MAGTONE (tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Beynəlxalq patentləşdirilməmiş adı: Magnezium sitrat / Piridoksin hidroxlorid / Ext.Melissa officinalis

 

1 MagTone tabletin  tərkibi aşağıdakılardan ibarətdir:

  • Magnezium sitrat - 618 mg (100 mg elementar magneziuma ekvivalent)
  • Vitamin B6 (piridoksin hidroxlorid) - 6 mg
  • Ballı nanə yarpaqlarının ekstraktı - 25 mg
  • (Ext. Melissa officinalis)

 

Farmakoloji xüsusiyyətləri:
MagTone preparatının təsiri tərkibinə daxil olan effektiv və balanslaşdırılmış maddələrin seçiminə əsaslanır.
Preparat spazmolitik, sakitləşdirici, yüngül yuxugətirici, iltihabəleyhinə, ağrıkəsici, antipruritik, yüngül diuretik və işlətmə effektlərinə malikdir.
Maqnezium sinir hüceyrələrinin oyanıqlığını azaldır, sinir əzələ ötürməsini ləngidir, fermentativ reaksiyalarda iştirak edir. Maqnezium hüceyrə daxilində enerji hasilində əsas rol oynayaraq,bütün orqanizmin enerji potensialına təsir göstərir, yeni hüceyrələrin və sümük toxumasının formalaşmasını, əzələlərin, beyinin fəaliyyətini, В qrup vitaminlərin aktivləşməsini təmin edir. Baş beyində neyropeptidlərin sintezi maqneziumun mütləq iştirakı ilə baş verir.
Maqnezium çatışmazlığı aşağıdakı simptomlarla müşayiət olunur: əzələ zəifliyi, tremor, tetaniya, ataksiya, reflektor oyanıqlığın artması, yuxu pozulmaları, ürək ritminin pozulmaları.

Hamiləlik dövründə maqneziuma tələbat 2-3 dəfə artır.
Maqneziumun çatışmazlığı döldə ürəyin mitral qapaqlarında qüsurlara,hamilə qadınlarda isə, uşaqlıq əzələsinin (miometrinin) yığılmasına, tonusunun artmasına, erkən doğuş və ya düşük təhlükəsinə, cift çatışmazlığına, hestoza səbəb olur.
Maqnezium çatışmazlığı həmçinin, əzələlərin elastikliyinin azalmasına, toxuma və bağların zəifləməsinə səbəb olduğundan, doğuş zamanı perineal cırılma və ya anal sfinkterin travması  riskini də artırır.

Qan zərdabında magneziumun miqdarı:
- 12 - 17 mg/l (0,5 – 0,7 mmol/l) yüngül magnezium çatışmazlığı;
- < 12 mg/l (0,5 mmol/l) ağır magnezium çatışmazlığı.

Vitamin B6 koferment olaraq aminturşuların, zülalların mübadiləsində iştirak edir, neyromediatorların sintezini təmin edir. Serotonin hormonunun sinezində roluna görə  bu vitamini  «vitamin-antidepressant » da adlandırırlar. Vitamin B6 hamiləlik dövründə  psixoloji gərginlik, qıcolmalar, depressiya, əsəbilik, narahatlıq, yuxusuzluq  kimi  simptomları aradan qaldırır. Vitamin B6 magneziumun MBT-dan mənimsənilməsini, hüceyrələrə nüfuz etməsini yaxşılaşdırır.

Melisa bitkisi (Melissa officinalis) tərkibindəki flavonidlər, taninlər (rozmarin turşusu), triterpen turşuları sayəsində sakitləşdirici və spazmolitik effektlərə malikdir. Sressə dözümlülüyü artırır. MSS-nin fəaliyyətinə ümumi sakitləşdirici təsir göstərir. Həyəcan və gərginliyi azaldır, qıcolmalar, depressiya, əsəbilik, narahatlıq, yuxusuzluq  kimi  simptomları aradan qaldırır.
Melisa yarpaqlarının tərkibi Vitamin C ilə zəngin olduğuna görə, orqanizmin immun müqavimətini gücləndirir, virusəleyhinə təsir göstərir. Hamiləlik dövründə qrip və ya soyuqdəymə zamanı faydalıdır.
Tərkibində mis mikroelementi olduğuna görə,hamilə qadınlarda hormonal fonun dəyişməsi nəticəsində yaranan həyəcan və gərginliyi azaldır, orqanizmə sakitləşdirici və yüngül yuxugətirici təsir göstərir.
Diuretik effekti hamiləlik dövründə ödemlər zamanı,işlədici xüsusiyyəti isə,qəbzlik zamanı çox faydalıdır.Melisa həmcinin, hamilə qadınlarda toksikoz zamanı ürəkbulanma və qusma simptomlarını aradan qaldırır.
Melisa həzm vəzilərinin sekresiyasını artırır,həzmi asanlaşdırır. Meteorizm, ürəkbulanma, qusma,mədə-bağırsaq traktı spazmalarını aradan qaldırır.

 

İstifadəsinə göstərişlər:

  • Orqanizmdə Mg çatışmazlığı;
  • Spazmofiliya;
  • Yuxu pozuntuları (gec yuxuya getmə,səthi yuxu,pis məzmunlu yuxugörmələr, yuxudan nasaz ayılma);
  • Nevrozlar,baş ağrıları və miqren,isteriya,narahatçılıq;
  • Psixopozuntular,depressiv sindrom;
  • Əsəbilik;
  • Hamiləlik toksikozu;
  • Taxikardiya;
  • Yorğunluq hissi, üzgünlük;
  • Əzələlərdə ağrı və spazm;
  • Həzm pozğunluğu,iştahsızlıq,meteorizm,mədə -bağırsaq spazmı;
  • Kalsium preparatları ilə müalicəyə başlamazdan əvvəl

 

Əks göstərişlər:

  • Böyrək çatışmazlığı (kreatinin klirensi <  30 ml/dəq);
  • Preparatın komponentlərinə qarşı artmış həssaslıq.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövrü: Hamiləliyin istənilən dövründə istifadə oluna bilər.
Laktasiya dövrü: Aktiv komponenetlər ana südünə nüfuz etdiyindən,laktasiya dövründə istifadəsi tövsiyə olunmur.

 

Əlavə təsirləri:

  • abdominal ağrılar
  • dəri reaksiyaları
  • allergik reaksiyaları

 

İstifadə qaydası və dozalanması:
Profilaktika məqsədilə: gündə 1 tablet, yemək zamanı maye ilə qəbul edilir.

Müalicə məqsədilə: 1 tablet gündə 2 dəfə qəbul edilir.

Müalicə  müddəti ən azı 1 aydır. Qanda magneziumun səviyyəsi normallaşdıqdan sonra, müalicəni dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Heç bir təsir göstərmir. Xüsusi tövsiyələr yoxdur.

Ehtiyyat tədbirləri: İşıq şüalarından, rütubətdən kənar və uşaqlardan əlçatmaz yerdə, otaq temperaturu şəraitində saxlayın.

Buraxiliş forması: 30 tablet

 

İstehsalçı:

Soylu İlaç  San. və  Tic.Ltd.Şti. Türkiyə,İstanbul

Marketing authorization belongs to  FARMAVITA. LTD