ANGİNOVAG (sprey)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Terkibi:

Təsiredici maddələr: 100 ml spreyin tərkibində 60 mq Beta-qlisirretin turşusu, 100 mq dequalin natrium, 400 mq tirotrizin, 60 mq hidrokortizon-asetat, 100 mq lidokain-hidroxlorid vardır.

Köməkçi maddə: natrium saxarin.

 

Farmakoloji xüsusiyyətləri:

Anginovag kombinəolunmuş aktiv formula malikdir, əsasən iltihab əleyhinə, ağrıkəsici və antibakterial təsir göstərir.

 

İstifadəsinə göstərişlər:

Yanaq-boğaz xəstəliklərinin terapevtik və profilaktik müalicəsi:

  • tonzillit,
  • faringit,
  • laringit;
  • stomatit,
  • qlossit,
  • ağız boşluğunda yaralar.

 

Əks göstərişlər:

Məlum deyil.

 

Xüsusi göstərişlər:

Düzgün istifadə üçün filakonu şaquli vəziyyətdə tutun. Bu zaman ucluq ağız boşluğuna doğru istiqamətlənmiş olmalı, lakin tamamilə ağız boşluğuna daxil edilməməlidir. Flakonun qapağını yuxarıdan aşağıya doğru basaraq mayeni ağız boşluğuna püskürdüm.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Məlum deyil.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik dövründə istifadə etmək olar.

 

İstifadə qaydası və dozası:

Zərbə dozasi: hər 2-3 saatdan bir 1-2 püskürtmə. Desfekleyici ve profilaktik doza: hər 6 saatdan bir 1 püskürtmə.

 

Əlavə təsirləri:

Məlum deyil.

 

Doza həddinin aşılması:

Preparatın az toksikliyi sayəsində hətta doza təsadüfi olaraq əhəmiyyətli dərəcədə artıq olduqda, intoksikasiya istisna olunur.

 

Buraxılış forması:

10 ml Anginovag* ucluğu olan filakonlarda. 1 filakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.    

Yeni ekoloji qablaşdırma: Ekosistemi mühafizə etmək üçün tərkibindən Fredon qazı çıxarılmışdır. Ucluğu filakona bir dəfə taxdıqdan və istifadə etdikdən sonra çıxartmaq olmaz.

 

Saxlanma şəraiti: 30°c-dən aşağı temperaturda, uşaqların əli catmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekden buraxilma şerti: Resept əsasında buraxılır.

 

İstehsalçı: FERRER INTERNACIONAL, S.A. Gran Via Carlos Ill, 94 BARSELONA (Spain)