TEABRONX (bəlğəmgətirici çay)

 

Tərkibi:
Şirin biyan kökü, dəvədabanı yarpağı, böyük bağayarpağı yarpağı, kəklikotu otu, razyana meyvəsi, istiotlu nanə yarpağı.

 

Kimyəvi tərkibi:
Şirin biyan kökünün tərkibində 23%-ə qədər saponin-qlisirrizin (qlisirrizin turşusunun kalium və kalsium duzlan), 30-a qədər flavonoid (likviritin, likurazid, qlabrozid, uranozid, kversetin, apigenin, ononin və s.), mono- və disaxaridlər (20%-ə qədər), nişasta (34%-ə qədər), pektinlər (6%-ə qədər), qətranlar (40%-ə qədər), acı maddələr (4%-ə qədər), fenolkarbon turşuları (salisil, sinap, ferul) və onların törəmələri (salisil turşusunun asetatı), kumarinlər (2,6%-s qədər), aşı maddələri (14%-ə qədər), alkaloidlər, efir yağı (0,03%-ə qədər), üzvi turşular (sirkə, limon, alma, fumar), Fe, Sr, Se və s. vardır. Dəvədabanı yarpağının tərkibində tussil yağın qlikozidi, inulin, efir yağları, aşı maddələri, selik, sitosterin, üzvi turşular (qall, alma, sirkə), C vitamini, saponinlər, Cu, Se, Ag, Br və s. vardır. Böyük bağayarpağı yarpağının tərkibində azotlu 20% və azotsuz 10% ekstraktiv maddələr, yağlar 0,5%, aukubin qlikozidi, flavonoidlər, mannit karbohidrab, C vitamini (289 mq%), K vitamini, limon və olein turşuları, aşı maddələri, acı maddələr, Cu, Fe, Zn, Mo, Ba, Sr və s. vardır. Kəklikotu otunun tərkibində 0,6% efir yağı (timol, karvakrol, terpineol, bomeol), aşı maddələri, acı maddələr, triterpen birləşmələri (ursul və oleanol turşuları), flavonoidlər, mineral duzlar, Fe, Mo, Se, B və s. vardır. Razyana meyvəsinin tərkibində efir yağı 6,5% (anetol, a-pinen, a-fellandren, limonen, sineol, n-simol, metilxavikol, terpinolen, kamfora, fenxon, bornilasetat, sitral, cirə aldebidi), 18%-ə qədər piyli yağlar (petrozelin, olein, linol və palınitin turşularının qliseridlərindən ibarət), K, Ca, Cu, Se və s. vardır. İstiotlu nanə yarpağının tərkibində efir yağı (mentol, menton, puleqon, mentofuran), izovalerian və sirkə turşusunun mentol ilə efirləri, karotin (40%-ə qədər), hesperidin, betain, ursul və oleanol turşuları, Zn, Se, Mo, Sr və s. maddələr vardır.

 

Farmakoloji təsiri:
Tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini və kirpikli epitelin hərəki aktivliyini artırır. Bəlğəmi durulaşdırır və xaric olmasını sürətləndirir. Öskürək və tənəffüs mərkəzlərinin qıcıqlanmasını azaldır, bronxların spazmını və təngnəfəsliyi aradan qaldırır, öskürək əleyhinə təsir göstərir. İltihab əleyhinə, antiseptik, antiallergik təsirə malikdir. İnterferon sintezini artiraraq, orqanizmin immun müqavimətini yüksəldir.

 

İstifadəsinə göstəriş:

  • Traxeit
  • Kəskin və xroniki bronxit
  • Pnevmoniya (krupoz və bronxopnevmoniya)
  • Bronxial astma
  • Göyöskürək

 

Əks göstəriş:
Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
1 yaşa qədər uşaqlara istifadə etmək məsləhət deyil.

 

İstifadə qaydası:
1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkaıı) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Qəbul müddəti 14 gündür.
Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.

 

Reseptsiz buraxılır.
Buraxılış forması: 25 filtr-bağlama.
Saxlanma şəraiti: Quru və sərin yerdə saxlamalı.

 

İstehsalçı: "HerbaFlora"