KALSİMAQ – CALCIMAG (qranullar)

Beynəlxalq patentləşdirilməmiş adı:Kalsium maqnesium fitat, Kalsium qlukonat, Ergokalsiferol (VitD2) (Calcium magnesium phytate, Calcium gluconate, Ergocalciferol)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Hər 5 qr qranulun tərkibində:

Təsiredici maddələr: D2 vitamini (Ergokalsiferol) - 3000 BV. Kalsium qlükonat – 375 mq. (33,75 mq elementar kalsium) (1,69 mEq). Kalsium və maqnezium inositoheksofosfat - 125 mq var.

Köməkçi maddələr: Şəkər, vanilin.

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası:

5 qramlıq ölçü stəkanında Kalsimaqın tərkibindəki D2 vitamininin miqdarı tövsiyə olunan sutkalıq tələbatdan (400 BV) 7,5 dəfə artıqdır, kalsiumun miqdarı isə tövsiyə olunan sutkalıq tələbatın (elementar kalsium 800-1200 mq) 1/20-1 /30-i qədərdir.

Aşağıdakı cədvəldə normal şərtlər daxilində D vitamini və kalsium üçün tövsiyə olunan sutkalıq dozalar göstərilir:

 

  D vitamini Elementar kalsium mq-la
mkq Beynəlxalq vahid
Yenidoğulmuşlar, südəmər və 3 yaşadək uşaqlar 7,5-10 300-400 400-800
4-6 yaş 10 400 800
7-10 yaş 10 400 800
Yeniyetmələr və böyüklər 5-10 200-400 800-1200
Hamilə və südverən qadınlar 10 400 800-1200

 

1 mq D vitamininin aktivliyi 40000 beynəlxalq vahidə (BV) ekvivalentdir.

1 mkq (mikroqram) D vitamininin aktivliyi 40 beynəlxalq vahidə (BV) ekvivalentdir.


Normal qidalanma şəraitində və həftədə 1,5-2 saat ərzində günəş şüaları alarkən bu miqdarların qəbulu təmin olunur.
D vitamininin əsas mənbələri: Balıq, balığın qaraciyərinin yağı və D vitamini ilə zənginləşdirilmiş süd.
Kalsium ilə zəngin ərzaq məhsulları: Süd, pendir, yoqurt, qızılbalıq, sardina balığı.
İçlik vərəqənin sonunda kalsiumun müxtəlif dozalarının tərkibində elementar kalsiumun miqdarı göstərilir.
KalsiMaq - raxit və osteomalyasiyanın profılaktika və müalicəsi məqsədilə (xüsusilə de qida ilə D vitamininin qəbulunun qənaətbəxş olmadığı hallarda) istifadə olunan kombinə olunmuş preparatdır.
D vitamininin öz fizioloji təsirini göstərməsi üçün kalsium və fosforun rolu vacib olduğundan, qida qəbulu ilə əlaqədar D avitaminozunda isə daim kalsium və fosfor çatışmazlığı müşahidə olunduğundan preparata kalsium və fosfor komponentləri əlavə edilib. Erqokalsiferol (D2 vitamini) kalsiumun həzm traktından sorulması və sümüklərin normal kalsifikasiyası üçün vacibdir.
Qalxanabənzər ətraf vəzin hormonu və kalsitoninlə birgə plazmada kalsiumun və fosforun konsentrasiyasını tənzimləyir. Bu konsentrasiyaların azalması zamanı isə nazik bağırsaqdan kalsium və fosforun absorbsiyasını stimullaşdırır və sümüklərdəki kalsiumu mobilizə edir.

D2 vitamininin funksiyaları:
D2 vitamini orqanizmdə steroid hormon olan 1,25 - dihidroksivitamin D2 –yə çevrilir. Bu proses qalxanabənzər ətraf vəzin hormonu ilə stimullaşdırılır. 1,25- dihidroksivitamin D2 3 hədəf üzvə (böyrəklər, sümüklər, bağırsaq) təsir göstərərək kalsium və fosfor metabolizmini, kalsiumun proksimal böyrək kanalcıqlarında daşınmasını, bağırsaqdan kalsium və fosforun absorbsiyasını tənzimləyir, sümüklərdən kalsiumun mobilizasiyasını sürətləndirir. Bundan başqa, 1,25- dihidroksivitamin D2 əks əlaqə - «feedback» prinsipinə görə qalxanabənzər ətraf vəzin hormonunun sintezini tənzimləyir. Hesab olunur ki, D2 vitamini (erqokalsiferol) və D3 vitamini (xolekalsiferol) insan orqanizmində eyni təsir gücünə malikdir. Amma D3 vitamini 25-hidroksivitamin D-nin plazmada səviyyəsini kəskin artırır.

Kalsiumun funksiyaları:
Ca2+ hüceyrəxarici mayenin əsas kationudur. Tikinti materialı funksiyası - hidroksiapatit şəklində skeletin sərtliyini və hüceyrələrin formasını qorumaqdır. Kalsium membranların sərtliyinə, özlüyünə və keçiricliyinə təsir edir. Kalsiumun digər vacib funksiyaları: əzələ və sinirlərin qıcıqlanması, hüceyrədaxili siqnalların ötürülməsi, ekzositoz, enzimlerin kofaktoru, hüceyrələrin hərəkəti və bölünməsi və s. funksiyalardır. Kalsiumun artıqlığı zamanı sinir - əzələ keçiriciliyinin zəifləməsi, zəiflik, letargiya, koma müşahidə oluna bilər. Kalsiumun çatışmazlığı zamanı sinir - əzələ keçiriciliyinin yüksəlməsi, müsbət Xvosteki və Trusso simptomları, tetanik qıcolmalar və larinqospazm müşahidə oluna bilər.

Fosforun funksiyaları:
Fosfor bütün vacib biokimyəvi molekulların tərkibinə daxildir: fosfolipidlərin, nukleotidlərin və nuklein turşularının metabolizmi üçün vacib olan enerji adenozintrifosfatın fosfat birləşmələrindən alınır.

 

Farmakokinetikası:
Sorulması:
D2 vitamini; D vitamini öd duzlarının köməyilə bağırsaqdan misellalar şəklində sorulur və orqanizmdə limfa damar sistemi vasitəsilə paylanır,
Kalsium: Kalsium bağırsaqdakı aktiv və passiv daşınma mexanizmi ilə sorulur. Aktiv daşınma kalsiumla birləşmiş zülallar (kalbindin) vasitəsilə baş verir. Bu zülal da, həmçinin, aktiv D vitamininin nəzarəti altında yaranır (1,25 - dihidroksivitamin D3). Passiv daşınma - nisbətən az effektiv, doymamış mexanizmdir. Kalsiumun və qalxanabənzər ətraf vəzin hormonunun miqdarından asılı deyil.
Kalsiuma tələbat artdıqda sorulma effekti qüvvətlənir.
Fosfor: Daxilə qəbul zamanı Ca-, Mq- sitohekso fosfatın bir hissəsi bağırsaqdan sorulur. Bu mexanizm öyrənilməmişdir.

Paylanması:
D2 vitamini: D vitaminin əsas hissəsi piy toxumasında toplanır. Plazmada olan D vitamini zülallarla birləşərək qaraciyərə daşmır.
Burada 25 - hidroksilləşdikden sonra yenidən plazmaya qayıdır və alfa-2-qlobulinlə birləşir. Bu şəkildə böyrəklərə daşınır və burada aktiv formaya çevrilir.
Kalsium: Orqanizmdə ümumi kalsiumun miqdarı 30 mol-a (1200 qr) qədərdir. Bunun 99%-i sümüklərdə və dişlərdə toplanıb, 1%-i plazmada, limfada və d. Mayələrdədir. Plazmadakı kalsiumun 45%-i plazma zülalları ilə birləşmiş şəkildə, 10%-i sitrat, fosfat və bikarbonat kompleksləri şəklində, 45%-i isə sərbəst kalsium ionları şəklindədir. Kalsiumun fızioloji təsiri sərbəst kalsium ionlarıhesabına baş verir.
Fosfor: Orqanizmdə fosforun 80%-i skeletdə, qalan hissəsi isə toxuma və hüceyrəxarici mayedə toplanıb. Plazmadakı fosforun 70%-i fosfolipidlərlə birləşmiş şəkildə, qalan hissəsi isə qeyri üzvi fosfatlar şəklindədir. Qeyri üzvi fosfatların 85%-i sərbəst, 15%-i isə zülallarla birləşmiş şəkildədir.

Metabolizmi:
D2 vitamini: D vitamini sorulduqdan sonra qaraciyərdə 25-hidroksilleşmə, sonra isə böyrəklərdə 1-hidroksilleşdikden sonra D vitaminin aktiv formasına -1,25 - hidroksivitamin D2-yə çevrilir.
Kalsium: Bağırsaqdan sorulmuş kalsium «kalsium ehtiyatlan dövranına» qoşulur. Bu hərəkətli kalsium ehtiyatlan bir tərəfdən sümüklərin qurulması və dağılması (remodelinq) prosesi, digər tərəfdən böyrəklər və bağırsaq vasitəsilə D vitamini və qalxanabənzər ətraf vəzin hormonunun təsiri altında plazmadakı kalsium ionlarının səviyyəsini və toxumalarda yayılmasını tənzimləyir.
Fosfor: Qalxanabənzər ətraf vəzin hormonu fosfor və kalsium metabolizminin əsas tənzimləyicisidir. Kalsium qəbulu azalarsa, fosfatların qəbulu isə artarsa qalxanabənzər ətraf vəz hormonunun ifrazı artır, nəticədə böyrəklərdən fosfatların xaric olunması qüvvətlənir, plazma fosfatlarının miqdarı azalır.

Xaricolunması:
D2 vitamini: D vitamini əsasən ödlə xaric olunur. Digər hissəsi isə suda həll olan metabolitlər, məs. kalsitroil turşusu şəklində sidiklə xaric olunur.
Kalsium: Kalsium orqanizmdən əsasən sidiklə, az miqdarda tərlə xaric olur. Sorulmamış kalsium nəcislə xaric olur.
Fosfor: Fosfor orqanizmdən əsasən sidiklə xaric olunur. Orqanizmdə fosfor balansı böyrəklərlə xaric olunan fosforun miqdarına nəzarət edilməklə həyata keçirilir.                                                                                                                                        

 

İstifadəsinə göstərişlər:
D vitamini çatışmazlığının profilaktika və müalicəsi: malabsorbsiya sindromu, xronik ishallar, qastrektomiya, yağların sorulmasının pozulması olan hallar (steatoreya).

 

Əks göstərişlər:
Hiperkalsiemiya, D hipervitaminozu, hiperfosfatemiya, hiperparatireoidizm.

 

Xüsusi göstərişlər:
KalsiMaqın yüksək dozalarda uzunmüddətli istifadəsi zamanı D vitamini ilə intoksikasiya müşahidə oluna bilər.
D vitamini çatışmazlığı əlamətləri olmazsa böyüklərdə 20000-60000 BV (6-20 ölçü stəkanı), uşaqlarda 2000-4000 BV (0,7-1,3 ölçü stəkanı) dozada D vitamininin bir neçə ay müddətində qəbulu ağır intoksikasiyalara səbəb ola bilər. Bir qayda olaraq malabsorbsiya əlamətləri olmazsa həftələr və ya aylarla davam edən müalicə zamanı maksimal sutkalıq doza 10000 BV-dən (3 ölçü stəkanı) artıq
olmamalıdır. Adətən plazmada 25-hidroksivitamin D-nin miqdarının 200 nq/ml və daha çox olması, hiperkalsiemiya və hiperkalsinuriya D vitamini ilə intoksikasiyanı göstərir.

1.  Qidalanmanın pozulması ilə bağlı olmayan raxit və osteomalyasiya (irsi hipofosfatemiya, böyrək osteodistrofiyası, metabolik asidoz, Falkoni sindromu) zamanı yüksək dozalarda erqokalsiferol, kalsifediol və ya kalsitriolla müalicə aparmaq lazımdır.
2.  Barbituratlar, fenitoin, xolestiramin, xolestipol, maye parafin qəbul edən şəxslərdə D vitamininin çatışmazlığı müşahidə oluna bilər.
3. Uşaqlar: Bəzi uşaqlar D vitamininə yüksək həssaslıq nümayiş etdirə bilər.
4. Hiperfosfatemiya metastatik kalsifıkasiya riskini artırır. Əgər hiperfosfatemiya xəstəlerdə D vitamini ilə müalicə aparılarsa, o zaman A1(OH)3 preparatlarını daxilə qəbul etməklə plazmada fosfatların səviyyəsini normallaşdirmaq lazımdır.
5. Sarkoidoz, vərəm, limfa sisteminin şişləri olan şəxslər D vitamininin təsirinə çox həssasdırlar. D vitamini qranulematoz toxumada aktiv formaya keçir. Bu xəstələrə D vitamini təyin olunmur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik kateqoriyası - C.
Ehtiyac olmazsa D vitamininin yüksək dozalarının təyini tövsiyə olunmur.
D vitamininin metabolitləri cüzi miqdarda südə keçir. Südverən analarda bunu nəzərə almaq lazımdır.


Əlavə təsirləri:
Erqokalsiferol yalnız hiperkalsiemiya zamanı əlavə təsirlər göstərə bilər. Buna görə də, əgər hiperkalsiemiya əlamətləri yaranırsa, bu D vitamini ilə intoksikasiyam göstərir. Hiperkalsiemiyanın ilk əlamətləri - qəbizlik, ishal, başağrısı, anoreksiya, ağızda metal dadı, ürəkbulanma, qusma, susuzluq, ağızda quruluq, tez yorulma, zəiflik ola bilər.
Hiperkalsiemiyanın gecikmiş əlamətləri - sümüklərdə ağrı, bulanıq sidik, qıcolmalar, hipertoniya, işığa həssaslığın artması, aritmiya, qaşınma, hissiyyat dəyişkənliyi, əzələlərdə ağrı, kəskin pankreatit, ürəkbulanma, qusma, arıqlama, tezləşmiş sidik ifrazı ola bilər.
Adətən plazmada 25-hidroksivitamin D-nin miqdarının 200 nq/ml və daha çox olması, hiperkalsiemiya ve hiperkalsinuriya D vitamini ilə intoksikasiyanı göstərir.
D vitamini ilə intoksikasiya uzun müddət ərzində gündə 60000 BV və daha çox D vitamini qəbul etdikdə meydana çıxır.

 

GÖZLƏNİLMƏZ EFFEKTLƏR MEYDANAÇIXARSAHƏKİMƏMÜRACİƏTEDİN!

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

  • Qaraciyərin mikrosomal fermentlərini induksiya edən preparatlar, barbituratlar, fenitoin və s. erqokalsiferolun parçalanmasını sürətləndirə bilər.
  • Kalsium və D vitamininin tiazid qrupu diuretikləri ilə birlikdə təyinatı hiperkalsiemiya riskini artırır.
  • Xolestiramin, xolestipol və maye parafin D vitamininin sorulmasını ləngidə bilər.
  • Hiperkalsiemiya nəticəsində miokardın üskükotu qlikozidlerinə həssaslığı artır ki, bu da aritmiyaya səbəb ola bilər.
  • Antifunqal maddələr olan aktinomisin və imidazol 25-hidroksivitamin D2-nin 1,25- dihidroksivitamin D-yə çevrilməsinin qarşısını alaraq D vitamininin təsirini azaldır.

 

Diaqnostik testlərin nəticələri:
D vitamininin yüksək dozalarda qəbulu zamanı
-  qan zərdabında kalsium, maqnezium, fosfatlar və xolesterin arta bilər;
-  kalsium və fosfatların sidiklə xaric olması sürətlənə bilər;
-  hiperkalsiemiyadan əvvəl qələvi fosfatazanın aktivliyi azala bilər.

 

İstifadə qaydası və dozası:
Alimentar D vitamini çatışmazlığı zamanı yaranan raxit və osteomalyasiyanın müalicəsi üçün sutkalıq dozalanma:
- böyüklərə-gündə 1000-2000TV(l/4-l/2ölçüstəkam);
- uşaqlara – gündə 1000-4000 TV (1 /4-1 ölçü s təkanı) təyin olunur.

Müalicə bir neçə ay müddətində aparılır. Klinik, radioloji və biokimyəvi müalicədə yaxşılaşma təsdiqlənərsə, amma D vitamininin çatışmazlığını yaradan səbəblər saxlanılırsa, o zaman müalicəni gündə 400 BV olmaqla davam etdirmək lazımdır. Qıcolma əleyhinə preparatların uzunmüddətli qəbulu nəticəsində yaranan osteomalyasiya zamanı: -böyüklərə 1000-4000 BV( 1/4-1 ölçü stəkanı);
- uşaqlara 1000 B V (1 /4 ölçü stəkanı) teyin olunur.
Raxit və osteomalyasiyanın profilaktikası məqsədile D vitamini ilə zəngin qida almayan şəxslərə gündə 400 BV (1 qəhvə qaşığı) teyin olunur. D vitamininə həssaslıq müxtəlif olduğu üçün doza klinik cavaba əsasən təyin olunur. Qan zərdabında Ca x P nisbeti 58 mq/l –dən çox olmamalıdır.

 

Doza həddinin aşılması:
Hiperkalsiemiya əlamətləri aşkar olunarsa preparatın qəbulu dayandırılmalı, tərkibində kalsium az olan rejimə keçilməli, çoxlu maye qəbul olunmalıdır. Kortikosteroid müalicəsi və sidiyin asidifikasiyası aparılmalıdır. Günəş işığından qorunmaq lazımdır. Hiperkalsiemik krizlərdə vena daxilinə fizioloji məhlul, furosemid yeridilməli, kalsitonin və steroidlərlə müalicə aparılmalıdır, Ehtiyac olarsa, hemodializ aparıla bilər.

 

Buraxılış forması: KalsiMaq qranulları (75 q) plastik qablaşdırmada, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti:25°C-den aşağı temperaturda, qaranlıq, qutuda olmaq şərti ilə, uşaqların eli çatmayan yerdə, saxlanmalıdır.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: həkim reseptilə buraxılır.

 

İstehsalçı: Biofarma İlaç San. Ve Tic. A.Ş. Samandıra/İstanbul

 

Kalsium birləşmələrinin tərkibində elementar kalsiumun miqdarı:

Birləşmə Kalsium (mq/qr) Kalsium (mEq/qr) % Ca
Kalsium asetat 253 12,2 25,3
Kalsium karbonat 400 20 40
Kalsium xlorid 272 13,6 27,2
Kalsium sitrat 211 10,5 21,1
Kalsium qlükobionat 65 3,2 6,5
Kalsium qlükopeptat 82 4,1 8,2
Kalsium qlükonat 90 4,5 9
Kalsium laktat 130 6,5 13
Kalsium fosfat - - -
İkiəsaslı 230 11,5 23
Üçəsaslı 380 19 38