ENTERAZE (həb)
həzmi yaxşılaşdırmaq üçün

 

Tərkibi:

  • Pankreatin - 300 mq,
  • Papain - 50 mq,
  • Buğa ödü ekstraktı - 30 mq.

 

ENTERAZE-nin qəbulu zamanı nəyi bilmək lazımdır:

Həzm - qidanın mexaniki və kimyəvi işlənməsi olub, nəticədə qida məhsulları, sadə kimyəvi birləşmələrə qədər parçalanır və orqanizm tərəfindən mənimsənilir. Həzmin və ya sorulmanın istənilən pozğunluğu vaxtında korreksiya olunmasa maddələr mübadiləsinin müxtəlif pozğunluqlarına gətirib çıxarır. Həzm pozğunluğunun səbəbləri - həzm şirələrinin sekresiyasının kifayət qədər olmaması və ya həzm sisteminin hər hansı bir orqanının pozğunluğu nəticəsində qida möhtəviyyatının evakuasiyasının pozulmasıdır. İştahanın pozulması, mədə nahiyəsində ağırlıq, dolulug hissi, ürəkbulanma, ishal və ya qəbizlik, qarında köp, sancı şəkilli və sızıldayan ağrılar, bağırsağın peristaltikasının azalması, çürümə və qıcqırma proseslərinin artması kimi problemlər ferment çatışmazlığının simptomlarıdır. Həzm çatışmazlığı əhalinin 25-45%-ni təşkil edir.
Müxtəlif qida allergiyaları məhz konkret maddənin həzmi üçün lazım olan müəyyən bir fermentin çatışmazlığı ilə əlaqədardır.
Bu tam parçalanmamış komponentlərin sorulmasına və qida allergenlərinə qarşı hiperhəssaslığın formalaşmasına gətirib çıxarır. Belə hallarda orqanizmdə normal ferment miqdarını təmin etmək üçün əlavə olaraq, onları qida əlavəsi şəklində qəbul etmək lazımdır.

ENTERAZE - balanslaşdırılmış həzm fermentlərinin birləşməsidir. Onun tərkibinə daxil olan pankreatin bir sıra həzm fermentlərindən ibarətdir. Lipaza yağların həzmini yaxşılaşdırır. Poteazalar isə tripsin və ximotripsindən ibarətdir, zülalları amin turşularına qədər parçalayır. Amilaza polisaxaridləri parçalayır (nişasta, qlukogen). Papai bitkilərindən ekstraksiya yolu ilə alınan papain isə zülalların həzmində iştirak edir.
ENTERAZE-nin tərkibinə daxil olan öd isə həm yağların və yağda həll olunan vitaminlərin həll olmasını və həzmini yaxşılaşdırır, həm də, bağırsağın və öd kisəsinin motorikasını stimullaşdırır.

Bundan başqa. ENTERAZE mədə və nazik bağırsağın, həmçinin ödün öz fermentlərinin ifrazını stimullaşdırır, mədəaltı vəzi şirəsinin 1 sekresiyasını azaldaraq ona düşən yükü azaldır. ENTERAZE-nın qəbulu MBT-nın funksional vəziyyətinin yaxşılaşmasına.
həzm prosesinin normallaşmasına gətirib çıxarır. Həblər qoruyucu örtüklə örtülüdür və o, nazik bağırsağa düşənə qədər həll olmur, ona görə də fermentləri mədə şirəsinin təsirindən qoruyur.

 

Hansı hallarda ENTERAZE-nin qəbulu tövsiyə olunur:

  • MBT-nin sekretor və həzm çatışmamazlığı ilə əlaqədar olan həzm pozğunluqlarında mənimsənilməni yaxşılaşdırmaq məqsədilə;
  • Mədədə doluluq hissini, ürəkbulanma, göynəmə, gəyirmə, ağrı. qarındakı köpü, diareyanı aradan qaldırmaq məqsədilə:
  • MBT-nin normal funksiyasında belə, qeyri-düzgün qidalanma zamanı (yağlı qida qəbulu, həddən artıq qida qəbulu. qeyri-müntəzəm qidalanma), az hərəkətli həyat tərzində, hamiləlilik zamanı həzini yaxşılaşdırmaq məqsədilə;
  • Qida allergiyalarinda.

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, kəskin və ya xroniki pankreatitin kəskinləşməsi, kəskin hepatit.

 

Tövsiyə olunan doza:
1 həb gündə 3-4 dəfə yarım stəkan su ilə qəbul edilir, həbi bütöv udmaq lazımdır. Qəbul müddəti konkret vəziyyətdən asılı olaraq bir dəfə və ya bir neçə gündən (qeyri-düzgün qidalanma zamanı) bir neçə aya qədər davam edə bilər.

Tibbi təyinatlı qida məhsuludur (food supplement), qida əvəzedicisi deyil. Tövsiyə olunan dozanı aşmaq məsləhət deyil.

 

Əlavə təsirləri: nadir hallarda hiperhəssaslıq.


Saxlanılması: 25°C-ya qədər temperaturda, quru və sərin, uşaqlardan uzaq yerdə saxlamalı.
Apteklərdən buraxılma şərti: reseptsiz buraxılır.
Buraxılış forması: 30 ədəd bağırsaqda həll olan həb.

 

İstehsalçi: Alexandria. Egypt.