İMMUNOTEA (çay)
Tərkibi:
Exinaseya otu, itburnu meyvəsi, şirin biyan kökü, böyük bağayarpağı yarpağı, qara gəndalaş çiçəyi, cirə meyvəsi, aptek çobanyastığı çiçəyi.
Kimyəvi tərkibi:
Exinaseya otunun tərkibində polisaxaridlər (heteroksilanlar, arabinoramnoqalaktanlar), efir yağları (0,15-0,5%), flavonoidlər, oksidarçın (kasnı, ferul, kumar, qəhvə) turşuları, aşı maddələri, saponinlər, poliaminlər, exinasin (doymamiş turşu amidi), exinolon (doymamış ketospirt), exinakozid (tərkibində qəhvə turşusu və pirokatexin olan qlikozid), üzvi turşular, qətranlar, fitosterinlər. İtburnu meyvəsinin tərkibində askorbin turşusu (5-18%), karotin, B1, B2, K, P, PP vitaminləri, şəkərlər (24%-3 qədər), pektin maddələri (4%-2 qədər), limon və alma turşuları (2%-2 qədər), efir yağı, Fe, K, Mn, P, Ca duzları və s. vardır. Şirin biyan kökünün tərkibində 23%-ə qədər saponin - qlisirrizin (qlisirrizin turşusunun kalium və kalsium duzları), 30-a qədər flavonoid (likviritin, likurazid, qlabrozid, uranozid, kversetin, apigenin, ononin və s.), mono- və disaxaridlər (20%-a qədər), nişasta (34%-2 qədər), pektinlor (6%-2 qədər), qatranlar (40%-ə qədər), acı maddələr (4%-ə qədər), fenolkarbon turşuları (salisil, sinap, ferul) və onların törəmələri (salisil turşusunun asetatı), kumarinlər (2,6%-ə qədər), aşı maddələri (14%-ə qədər), alkaloidlər, efir yağı (0,03%-ə qədər), üzvi turşular (sirkə, limon, alma, fumar), Fe, Sr, Se və s. vardır. Böyük bağayarpağı yarpağının tərkibində azotlu 20% və azotsuz 10% ekstraktiv maddələr, yağlar 0,5%, aukubin qlikozidi, flavonoidlar, mannit karbohidratı, C vitamini (289 mq%), K vitamini, limon və olein turşuları, aşı maddələri, acı maddələr Cu, Fe, Zn, Mo, Ba, Sr və s. vardır. Qara gəndalaş çiçəyinin tərkibində sambuniqrin qlikozidi, rutin, efir yağı, üzvi turşular (qəhvə, alma, valerian, xlorogen), aşı maddələri, askorbin turşusu, E vitamini, K, Ca, Mn, Cu, Zn, B və s. vardır. Cirə meyvəsinin tərkibində 1,2-3,2% cirə efir yağı (anetol 80-90%, metilxavikol 10%, cirə aldehidi, cirə ketonu, cirə spirti və cirə turşusu), piyli yağ (16-28%), 19%-ə qədər zülali maddələr, şəkərlər və üzvi turşular var. Aptek çobanyastığı çiçəyinin tərkibində salisil və nikotin turşuları, C vitamini, acı maddolor, fitosterin, aşı maddolori, efir yağı (xamazulen, bisabolol və s.), flavonoid qlikozidi umbelliferon, şəkər, linol, palmitin, olein va stearin turşularinin qliseridləri, Zn, Cu, Se və s. maddələr vardır.
Farmakoloji təsiri:
Orqanizmdə interferon sintezini və leykositlərin faqositar aktivliyini artıraraq immun cavabı gücləndirir, antivirus, bakterisid və fungisid təsir göstərir, mikrob hüceyrələrinin bölünməsinin və hərəkətinin qarşısını alır, orqanizmi toksiki maddələrdən təmizləyir. Antioksidant, iltihab əleyhinə, bəlğəmgətirici, qızdırmasalıcı və regenerasiyaedici təsirləri var.
İstifadəsinə göstəriş:
İmmunodefisit hallar, KRX-lərin müalicə və profilaktikası (qrip, paraqrip və s.), tənəffüs yollarının iltihabi xəstəlikləri, soyuqdəymə, antibiotiklərlə müalicə, intoksikasiyalar.
Əks göstəriş:
Autoimmun xəstəliklər, QİÇS, vərəm, leykozlar, kollagenozlar. Çayın tərkib hissələrinə qarşı fərdihəssaslıq. 1 yaşa qədər uşaqlara istifadə etmək məsləhətdeyil.
İstifadə qaydası:
1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qabul edilir.
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qabul edilir.
12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hərdəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Qəbul müddəti 14 gündür. Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.
Reseptsiz buraxılır.
Buraxılışforması: 25 filtr-bağlama.
Saxlanma şəraiti: Quru və sərin yerdə saxlamalı.
İstehsalçı: “Herba Flora” Bakı, Azərbaycan