Zinset (60ml şərbət)
Beynəlxalq patentləşdirilməmiş adı: Cetirizine
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Təsiredici maddə: Hər 5ml - şərbətin tərkibində 5 mq setirizin-hidroxlorid (BP) vardır.
Köməkçi maddələr: Propilparaben, metilparaben, susuzlaşdırılmış natrium asetat, qliserin, saxaroza, distillə olunmuş su, banan esensiyası, buzlu sirkə turşusu.

 

Farmakoterapevtik qrupu: II nəsil antihistamin dərman vasitəsi.

ATC kodu: R06AE07

 

Farmakoloji xüsusiyyətləri:

Setirizin antiallergik, farmakoloji dozalarda zəif yuxugətirici təsirə malik güclü antihistamin maddədir. O H1-histamin reseptorlarin selektiv antagonistidir, digər reseptorlara isə nəzərəçarpan təsir göstərmir. Buna göre de faktik olaraq antixolinergik və antiserotonin effekti yoxdur. Setirizin allergik reaksiyanın ilkin fazasında histamin mediatorunu inhibə edir, həmçinin onun ifrazını azaldır. 10 mq. dozada setirizin qəbul etdikdən 30 – 60 dəq sonra 0.3 mkq/ml həddində qanda yüksək konsentrasiyası yaranır. Yarımparçalanma dövrü təxminən 11 saatdır. Absorbsiyası çox konsistentdir. Böyrək klirensi 30 ml/dəq və ekskresiyası təxminən 9 saatdır. Setirizin hidroxlorid plazma zülalları ilə davamlı birləşir.

 

İstifadəsinə göstərişlər:

Mövsümi və daimi allergik rinitlər, allergik konyuktivitlər, urtikariya və səpgilər.

 

Əks göstərişlər:

Preparatın tərkibində olan hər hansı bir komponentə qarşı hipersensibilizasiya. Setirizin həmçinin laktasiya dövründə əks göstərişdir. Belə ki, təsiredici maddə ana südüne nüfuz edir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Başqa preparatlarla qarşılıqlı təsiri haqda məlumat yoxdur. Diazepam və simetidinlə aparılan tədqiqatlar nəticəsində nəzərəçarpan qarşılıqlı təsir müəyyən olunmayıb. Digər antihistamin kimi setirizinin qəbuluzamanı daalkaqol qəbulundan çəkinməklazımdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Heyvanlar üzərində aparılan tədqiqatlarda arzuolunmaz təsirlər haqqında məlumat yoxdur. Hamiləlik və laktasiya dövründə istifadə etməmək məsləhətdir. Digər preparatlar kimi, hamiləlikdə setirizinin də istifadəsindən qaçmaq məsləhətdir.

 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə tesiri:

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə edən zaman tövsiyyə olunan dozadan artıq qəbul etmək məsləhət görülmür.

 

İstifadə qaydası vədozası:
Daxilə qəbul olunur 2-6 yaş arasında olan uşaqlarda 5 ml (5 mq Setirizin) dozada teyin olunur 6-12 yaş arasında olan uşaqlarda 10 ml (10 mq) təyin olunur.

Əlavə təsirləri:

Sağlam könüllülərdə aparılan tədqiqatlarda 20-25 mq/gün dozada setirizin qəbulunda əlavə təsir müşahidə olunmayıb. Bəzi hallarda başağrısı, yuxululuq, ağızda quruluq, qastrointestinal diskamfort müşahidə oluna bilər. Göstəriş olduqda dozanı səhər 5 mq və axşam 5 mq-a bölmək olar. Testlər göstərmişdir ki, Setirizinin sedativ və psixomotor funksiyalaratesiriyoxdur.

Doza həddinin aşılması: 50 mq Setirizinin birdəfəlik qəbulundan sonra, dozanın artıq olmasının əlaməti yuxululuq baş verir. Dozanın artıq olması zamanı mədənin yuyulması ilə yanaşı müvafiq tədbirlərdə görülür. Spesifik antidotu yoxdur.

 

Buraxılış forması: 60ml şərbət, flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraitiı: 25°C dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 2 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

İstehsalçı və Rəsmi distribyutor: UNICHEM Laboratories LTD, HB Co LTD (PSD2155-01 Bakı, AZƏRBAYCAN)