio uzunmüddətli istifadə üçün nəzərdə tutulub. Müalicənin müddəti həkim tərəfindən təyin olunur. Keskin miokard infarktin profilaktikasi zamani: 100-200 mq\sut və ya 300 mq günaşırı (tez sorulması üçün birinci tableti çeynəmək lazımdır) ilk dəfə yaranmış kəskin miokard infarktın profilaktikası zamanı:
100 mq\sut və ya 300 mq günaşır. Təkrar miokard infarktın profilaktikası zamanı. Qeyri-stabil stenokardiya. Insultun, beyin qan dövranı pozğunluqlarının, damarlarda cerrahi emeliyyatdan sonra tromboemboliyanın profilaktikası zamanı: 100-300 maNgün Venalar trombozunun və ağciyər arteriyaların tromboemboliyasının profilaktikasında: 100 -200 mq\gün və ya 300 mq günaşır.
Əlavə təsirləri:
Allergik reaksiyalar: övre, Kvinke ödemi.
lmmun sistemə: anafilaktik reaksiyalar Mədə-bağırsaq sisteminə: ürəkbulanma, qıcqırma, qusma, qarın nahiyəsində ağrılar, mədə və 12-barmaq bağırsağın xorası, mədə-bağırsaq qanaxmaları, qaraciyər fermentlərinin aktivliyinin artması. Teneffüs sistemine; bronxospazm
Qanyaradıcı sistemə: qanaxmalar, anemiya (nadir hallarda) Qlükoza-6-fosfat dehidrogenazanın çatmamazlığın ağır formalarında hemoliz ve hemolitik anemiyanın halları müşahidə oluna bilər. Sidik ifrazat sistemi: Kəskin böyrək və qaraciyər çatışmazlığı halların haqqinda məlumat var Mərkəzi-sinir sistema: başgicələnmə, qulaqlarda küy.
Dərman preparatın ilk qəbulu və dayandırılması zamanı fəaliyyətın xüsusiyyətləri Tətbiq olunmur
Doza həddinin aşılması:
Qrta ağırlıq dərəcəsində doza həddinin aşılmasının simptomları Urəkbulanma, qulaqlarda küy, eşitmənin zəifləməsi, başgicəllənmə, şüurun pozulması.
Müalicə: Preparatın dozasının azldılması.
Ağır dərəcəli doza həddinin aşılmasının simptomları: Qzdirma, hiperventilyasiya, ketoasidoz, respirator alkaloz, koma, ürek-damar veteneffüsçatsmazlığı, aydın ifadə olunan hipoqlikemiya.
Müalicə: Təcili müalicənin aparılması üçün xəstəxanaların xüsusi şöbələrinə yerləşdirilməsi — mədə lavajı, turşu-qələvi balansının təyini, qələvili və sürətləndirilmiş qələvili diurez, hemodializ, aktivləşdırılmış kömür, simptomatik müalicə. Qələvili diurezi apardıqda pH-ın göstəriciləri 7,5-8 intervalda alınmalıdır. Sürətləndirilmış qələvili diurezi Şalisilatların plazmadaki konsentrasiyası böyüklərdə 500 mg/i' (3,6 mmol/l) artıq olduqda və uşaalarda 300 mg/1 (2,2 mmol/1) olduğu zaman aparılmalıdır.
Buraxılış forması: Hərəsində 10 örtüklü tablet olmaqla, 2 blister (20 tablet) içlik vərəgə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: 25°C- dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır
Yararlılıq müddəti: 5 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekden buraxilma serti: Reseptsiz buraxılır.
İstehsalçı: Bayer Farma AQ, D-51368 Leverkuzen, Almaniya Qablamışdır: Bayer Bitterfeld QmbX, D-06803 Qreppin, Almaniya