VAMLODİNT (tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


TƏRKİBİ:
Təsiredici maddə: amlodipin besilat 5 mq və ya 10 mq amlodipinə ekvivalent dozada.
Köməkci komponentlər: mikrokristallik seluloza, susuz kalsium hidrofosfat, nişasta natrium qlikolat, maqnezium stearat.


FARMAKOTERAPEVTİK QRUPU: kalsium kanalların blokatoru (kalsium antaqonisti).
ATC kodu: C08CA01


FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Farmakodinamikası: amlodipin - dihidropiridin törəməsidir. Dihidropiridin reseptorları ilə birləşərək «ləng» kalsium kanallarını blokada edir və kalsiumun ürək və damar hüceyrələrinin daxilinə membran vasitəsilə keçməsini inhibə edir (daha çox damarların saya əzələrinə təsir edir, nəinki kardiomiositlərə).
Hipotenziv və antianginal effektləri vardır. Amlodipin miokardın işemiyasını 2 yolla azaldır: periferik arteriolaları genişləndirir və beləliklə, «sonradan yüklənməni» azaldır və bu zaman ürəyin yığılma tezliyi praktiki olaraq dəyişmir, bu da miokardın enerjiyə və oksigenə olan tələbatını azaldır. Həm normal, həm də miokardın işemiyaya məruz qalmış zonalarında koronar ve periferik arteriya və arteriolaları genişlənir ki, bu da vazospastik stenokardiyalı xəstələrdə miokardın oksigenlə təchizatının yaxşılaşmasına və siqaret çekənlərdə əmələ gələn koronar spazmın qarşısının alınmasına gətirib çıxarır.
Arterial hipertenziyalı xəstələrdə amlodipinin sutkalıq birdəfəlik dozası arterial təzyiqi 24 saat ərzində aşağı göstəricilərdə saxlayır (istər uzanmış vəziyyətdə, istərsə də ayaqüstə olarkən). Təsiri tədricən başladığından amlodipin arterial təzyiqi kəskin şəkildə aşağı salmır. Stenokardiyalı xəstələrdə amlodipin fıziki işlə məşqul olmasının müddətini artırır, növbəti stenokardiya tutmasının və ST seqmentinin aşağı düşməsinin (1 mm-ə qədər) qarşısını alır, stenokardiya tutmalarının və nitroqliserin qəbulunun tezliyini azaldır.
Farmakokinetikası: miokard infarktı keçirən, stenokardiyadan əziyyət çekən xəstələrə amlodipinin təyini həm yuxu arteriyalarının daxili qatının qalınlaşmasının qarşısını alır, həm də ölüm hallarının miqdarını azaldır, qeyri-stabil stenokardiya və proqressivləşən xroniki ürək çatışmazlığı zamanı hospitallaşdırma sayını azaldır, koronar qan dövranını bərpa etməyə yönəlmiş operativ müdaxilələrin tezliyini aşağı salır.

 

İSTIFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Arterial hipertenziya; stabil stenokardiya və vazospastik stenokardiya (Prinsmetal stenokardiyası).

 

ƏKS GÖSTƏRİŞLƏR:
Ağır arterial hipotenziya; amlodipinə və digər dihidropiridin törəmələrinə və preparatın digər komponentlərinə qarşı hiper həssaslıq.

 

XÜSUSİ GÖSTƏRİŞLƏR:
Qeyri-işemik mənşəli xroniki ürək çatışmazlıqları zamanı (lll-IV funksional sinif), aortal stenoz zamanı, kəskin miokard infarktı zamanı (ondan sonrakı 1 ay ərzində də) preparat ehtiyatla qəbul edilməlidir. Digər kalsium kanalı blokatorlarında olduğu kimi VAMLODİN-i sinus düyününün zəifliyi sindromu, mitral stenoz, hipertrofık obstruktiv kardiomiopatiya, arterial hipotenziya olan xəstələrə ehtiyatla təyin etmək lazımdır.

 

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:
Digər kalsium kanalı blokatorlarından fərqli olaraq VAMLODİN-i qeyri-steroid iltihab əleyhinə preparatlarla (QSİəP), xüsusən də indometasinlə birgə istifadə etdikdə preparatların qarşılıqlı təsiri müşahidə olunmamışdır. VAMLODİN-in tiazidler və "ilgək" diuretiklər, verapamil, AÇF inhibitorlar, beta-adrenoblokatorlar və nitratlarla birgə istifadə etdikdə antianginal və hipotenziv təsir güclənə bilər. alfa.-adrenoblokatorlarla və neyroleptiklərlə birgə istifadə etdikdə isə hipotenziv təsiri arta bilər.

 

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Amlodipinin hamiləlik ve laktasiya zamanı istifadəsinin təhlükəsizliyi müəyyən edilmədiyindən onun istifadəsinə ana üçün xeyri dölə və yenidoğulmuşun həyatına qarşı olan riskdən yüksək olduğu zaman icazə verilir. Laktasiya zamanı ya preparatın qəbulunu, ya da südverməni dayandırmaq lazımdır.

 

ƏLAVƏ TƏSİRLƏRİ:

  • Ürək-damar sistemi tərəfdən: bəzən periferik ödemlər (topuq və ayaqlarda), ürəkdöyünmə; arterial təzyiqin həddən artıq düşməsi, ortostatik hipotenziya.
  • Mərkəzi və periferik sinir sistemi tərəfdən: üz dərisində istilik hissi, yorğunluq, baş gicəllənməsi, baş ağrısı, yuxululuq.
  • Mədə-bağırsaq sistemi tərəfdən: bəzən qarında ağrılar, ürəkbulanma.
  • Allergik reaksiyalar: bəzən dəri qaşınması və dəri səpkiləri.

 

DOZALANMA:
Arterial hipertenziya və stenokardiya zamanı VAMLODİN-in orta başlanğıc dozası 5 mq sutkada 1 dəfə. Xəstənin fərdi reaksiyasından asılı olaraq bunu maksimal dozaya (10 mq) qədər qaldırmaq olar. Tiazid diuretiklər, beta-adrenoblokatorlar və ya AÇF inhibitorlari ilə birgə qəbul etdikdə VAMLODİN-in dozalanma rejimini dəyişmək tələb olunmur. Böyrək və qaraciyər çatışmazlığı zamanı amlodipini adi dozalarla qəbul etmək məsləhət görülür.

 

DOZA HƏDDİNİN AŞILMASI:
Əlamətləri: arterial təzyiqin kəskin düşməsi, reflektor taxikardiyanın inkişafı və həddindən artıq periferik vazodilatasiyanın olması. Müalicəsi: aktivləşdirilmiş kömürün təyini (xüsusən ilk 2 saat ərzində), mədənin yuyulması, xəstəyə ətraflarını yuxarı qaldırmış vəziyyəti vermək, ürək-damar sisteminin funksiyalarını nəzarətdə saxlamaq. Damar tonusunu və arterial təzyiqi bərpa etmək üçün damardaraldıcı preparatlar istifadə etmək olar (əks göstəriş yoxdursa). Venadaxili olaraq kalsium qlükonat yeridilir.

 

BURAXILIŞ FORMASI: VAMLODİN-5: tərkibində 5 mq amlodipin olan 30 həb; VAMLODİN-10: tərkibində 10 mq amlodipin olan 30 həb.
SAXLANMA ŞƏRAİTİ: Preparat qaranlıq yerdə, 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ: 3 il. Yararlılıg müddəti bitdikdən sonra istifadə etmək olmaz.
APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptlə satılır.

 

İSTEHSALÇI: "Adifarm" EAD, bulvar "Simeonov sossesi" 130, Sofiya, Bolqarıstan.