Sedativ çay

 

Tərkibi:
Dərman pişikotu kökü, beşdilimli damotu otu, maya-sarmaşığı qozası, istiotlu nanə yarpağı.

 

Kimyəvi tərkibi:
Dərman pişikotu kökünün tərkibində 3-3,5%-ə qədər efir yağı, izovalerian turşusu, bornilizovalerianat, borneol, qarışqa, yağ və sirkə turşularının borneol efirləri, pinenlər, seskviterpenlər, spirtlər, alkaloidlər (xatinin, valerin), qlikozid (valeriozid), valepatriatlar (valtrat, asetoksivaltrat, dehidrovaltrat), aşı maddələri, qətranlar, bəzi ketonlar, nişasta, üzvi turşular (palmitin, stearin, sirkə, qarışqa, alma və s.), K, Ca, Fe, Se və s. vardır. Beşdilimli damotu otunun tərkibində şəkərlər, qlikozidlar, alkaloidlər (0,4%-ə qədər), efir yağı (0,05%-ə qədər), flavonoidlər (kversetin, ratin, kvinkvelozid), A provitamini, askorbin turşusu, aşı maddələri (2,14%-ə qədər), rəngləyici və acı maddələr, mineral duzlar və s. vardır. Maya sarmaşığı dozasının tərkibində acı maddə lupulin, xumulin alkaloidi, 2% efir yağı (mirsen, humulen, famezen), valerian turşusu, rəngləyici maddələr, hormonlar, xlorogen turşusu, flavonoidlər (kempferol, kversetin-3-qlükozid, leykosianidin, leykodelfinin), kumarinlər, B1, B3, B6, PP vitaminləri, aşı maddələri (3,4%), K, Mn, Zn, Al, B və s. vardır. İstiotlu nanə yarpağının tərkibində efir yağı (mentol, menton, puleqon, mentofuratı); izovalerian və sirkə turşusunun mentol ilə efirləri, karotin (40%-ə qədər), hesperidin, betain, ursul və oleanol turşuları, Zn, Se, Mo, Sr və s. maddələr vardır.

 

Farmakoloji təsiri:
Sinir sistemində oyanıqlığı azaldır, tormozlanmanı artırır, trankvilizə edici təsir göstərir. Spazmolitik təsir edərək koronar və periferik qan damarlarını genişləndirir, antiaritmik və hipotenziv effekt verir. Yuxu siklini pozmadan onu tənzimləyir.

 

İstifadəsinə göstəriş:
Nevrozlar (kardionevroz, nevrasteniya), NSD, sinir-emosional oyanıqlıq və stress, hipertoniya xəstəliyi (ü-kin mərhələ), xroniki yorğunluq sindromu, yuxusuzluq, predmenstrual və klimakterik sindromlar, hipertireoz, spastik sindromla müşayiət olunan həzm sistemi xəstəlikləri, hipertenzion sindrom, uşaqlarda sinir-reflektor oyanıqlıq sindromu.

 

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:
1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq  şəkildə daxilə qəbul edilir.
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Yuxusuzluqda 3 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 15 dəq. dəmlənir, yatmazdan 1 saat əvvəl daxilə qəbul edilir.
Çayın dəmləməsindən körpələr üçün vanna şəklində istifadə etmək olar. Bu məqsədlə filtr-bağlamalarlın sayını suyun miqdarına uyğun artırmaq lazımdır.
Qəbul müddəti 30 gündür.
Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.

 

Reseptsiz buraxılır.
Buraxılış forması: 25 filtr-bağlama.
Saxlanma şəraiti: Quru və sərin yerdə saxlamalı.

 

İstehsalçı: "HerbaFlora" Bakı, Azərbaycan