NEO-REKTOL (şam - rektal suppozitoriyalar)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddələr:

Çoban yastığının qatı ekstraktı(Chamomillae anthodii extractum spissum) 3:1 - 50 mq;

[ekstragent: təmizlənmiş su], Xanımotu köklərinin qatı ekstraktı (Belladonnae radicis extractum spissum) 4:1 - 20 mq;

[ekstragent: etanol 70 həcm %-i], Cytisi scoparii herbae (1 hissə), atşabalıdı kökü (Hippocastani corticis) (1 hissə), qaytarma bitkisinin kökümsovu (Tormentillae rhizomae) (1 hissə) və boymadərən bitkisindən (Millefolii herbae) (1 hissə) ibarət mürəkkəb qatı ekstrakt (4:1) - 80 mq;

[ekstragent: etanol 70 həcm %-i], Benzokain (Benzocainum) - 100 mq;

Köməkçi maddələr: qliserin (E 422), neytral yağ.

 

Farmakoterapevtik qrupu: Tərkibində yerli anesteziya edici dərman vasitələri olan preparatlar.
ATC kodu: C05AD03.

 

Farmakoloji xüsusiyyətləri:
Farmakodinamikası: Neo-Rektol şamı benzokainin ağrıkəsici təsiri sayəsində ağrıları aradan götürür. Preparatın tərkibində həmçinin büzüşdürücü, iltihab əleyhinə və spazmolitik təsirlərə malik olan komponentlər vardır ki, bunlar da anorektal nahiyədə qanaxmam və ödemi aradan qaldırır.
Farmakokinetikası: Rektal istifadədən sonra preparatın komponentlərinin biomənimsənilməsi və farmakokinetik parametrləri barədə məlumatlar yoxdur.

 

İstifadəsinə göstərişlər:
Neo-Rektol hemorroy üçün xarakterik olan simptomların (qanın anorektal sahədə yığılması nəticəsində əmələ gələn ağrılar və venoz damarların zədələnməsi nəticəsində əmələ gələn qanaxmalar) müalicəsində istifadə olunan rektal şamdır. Neo-Rektol şamından həmçinin düz bağırsağın selikli qişasının xroniki iltihabı, anusun qıcıqlanması və sıyrıntıları zamanı istifadə olunur. Preparat qeyd edilən göstərişlərdə ənənəvi istifadə üçün nəzərdə tutulmuşdur və onun effektivliyi müstəsna olaraq uzunmüddətli istifadəyə və təcrübəyə əsaslanır.

 

Əks göstərişlər:
Benzokainə və mürəkkəbçiçəklilər (Asteraceae Cornpositae) sinfinə aid olan bitkilərə qarşı hiperhəssaslıq. Preparatın istənilən komponentlərinə qarşı həssaslıq. Şiş xəstəlikləri.

 

Xüsusi göstərişlər:
Preparatdan 6 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.

 

Ehtiyat tədbirləri:
Preparatdan istifadə etməzdən əvvəl xəstəliyin səbəbini müəyyən etmək üçün həkimə müraciət etmək lazımdır. Böyük hemorroidal düyünlər zamanı şamı yeritdikdən sonra şamı basdıqda onun həll olmasına qədər davam edən (təxminən 5-10 dəqiqə) ağrılar əmələ gələ bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Məlum deyil.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Vaxtından əvvəl doğuşun baş vermə təhlükəsi olduğu üçün hamiləlik zamanı istifadə etmək olmaz. Laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi tədqiq edilməmişdir.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə təsiri: Neo-Rektol nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə təsir göstərmir.

 

İstifadə qaydası və dozası:

  • Böyüklərə - gecələr düz bağırsağa 1 şam, daha ağır hallarda gündə 2-3 şam yeridilir.
  • 6 yaşdan böyük uşaqlara - gecələr düz bağırsağa 1 şam yeridilir.

Şamı ağrı simptomları yox olana qədər, lakin 7 gündən artıq olmayaraq yeritmək lazımdır. Şamı pərdəcikdən çıxarmaq üçün pərdəciyi uc hissənin üzərindən vertikal olaraq çərtmək və möhkəm cırmaq lazımdır.

 

Əlavə təsirləri:
Neo-Rektol preparatından istifadə edərkən əlavə təsirlər aşkar edilməmişdir, lakin belə əlamətlər meydana çıxdıqda həkimə müraciət etmək lazımdır.
Qaşınma və ya qızartının əmələ gəlməsi mümkündür. Allergik reaksiyalar inkişaf etdikdə və ya xəstəliyin simptomları kəskinləşdikdə preparatdan istifadəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.

 

Doza həddinin aşılması:
Tövsiyə olunandan artıq dozanın qəbul edilməsi zamanı və ya göstərilən üsula müvafiq gəlməyən qaydada istifadə edildikdə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

 

Buraxıhş forması: 6 rektal suppozitor (şam), yuvalı qablaşdırmalarda. 2 yuvalı qablaşdırma (12 suppozitor) içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 25°C-dən yuxan olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Şamın üzərində ağ ərpin olması yolveriləndir. Bu, dərman maddəsinin keyfiyyətinə və effektivliyinə təsir göstərmir.
Yararlılıq müddəti: 3il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: «HERBAPOL», Vroslav müalicəvi otlar müəssisəsi, Sv. Mikolay küçəsi 65/68, 50-951, Vroslav, Polşa.