HİDROKORTİZON - HYDROCORTISONE (xaricə istifadə üçün məlhəm)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: 10q məlhəmin tərkibində 1q hidrokortizon asetat vardır.
Köməkçi maddələr: tibbi vazelin, lanolin, penlaeritril dioleat, stearin turşusu, metilpara-idroksibenzoat, propilpara-hidroksibenzoat - 0.02q, təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu: Yerli istifadə üçün qlükokortikosteroid.

 

İstifadəsinə göstərişlər: Adi çivzələr, dərinin bakterial infeksiyaları.

 

Əks göstərişlər:
Dərinin qeyri-mikrob mənşəli iltihabı və allergik xəstəlikləri (o cümlədən qaşınma ilə müşaiət edilən):

  • Ekzema
  • Allergik və kontakt dermatiti
  • Neyrodermit
  • Psoriaz
  • Eritrodermiya
  • Qoturluq
  • Həşəratların dişləməsi
  • Seboreya

 

Xüsusi göstərişlər:
Ehtiyatla: şəkərli diabet, vərəm (sistem zədələnmə).
Uşaqlarda dərman vasitəsinin istifadəsi zamanı, üz sahəsinə və ya okklüzion sarğı altına tətbiq etdikdə müalicə kursunu iki həftəyə qədər azaltmaq lazımdır. Uşaq yaşlarında böyrəküstü vəzin qabıq maddəsinin funksiyasının ləngiməsi daha tez inkişaf edə bilər. Bundan əlavə, boy hormonunun sekresiyasının azalması müşahidə oluna bilir. Dərman vasitəsinin uzunmüddətli istifadəsi zamanı bədən çəkisinə, boyuna, plazmada kortizolun konsentrasiyasına nəzarət etmək lazımdır.
12 yaşa qədər uşaqlara dərman vasitəsi yalnız həkim nəzarəti altında təyin edilir.
Məlhəmin gözə və selikli qişalara düşməsinin qarşısı alınmalıdır.
Əgər 7 gün müalicədən sonra yaxşılaşma baş vermir və ya vəziyyətin pisləşməsi müşahidə edilirsə, dərman vasitəsinin istifadəsi dayandırılır və həkimə müraciət olunmalıdır. Dərman vasitəsinin istifadəsinin dayandırılmasından bir neçə gün sonra simptomların bərpa olunduqda həkimlə məsləhətləşmək lazımdır.
Səthi sahələrə uzunmüddətli sürtülməsi və ya uzunmüddətli müalicə zamanı natriumun istifadəsinin məhdudlaşdırılması və zəngin kaliumun tərkibli pəhriz təyin edilməlidir, orqanizmə kifayət qədər zülal yeridilməlidir.
Arterial təzyiq, qanda qlükozanın miqdarı, qanın laxtalanması, diurez, xəstənin bədən çəkisi, plazmada kortizolun səviyyəsini nəzarət altında saxlamaq lazımdır.
Dərinin infeksion zədələnməsinin qarşısını almaq üçün dərman vasitəsi antibakterial və göbələk əleyhinə vasitələrlə birgə təyin etmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Oynaqların və onurğanın degenerativ xəstəliklərinin ümumi qəbul olunmuş müalicə sxeminə daxil olan  digər dərman vasitələri ilə müalicə fonunda məlhəmin təyini zamanı mənfi qarşılıqlı təsir halları təyin edilməmişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi: Hidrokortizon ehtiyatla istifadə edilməlidir.

Nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Preparat təsir göstərmir.


İstifadə qaydası və dozası:
Xaricə. Məlhəm dərinin zədələnmiş sahələrinə nazik qatla gündə 2-3 dəfə sürtürlər.
Müalicənin davametmə müddəti xəstəliyin xüsusiyyəti VƏ müalicənin effektivliyindən asılı olaraq, bir qayda olaraq 6-14 gün təşkil edir. Xəstəliyin davamlı gedişi zamani 20 günə qədər uzadıla bilər. Məhdud ocaqlarda effektin gücləndirilməsi üçün okklüzion sarğılar istifadə edilə bilər. 2 yaş və daha yuxarı uşaqlarda məlhəmin istifadəsi zamanı müalicənin ümumi davametmə müddətini məhdudlaşdırmaq lazımdır ki, həftədən artıq olmayaraq və steroidin sorulmasının güclənməsinə gətirib çıxaran tədbirləri (isidici, fiksasiya edici və okklyuzion sarğılar) istisna etmək lazımdır.

 

Doza həddinin aşılması:
Kəskin doza həddinin aşılması az ehtimal ediləndir, lakin, həddən artıq və ya uzunmüddətli dərman vasitəsinin istifadə zamanı xroniki doza həddinin aşılması, hiperkortisizm əlamətləri: hiperqlikemiya, qlukozuriya, böyrəküstü vəzin qabıq maddəsinin funksiyasının geri dönən ləngiməsi, Kuşinq sindromunun təzahür etməsi ilə müşaiət edilə bilər.

 

Əlavə təsirlər:
Hiperemiya, məlhəmin sürtülməsi nahiyəsində ödəm VƏ qaşınma. Uzunmüddətli istifadə zamanı həmçinin dərinin ikinci infeksion zədələnməsinin inkişafı, orada atrofik dəyişikliklər, hipertrixoz yarana bilər. Məlhəmin uzunmüddətli və ya okklyuzion sarğılardan istifadəsi zamanı, xüsusən böyük zədələnmə sahələrində, hidrokortizonun rezorbtiv  təsirinin təzahürü kimi hiperkortisizm simptomlarının yaranması mümkündür (hiperqlikemiya, qlukozuriya, böyrəküstü vəzin qabıq maddəsinin funksiyasının geri dönən ləngiməsi, Kuşinq sindromunun təzahür etməsi).

 

Buraxılış forması: 10q (1%) məlhəm tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlama şəraiti: 8-15°C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: “Sintez” Tibbi preparatlar və məhsulların Kurqan Səhmdar Cəmiyyəti.


TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının Sədri E.M. Ağayev 30 Dekabr 2011