ENDOVAG (vaginal şam)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Vaginal suppozitoriya:
1 suppozitoriyanın tərkibinə daxildir:
Təsiredici maddələr:
- Hialuron turşusunun natrium duzu - 5 mg,
- Centella asiatica ekstraktı (yağda həll olunan) – 20mg;
- Gülünbahar ekstraktı (yağda həll olunan ) – 60mg,
- Aloe Vera Ekstraktı (yağda həll olunan) – 60mg,
- Çay ağacının efir yağı – 2mg.
Farmakoloji xüsusiyyətləri:
EndoVag reparativ regenerasiyaedici, iltihabəleyhinə və antiseptik, nəmləndirici təsirlərə malikdir.
EndoVag vaginal suppozitoriyanın əsas komponeneti olan hialuron turşusu - mukopolisaxarid olub, orqanizmin əksər toxumalarının tərkibinə daxildir. Hialuron turşusu toxumaların tonusunu, trofikasını və elastikliyini təmin edən tərkib hissəsidir. Hialuron turşusu toxumaların re-epitelizasiyası və bərpası prosesslərini sürətləndirir.
EndoVag uşaqlıq yolunun selikli qişasının regenerasiyasını və uzun müddətli nəmlənəsini təmin edir, endogen hialuron turşusunun funksiyasını yerinə yetirir, toxumaları bakteriya və infeksiyalardan müdafiə edən, təbii baryer rolunu oynayır.
EndoVag tərkibindəki Centella asiatica ekstraktı sayəsində - hüceyrələrin inkişafını və yenilənməsini təmin edir, yaraların sağalması prosessini, kollagen sintezini və angiogenezi stimulyasiya edir.
EndoVag tərkibindəki Gülünbahar ekstraktı (Calendula Officinalis L.) (tərkibində salisil və pentadesil turşuları vardır) sayəsində, bakterisid, yarasağaldıcı, iltihableyhinə təsirlərə malikdir, həmçinin streptokokk və stafilokokkları məhv edir.
EndoVag vaginal suppozitoriyanın tərkibindəki Aloe Vera Ekstraktı nəmləndirici xüsusiyyətə malikdir, toxumaların elastikliyini təmin edir; iltihab prosesslərinə təsir göstərir, zədələnmiş toxumaların çapıqlaşmasının qarşısını alır. Aloe Vera Ekstraktı yarasağaldıcı xüsusiyyətə də malikdir.
Aloe Vera Ekstraktı bitki mənşəli antimikotikdir. Bakteristatik xüsusiyyəti sayəsidə isə,orqanizmi bakteria və virus infeksiyalarından müdafiə edir.
Çay ağacının efir yağı - antibakterial və göbələkəleyhinə təsirlərə malikdir, orqanizmə infeksiyalarla mübarizədə kömək edir.
Göstərişləri:
- Qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (vulvit, vaginit, vulvavaginit, salpingit, ooforit, salpingo-ooforit, endometrit və s.);
- Uşaqlıq yolunun eroziyası;
- Uşaqlıq yolunun selikli qişasının atrofik və distrofik vəziyyətinin müalicəsi zamanı (pre- və postmenopauza dövründə atrofik kolpit (vaginit));
- Doğuşdan, ginekoloji əməliyyatlardan sonra yaraların sağalması və bitişmənin sürətlənməsi məqsədilə;
- Estrogen çatışmazlığının səbəb olduğu uşaqlıq yolunun selikli qişasının quruluğu zamanı;
- Abortdan, uşaqlıqdaxili kontraseptiv spiralın istifadəsindən, uşaqlıq boynu diatermokoaqulyasiyasından, histeroqrafiya və uretradaxili müayinələrdən əvvəl və sonra;
- Uşalıq yolu distrofiyasının simptomlarını aradan qaldırmaq məqsədilə (qaşıntı, dispareuniya, vulvodiniya (vulva nahiyyəsində ağrı, quruluq və gərginlik hissi));
- Kimyəvi terapiya, ionlaşdırıcı radiasiya zamanı distrofik vəziyyətər.
İstifadə qaydası:
Preparat intravaginal istifadə olunur. Qutuya toxunmazdan əvvəl əllərinizi və vulvanı yuyun. Sonra aluminium paneldən bir şamı ayırıb, örtüyü aşağıdan yuxarıya qədər ayırın və şamı götürün. Arxası üstə uzanın və şamı (sirkulyar konus başı qabaqda olmaqla) şəhadət barmağınızla vaginaya dərin yerləşdirin. Bir intravaginal şam gündə bir dəfə, axşamlar istifadə olunur.
Müalicənin müddəti simptomların inkişafından asılıdır,ehtiyac olarsa, EndoVag vaginal suppozitoriyanı uzunmüddətli istifadə etmək olar.
Əks göstərişləri: Preparatın tərkibindəki komponenetlərə qarşı həssaslığın artması.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
EndoVag vaginal suppozitoriyanın hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi məlum deyildir. Belə hallarda həkiminizə müraciət etməiniz tövsiyə olunur.
Əlavə təsirləri: Müşahidə olunmur.
Buraxılış forması: Konturlu yuvalı qablamada 10 vaginal şam, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: 30°C temperaturdan aşağı, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti: Həkim resepti ilə buraxılır.
İstehsalçı:
Soylu İlaç San. və Tic.Ltd.Şti. Türkiyə,İstanbul
Marketing authorization belongs to FARMAVITA. LTD