PAİDOFEBRİL (suspenziya)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Tərkibi:
Hər 5 ml suspenziyada 100mq ibuprofen vardır.
Dadlandırıcı: portağal essensiyası.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR:
İbuprofen qeyri steroid iltihab əleyhinə preparatdır. Hərarət salıcı, ağrıkəsici, iltihab əleyhinə təsir göstərir. Təsir mexanizmi siklooksigenaza fermentinin ingibəsi ilə bağlıdır. İbuprofen prostaqlandinlərin sintezini blokada edir, antiaqreqant təsir göstərir. İltihabi xəstəliklər zamanı ağrıkəsici effekti daha artıq olur.
GÖSTƏRİŞLƏR:
İltihabi və infeksion xəstəliklər zamanı hərarəti salmaq məqsədilə dayaq–hərəkət sisteminin iltihabi və degenerativ xəstəlikləri (pevmatoidli, xroniki yuvenil, psoriatik artrit, artroz, osteoxondroz, nevralgiya, bursit, tendovaginit).
Posttravmatik ağrılar mialgiya,artralgiya,ossalgiya ,diş ağrısı ,baş ağrısı ,miqren, alqodismenoreya ,adneksit.
ƏKS GÖSTƏRİŞLƏR:
Hiperhəssaslıq, mədə-bağırsaq traktında eroziv-xoralı xəstəliklər, “aspirin“ astması, hemofiliya, qaraciyər sirrozu.
ƏLAVƏ TƏSİRLƏR:
Bəzi hallarda ürəkbulanma,qusma,mədədə göynəmə, xoralaşma, ağız boşluğunda quruluq, allergik reaksiya müşahidə oluna bilər.
İSTİFADƏ QAYDASI:
Paidofebril yeməkdən sonra peroral qəbul edilir.
- 3-6 aylıq uşaqlarda 2.5 ml -dən sutkada 3 dəfə
- 6-12 aylıq uşaqlarda 2,5ml-dən sutkada 3-4 dəfə,
- 1-3 yaşlı uşaqlarda 5ml-dən sutkada 3 dəfə,
- 4-6 yaşlı uşaqlarda 7,5ml-dən sutkada 3 dəfə,
- 7-9 yaşlı uşaqlarda 10ml-dən sutkada 3 dəfə,
- 10-12 yaşlı uşaqlarda 15ml-dən sutkada 3 dəfə təyin olunur.
- Böyüklərə və 12 yaşdan böyük uşaqlarda 20ml-dən sutkada 3-4 dəfə təyin olunur.
- Peyvəndlərdən sonrakı hərarət zamanı 2,5ml qəbul olunur, lazım gəldikdə 6 saatdan sonra təkrar 2,5ml qəbul etmək olar (maksimal doza 5ml).
BURAXILIŞ FORMASI: 200 ml suspenziya plastik qablamada
İSTEHSALÇI: Laboratorio Aldo-Union (İspaniya)
RƏSMİ DİSTRİBYUTOR: AzeriMed
MARKETİNQ DƏSTƏYİ: NORMA PAN