VİTRİKS – VITRIX (inyeksiya üçün məhlul)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddələr: 1-ci ampulda 100 mq Tiamin hidroxlorid (vitamin B1), 200 mq Piridoksin hidroxlorid (vitamin B6) vardır.
Köməkçi maddələr: inyeksiya üçün distillə olunmuş su 1000 mq, 96%-li etil spirti 4,3 mq, lidokain hidroxlorid 16 mq, metilparapen 1,5 mq, fenol 4,3 mq, propilparapen 0,2 mq, natrium xlorid 2,3 mq, natrium hidroksid 1,146 mq, tartar turşusu 1 mq.
Təsiredici maddə:  2-ci ampulda 1000 mkq Siankobalamin (vitamin B12) vardır.
Köməkçi maddələr: inyeksiya üçün distillə olunmuş su 1000 mq, metilparapen 1,5 mq, propilparapen 0,2 mq, natrium hidroksid 8,3 mq.

 

Farmakoterapevtik qrupu: Vitamin kompleksi.
ATC kodu: A11DB

 

Farmakoloji xüsusiyyətləri:
Vitamin B1 - orqanizmdə fosforlaşma prosesi nəticəsində bir çox fermentativ proseslərin kofermenti olan kokarboksilazaya çevrilir. Tiamin hüceyrə səviyyəsində karbohidrat və zülal mübadiləsini tənzimləyir, yağ mübadiləsində vacib rol oynayır. Vitamin B1 sinapslarda sinir impulslarının ötürülməsində aktiv iştirak edir.
Vitamin B6 - mərkəzi və periferik sinir sisteminin normal funksiyasını təmin edir. Fosforlaşmış forması amin turşularının mübadiləsində iştirak edən kofermentdir. Dofamin, noradrenalin, histamin və QAYT kimi bir çox neyromediatorların biosintezində iştirak edir.
Vitamin B12 - qanvaranma prosesində və eritrositlərin yetişməsində vacib rol oynayır. Sinir sisteminin nuklein turşularının və lipid tərkibinin serebrozid  və fosfolipidlərin  sintezində  iştirak edir. Siankobalamin  kofermenti  olan  metilkobalamin  və  adenozilkobalamin   hüceyrə replikasiyası və böyüməsi üçün vacibdir.

 

İstifadəsinə göstərişlər:
Nevrit, nevralqiya, pleksit kəmərləyici dəmrov (herpes zoster), radikulit, lümbaqo, işialgiya, periferik iflic, revmatoid artrit, osteoartroz, artrit, revmatizm, müxtəlif mənşəli anemiya, mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, hamiləlik toksikozu, toksik zob, sidik turşulu diatez, diabet və dəri xəstəlikləri.

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, eritremiya, eritrositoz və kəskin trombemboliya.

 

Ehtiyat tədbirləri:
Piridoksinin gündəlik dozası 2q-dan artıq olmamalıdır. Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi zamanı mədə şirəsinin turşuluğunu artıra bilər. Stenokardiya və tromb əmələ gəlməyə meylli olan xəstələrdə ehtiyatla təyin olunmalıdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Piridoksinin levodopa qəbul edən xəstələrə təyini məsləhət deyil,  çünki təsirini zəiflədir. Siankobalamin turşu, qələvi, alkoqol, estrogen və yuxugətiricilərin təsirindən parçalanır.

 

İstifadə qaydası və dozası:
Dozanı müalicə həkimi təyin edir.
Vitriks I və II ampulların möhtəviyyatını şprisdə qarışdıraraq, həftədə 2-3 dəfə olmaqla, ağır hallarda hər gün əzələ daxilinə dərin yeritmək lazımdır.
Həkimin təyin etdiyi dozanı artırmayın. Preparat həkimin təyin etdiyi vaxtda yeridilir. Heç zaman ikiqat doza yeritməyin. Əgər siz yaxşılaşma hiss etsəniz, həkimin göstərişi olmadan müalicəni özbaşına dayandırmayın.

 

Əlavə təsirləri:
Nadir hallarda preparatın qəbulu zamanı ürəkbulanma, qusma, halsızlıq, narahatçılıq hissi, respirator distress-sindrom və allergik reaksiyalar müşahidə oluna bilər. Preparatla müalicə zamanı adi halınızın dəyişildiyini hiss edirsinizsə, bu barədə müalicə həkimini xəbərdar edin.
Zəhərlənmədən  qorunun!

 

Doza həddinin aşılması:
Əgər siz preparatın artıq dozasını istifadə etmisiniz dərhal təcili yardıma müraciət edin, özünüzlə dərmanın ampulunu götürməyi unutmayın. Etiketdəki yazını və dərmanın hər yeridilməsi zamanı dozanı yoxlayın.

 

Buraxılış forması: 5 ədəd 1-ci ampul, 5 ədəd 2-ci ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: + 25°C -dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

İstehsalçı: FARMAKAR İnt.ko/BPC, A/Y 51621, Yerusəlim-QP