DESİKAL - DESICAL (saşe)

 

Tərkibi:
Kalsium ionu (3.84 q kalsium laktat pentahidrat) - 500 mq, Vitamin C - 100 mq Vitamin D3 - 5mkq (200 BV).

Köməkçi maddələr: Aspartam, asesulfam K, fruktoza, limon turşusu, alma turşusu, limon dadı. Desikal uşaqlar üçün optimal kalsium qəbulunu təmin edir. Asan həllolan və absorbsiya olunandır. C və D vitaminləri kalsiumun absorbsiyasını, birləşməsini və orqanizm tərəfindən lazımi qədər istifadə olunmasını təmin edir. Desikal-ın qəbul qaydası rahatdır, xoş dada malikdir. Uşaqlar tərəfindən yaxşı keçirilir. Kalsium orqanizmdə üstünlük təşkil edən minerallardan biridir. Onun optimal konsentrasiyası bir sıra fizioloji proseslərin normal inkişafı üçün çox vacibdir:

Vitamin D kalsiumun bağırsaqlardan absorbsiya olunmasını artırır, sümüyə daxil olaraq sümük hüceyrəsinin normal funksiya göstərməsini təmin edir.
Vitamin C kalsiumun sümüklərə daxil olmasına şərait yaradır, birləşdirici toxumanın inkişafında iştirak edir və qan damarlarının normal funksiya göstərməsini təmin edir. Vitamin C immun prosesləri stimullaşdırmaqla orqanizmin müdafiə sistemini gücləndirir.

Kalori göstəricisi: 2.08 kkal/saşe.

 

İstifadəsinə göstərişlər:
- Kalsium və D vitamini defisitini aradan qaldırır
- Dişlərin çıxmasını asanlaşdırır
- Raxit əlamətlərini aradan qaldırır
- Sınıqların bitişməsini sürətləndirir
- İmmun sistemi möhkəmləndirir

 

Əks göstərişlər:
Preparatın inqrediyentlərinə qarşı yüksək həssaslıq, hiperkalsemiya, hiperkalsiuriya, xroniki böyrək xəstəlikləri, böyrəkdaşı xəstəliyi

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Yanaşı tətbiqi zamanı kalsium tetrasiklin və flüorun absorbsiyasını azaldır, verapamil və digər Ca-blokatorlarının təsirini zəiflədir, yüksək dozada diqoksin effektini və aritmiya riskini artıra bilər.

 

Qəbul qaydası və dozalanma:
1 saşe 150-200 ml suda həli edilərək qəbul edilir. Əlavə şirinləşdiricələrə ehtiyac yoxdur.
Uşaqlar:
- 0-4 yaş 1 saşe günaşırı
- 4-6 yaş 1 saşe gün ərzində
- 7-10 yaş 2 saşe gün ərzində

Məsləhət görülən gündəlik doza həddini aşmayın. Qida əlavəsi, müxtəlif qidaların əvəzedicisi kimi istifadə edilməməlidir.

 

Saxlanma şəraiti: Preparatı 25°G-dən aşağı temperaturda, orijinal qutusunda saxalayın. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Buraxılış forması: 20 saşe karton qutuda yerləşdirilmişdir.

 

İstehsalçı: Fiterman Farma S.R.L İaşı, Moara De Foc küç.35, Rumıniya.