ZİNARES - AZİTROMİSİN (kapsullar)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Hər kapsulun tərkibində aktiv maddə kimi 500 mq azitromisin vardır.

Köməkçi maddələr: Jelatinləşdirilmiş nişasta, laktoza Lactopress, maqnezium stearat və natrium laurilsulfat.

 

Farmakoterapevtik qrupu: makrolid qrupu.

ATC kodu: J01FA10.

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası:

Azitromisin geniş təsir spektrinə malik olan antibiotikdir. Makrolid antibiotiklərin azalid qrupasına aiddir. İltihab ocağında yüksək konsentrasiya əmələ gətirdiyi zaman bakterisid təsir göstərir. Azitromisin aşağıdakı mikroblara qarşı aktivdir:

Aerob qram (+) bakteriyalar: Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus agalactiae, Streptococcus spp., (C, F və G qrupuna aid olan), Streptococcus viridans, Staphylococcus aureus.

Aerob qram (-) bakteriyalar: Heamophilus ducreyi, Heamophilus influenzae, Moraxella catarrhalis, Bordetella pertussis, Bordetella parapertussis, Legionella pneumophila, Campylobacter jejuni, Helicobacter pylori, Neisseria gonorrhoeae, Gardnerella vaginalis.

Anaerob bakteriyalar: Bacteroides bivius, Clostridium perfringens, Peptostreptococcus spp.

Preparat həmçinin: Chlamydia trachortiatis, Chlamydia pneumoniae, Mycoplasma pneumoniae, Ureaplasma urealyticum, Treponema pallidum, Borrelia burgdorferi qarşı da aktivdir.

Farmakokinetikası:

Azitromisin mədə-bağırsaq traktından tez sorulur ki, bu da onun turş mühitə qarşı davamlılığı və lipofılliyi ilə əlaqədardır. Azitromisin tənəffüs yollarına, urogenital traktın orqan və toxumalarına (o cümlədən prostat vəziyə), dəri və yumşaq toxumalara yaxşı keçir. Toxumalarda yüksək konsentrasiya yaratması (qan plazmasına nisbətən 10-50 dəfə çox) və uzun müddətli

yarımparçalanma dövrünə malik olması azitromisinin qan zülalları ilə az birləşməsi, həm də onun eukariotik hüceyrələrə yaxşı keçməsi və pH-ın aşağı olduğu mühitlərdə yaxşı konsentrasiya əmələ gətirməsi ilə əlaqədardır. Azitromisinin əsasən lizosomlarda toplanması hüceyrədaxili törədicilərin eliminasiyası üçün çox vacibdir. Sübut edilmişdir ki, faqositlər azitromisini infeksiyanın olduğu yerə çatdırır. Azitromisinin infeksiya ocaqlarındakı konsentrasiyası sağlam toxumalardakına nisbətən daha yüksəkdir və iltihabı ödemin dərəcəsindən asılı olaraq dəyişir. Faqositlərdə yüksək konsentrasiya yaratdığına baxmayaraq azitromisin onların funksiyasına əsaslı təsir göstərmir. Azitromisin iltihab ocağında bakterisid konsentrasiysını sonuncu dozadan sonrakı 5-7 gün ərzində saxlayır, bu da 3 və 5 günlük qısa müalicə kursunun aparılmasına imkan verir. Azitromisinin plazmadan çıxarılması 2 mərhələdə gedir: preparatın qəbulundan sonrakı 24 saata qədərki intervalda yarımparçalanma dövrü 14-20 saat təşkil edir; 24-dən 72 saata qədərki intervalda isə 41 saat təşkil edir ki, bu da preparatı sutkada 1 dəfə qəbul etməyə imkan yaradır.

 

Istifadəsinə göstərişlər:

Preparata həssas törədicilər tərəfindən törədilmiş infeksion-iltihabı xəstəliklər:

- yuxarı tənəffüs yollarının və LOR-orqanların infeksiyalar (angina, sinusit, tonzillit, orta otit);

- aşağı tənəffüs yollarının infeksiyaları (bakterial və atipik pnevmoniyalar, bronxit, traxeit);

- dəri və yumşaq toxuma infeksiyaları (qızılyel, impetiqo, ikincili olaraq infeksiyalaşmış dermatozlar);

- urogenital traktın infeksiyaları;

- Laym xəstəliyi (borellioz), erithema migrans başlanğıc mərhələnin müalicəsi üçün;

- mədə və 12-barmaq bağırsağın Helicobacter pylori ilə əlaqədar olan xəstəlikləri.

 

Əks göstərişlər: Makrolid qrupu antibiotiklərinə qarşı yüksək həssaslıq.

 

Əlavə təsirləri:

MSS tərəfindən: Baş ağrıları, parasteziyalar, nevrotik hallar.

Mədə-bağırsaq sistemi tərəfdən: ürəkbulanma, diareya, qarında ağrılar; nadir hallarda qusma, meteorizm, qaraciyər fermentlərinin aktivliyinin tranzitor olaraq artması rast gəlinə bilər.

Dermatoloji reaksiyalardan: ayrı-ayn hallarda səpkilər ola bilər.

 

Hamiləlik və laktasiya:

Hamiləlik və laktasiya zamanı zinares lazım olduğu hallarda 2-3-cü trimestrlərdə təyin edilə bilər.

 

Xüsusi qeydlər:

Qaraciyər və ya böyrək funksiyalarının ağır dərəcədə pozğunluğu olan xəstələrə preparatı ehtiyatla təyin etmək lazımdır.

Azitromisinlə antasid preparatların qəbulu arasında ən azı 2 saatlıq fasilə olmasına diqqət yetirmək məsləhətdir.

 

Doza həddinin aşılması:

Azitromisinin qəbulu zamanı hər hansı doza aşımı halları haqqında heç bir məlumat yoxdur. Belə hallarda mədənin yuyulması və simptomatik müalicə məsləhət görülür.

 

İstifadə qaydası və dozalar:

Zinares ya yeməkdən 1 saat qabaq, ya da 2 saat sonra qəbul etmək lazımdır. Preparat sutkada 1 dəfə qəbul edilir.

Böyüklərə: yuxarı və aşağı tənəffüs yollarının infeksiyalarında, dəri və yumşaq toxuma infeksiyalarında sutkada 500 mq -dan 3 gün ərzində təyin edilir (kurs dozası 1,5 qr).

Ağırlaşmamış uretrit və yaxud servisit zamanı birdəfəlik olaraq 1 qr təyin edilir (2 kaps).

Laym xəstəliyi zamanı ilkin mərhələnin müalicəsi üçün 1-ci gün 1 qr, sonrakı 2-5-ci günlər isə 500 mq olmaq şərti ilə təyin edilir (kurs dozası 3 qr).

Mədə və 12-barmaq bağırsağın Helicobacterpylori ilə əlaqədar olan xəstəlikləri zamanı sutkada 1 qr olmaq şərti ilə 3 sutka ərzində kombinə olunmuş müalicənin tərkibində təyin edilir.

Uşaqlara: preparat 10 mq/kq dozada, sutkada 1 dəfə olmaq şərti ilə 3 gün ərzində verilir.

Erithema migrans-m müalicəsi zamanı uşaqlara 1-ci gün 20 mq/kq dozada, sonrakı 4 gün ərzində isə 10 mq/kq dozada təyin edilir.

Preparatın hər hansı dozasını qəbul etmədiyi hallarda xəstə həmin dozanı mümkün qədər erkən, sonrakı dozalan isə 24 saatlıq fasilələrlə qəbul etməlidir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Azitromisini linkozamidlərlə birlikdə təyin etdikdə onun effektivliyi azalır. Antasidlərlə birlikdə qəbul etdikdə isə azitromisinin sorulması aşağı düşür.

 

Saxlama şəraiti: Uşaqlar üçün əlçatmaz və qaranlıq yerdə, 25°C-dən aşağı temperaturda saxlanılmalıdır.

İstifadə müddəti: 3 il. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptlə.

Buraxılış forması: Zinares: tərkibində 500 mq azitromisin olan 3 kapsul.

 

İstehsalçı: Rompharm Company S.R.L., Otopeni, Romania.