PÇELAVİT (şərbət) - PCHELAVIT
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Tərkibi: Hər 30 ml siropun tərkibinə daxildir:
- Çiçək tozu - 639 mq
- Vitamin A (beta-karotin) - 900 mkq
- Vitamin D3 (xolekalsiferol) - 15 mkq
- Vitamin B1 (tiamin) - 1,5 mq
- Vitamin B2 (riboflavin) - 1,8 mq
- Vitamin B3 (niacin) - 19,05 mq
- Vitamin B5 (pantoten turşusu) - 7,2 mq
- Vitamin B6 (piridoksin) - 2,1 mq
- Vitamin B12 (sianokobalamin) - 1,95 mkq
- Vitamin C (askorbin turşusu) - 66,75 mq
- Çiyələk şirəsi - 3,2 q
- Qara quşarmudu şirəsi - 2 q
- Armud şirəsi - 1,6 q
- Bal (honey) - 32,35 q
Təbii aromatizatorlar: laktoza, kərəviz; konservant: kalium sorbat
Farmakoloji qrupu: Meyvə şirələri ilə zənginləşdirilmiş təbii vitamin kompleksi
Farmakoloji xüsusiyyətləri:
Pçelavit tərkibi təbii bioloji maddələr və vitaminlərlə zəngin olduğu üçün orqanizmdə bütün metabolik proseslərə təsir göstərir. Vitamin A – mübadilə proseslərini tənzimləyir, görmə orqanının və selikli qişaların normal fəaliyyətini təmin edir. Orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır. Vitamin D kalsium mübadiləsini tənzimləyir, sümük və dişlərin düzgün minerallaşmasını təmin edir. B qrupu vitaminləri maddələr mübadiləsində iştirak edir, sinir sisteminin və qan dövranının normal iş fəaliyyətini bərpa edir. İmmun sisteminin normal fəaliyyətini təmin edir. Vitamin C orqanizmdə oksidləşmə-bərpaolma proseslərini nizama salır. Karbohidrat mübadiləsində, qanın laxtalanmasında, steroid hormonların və kollagenin sintezində iştirak edir, iştahanı bərpa edir, kapillyarların keçiriciliyini azaldır. Orqanizmin ümumi müqavimətini artırmaqla xəstəliklərin sağalmasında və profilaktikasında iştirak edir. Çiçək tozu arı yarımfabrikatı olub, insan tərkibi orqanizmin qurulması və inkişafı üçün bütün vacib maddələrlə zəngindir: zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşular, rutin, mikroelementlər, antibiotik, boy stimulyatoru və s. Çiçək tozu təbii stimulyator kimi təsir göstərib enerjini artırır. Tərkibi amin turşularla zəngin olduğundan iştaha mərkəzinə stimulə edici təsir göstərir – iştahanı artırır və “kəsilmə sindromu” vermir. Çiyələk, quşarmudu və armud şirəsi - təbii maddələr və antioksidantlarla zəngin olduğundan vitaminlərin orqanizmdə effektini artırır. Çiyələk şirəsi həmçinin qurdqovucu xüsusiyyətə malikdir.
Göstərişlər:
- İştahasızlıq
- İntensiv inkişaf, fiziki və əqli inkişafdan geri qalma (hipotrofiya və distrofiya)
- İmmunodefisit hallar, tez-tez xəstələnmə
- İnfeksion xəstəliklərin sağalma dövrü
- Helmintozların kompleks müalicəsi zamanı
Əks-göstəriş: Preparatın hər hansı bir tərkib hissəsinə qarşı individual həssaslığın olması
Dozalanma və istifadə qaydası:
- 3 yaşa qədər 1 çay qaşığı gündə 2 dəfə
- 4-14 yaş 1 çay qaşığı gündə 3 dəfə
- Böyüklər 2 çay qaşığı gündə 2 dəfə
Preparat yeməkdən sonra qəbul olunur. İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.
Saxlanma şəraiti: Preparat otaq temperaturunda, quru və qaranlıq mühitdə, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Qablaşdırma: 190 ml şüşə flakonda, ölçü qaşığı və istifadə təlimatı ilə birgə karton qutuda
İstehsalçı: «Medex» d.d., Linhartova cesta 049 A, Ljubljana, Slovenija
Distributor: «JENZEN PHARMA», Binderstrasse, 9, D – 20148 Hamburg, Germany