MEQAVİT PRENATAL (tabletlər)
Hamilə və süd verən qadınlar üçün multivitamin - multimineral preparatı.

 

Tərkibi:

Bir Meqavit Prenatal tabletin tərkibi aşağıdakilardan ibarətdir:

  • A vitamini (retinol) - 1500 ME;
  • C vitamini (askorbin turşusu) - 100 mq;
  • D3 vitamini - 250 mq;
  • E vitamini (alfa tokoferol asetat) - 18 mq;
  • B1 vitamini (tiamin) - 3 mq;
  • B2 vitamini (riboflavin) - 3.4 mq;
  • Nikotinamid - 20 mq
  • B6 vitamini (piridoksin) - 4,2 mq;
  • Fol turşusu - 0,6 mq;
  • B12 vitamini (sianokobalamin) - 6 mkq;
  • Biotin (H vitamini) - 0,03 mkq;
  • Pantoten turşusu - 10 mq;
  • Kalsium - 250 mq;
  • Maqnezium - 50 mq;
  • Dəmir - 18 mq;
  • Sink - 15mq;
  • Manqan - 3 mq;
  • Yod - 0,15 mq;
  • Selen - 0,025 mq;
  • Xrom - 0,025 mq;

 

Farmakoloji xüsusiyyətləri:
Meqavit Prenatal tabletlərin tərkibində qadınların hamiləlik və laktasiya dövründə ehtiyacı olan vitamin və minerallar optimal miqdardadır.

 

Hamiləlikdən əvvəlki dövrdə:
Meqavit Prenatal, qadın orqanizmini zəruri vitaminlərlə təmin edir və orqanizmdə vitamin balansını optimal səviyyədə saxlayır.
Hamiləliyin birinci trimestrində: Meqavit Prenatal sinir borusu qüsurunun inkişafı riskini və hamiləlikdə tez-tez rast gələn ümumi halsızlıq, nevroz, ürəkbulanma, qusma kimi simptomları azaldır. Sinir borusu qüsurunun inkişafı hamiləliyin məhz ilk həftələrində baş verdiyi üçün hamiləliyin planlaşdırılması dövründə bütün qadınların Meqavit Prenatal qəbul etməsi məsləhət görülür.
Hamiləliyin ikinci trimestrində: Meqavit Prenatal hamilə qadının orqanizmində vitaminə olan tələbat artdığı bir dövrdə vitamin deposunun tükənməsinin qarşısını alır.
Hamiləliyin üçüncü trimestrində: Meqavit Prenatal vitamin, mineral və mikroelementlərin optimal balansını təmin edərək orqanizmi doğuşa hazırlayır.
Südvermə dövründə: Meqavit Prenatal ana südünün keyfiyyətini yaxşılaşdırır və ana südü ilə qidalanan körpənin normal inkişafını təmin edir.

 

A vitamini (retinol): Hamiləlik dövründə dölün inkişafını təmin edir. A vitaminin çatışmamazlığı zamanı ananın uşaqlıq yatağının daxili örtüklərində quruluq əmələ gəlir.
B qrupu vitaminləri: Embrionun normal inkişafını, hamilə qadınlarda  toksikoz zamanı ürəkbulanma və qusma tutmalarının azalmasını təmin edir.
C vitamini (askorbin turşusu): Dəmirin mənimsənilməsini yaxşilaşdırır, immuniteti artırır.
D3 vitamini: Orqanizmdə kalsium və fosforun mənimsənilməsini yaxşılaşdırır. D3 vitamini çatışmamazlığı olduqda hamilələrdə yüksək sinir oyanıqlığı, əzələlərin qıcolması, dişlərin xarab olması kimi hallar müşahidə edilir.
E vitamini (tokoferol): Sərbəst radikalların təsirinə qarşı qoruyucu anti-oksidant təsirə malikdir. Orqanizmi stress və anemiyadan qoruyur.
Fol turşusu: Lazımi artım (böyümə) və dölün inkişaf sürətini təmin edir, uşaqlarda anadangəlmə qüsurların yaranma ehtimalını azaldır.
Kalsium və maqnezium: Dəmirin adsorbsiyasını yaxşılaşdırır. Preparatın tərkibində optimal miqdarda kalsiumun olması, orqanizmin deminerallaşma təhlükəsini aradan qaldırır.
Dəmir: Hemoqlobin və mioqlobinin fizioloji sintezində əsas rol oynayan mineraldır. Hamilə qadınlarda anemiyanın yaranmasının qarşısını alır.
Yod: Qalxanabənzər vəzinin hormonları başlanğıc dövrlərdə   hamiləliyin    saxlanmasını təmin edir. Yod çatışmamazlığı körpənin, eləcə də ananın orqanizmində qalxanabənzər vəzinin böyüməsinə səbəb olur.

 

Göstərişləri:
- Hamiləlik və  laktasiya  dövründə vitamin və  mineral çatışmamazlığı;
- Vitamin və mineral çatışmamazlığı zamanı arzu edilməyən təsirlərin qarşısının alınması.

 

Əks göstərişləri:
Vitamin A və D hipervitaminoz halları. Böyrək çatışmamazlığı. Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

 

Yan təsirləri: Yaxşı keçirilir.

Dozalanma: Gündə 1 dəfə 1 tablet yeməkdən sonra su ilə qəbul edilir.

 

Ehtiyat tədbirləri:

  • Uşaqlardan uzaq yerdə saxlayın.
  • Orijinal qutusunda 25°C-dən aşağı temperatur şəraitində saxlayın.
  • Tövsiyə edilən gündəlik dozadan artıq qəbul etməyin.

 

Buraxılmış forması: Qutuda 3 blister, hər blisterdə 10 tablet.

 

İstehsalçı: Robinson Pharma Inc.ABŞ "ASFARMA-firması.