TOBRADEKS - TOBRADEX  (oftalmoloji suspenziya və məlhəm)

Beynəlxalq patentləşdirilməmiş adı: tobramisin və deksametazon

 

Kimyəvi adı:

Tobramisin: 0-3-amino - 3 deoksi-a-D-qlükopiranozil-(1-6)-[2,6-diamino - 2,3,6 - rtrideoksi-α-D- riboheksopiranozil-(1—4)]-2 - deoksi D-streptarnin.
Deksametazon: 9-flüor-11β, 17, 21 - trihidroksi-16α-metilpreqna-1,4-dien-3,20-dion.

 

Tərkibi və təsviri:

TOBRADEKS suspenziyasının hər bir ml-nin tərkibi:

Aktiv maddələr: tobramisin 0,3% (3 mq) və deksametazon 0,1 % (1mq);

Konservantlar: benzalkonium xlorid (0,01%);

Qeyri-aktiv maddələr: tilaksopol, editat dinatrium, natrium xlorid, hidroksietilselluloza, natrium sulfat, sulfat turşusu və ya natrium hidroksid və təmizlənmiş su.

TOBRADEKS məlhəminin hər bir qramının tərkibi:

Aktiv maddələr: tobramisin 0,3% (3 mq) və deksametazon 0,1 % (1 mq);

Konservantlar: xlorbutanol0,5%;

Qeyri-aktiv maddə: mineral yağ və ağ vazelin.

 

İstifadəsinə göstərişlər:

  • 1. Blefarit
  • 2. Konyunktivit
  • 3. Keratitlər (epitelin zədələnməməsi zamanı)
  • 4. Əməliyyatdan sonrakı infeksiyaların profilaktikası

 

Kliniki farmakologiyası:

Tobramisin - Str.Tenebrarius tərəfindən hasil edilən aminoqlikozidlər qrupuna daxil olan antibiotikdir, geniş spektrli antibakterial təsirə malikdir, Qram-müsbət və Qram-mənfi mikroorqanizmlərə qarşı aktivdir: stafilokoklar, o cümlədən Staphylococcus aureus və Staphylococcus epidermidis, həmçinin penisillinə qarşı davamlı olan ştamlar; streptokoklar, o cümlədən A qrupunun bəzi α-β- hemolitik növləri, bəzi qeyri-hemolitik növlər, Streptococcus pneumoniae, Pseudomonas aeruginosa, Escherchia coli, Klebsiella pneumoniae, Enterobacter aerogenes, Proteus mirabilis, Morganella morganii, Proteus vulgaris, Haemophilius influenzae və Haemophilius aegyptius, Moraxella lacunata, Acinetobacter calcoaceticus (Herekkea vaginacola) və Neisseria cinsinin bəzi növləri.
Deksametazon qlükokortikosteroidlərə aid olub, güclü iltihabəleyhinə, antiallergik və desensibilizəedici təsir göstərməklə yanaşı, antieksudativ və antifibroblastogen xüsusiyyətlərə də malikdir. Deksametazon iltihabi prosesi aktiv şəkildə dəf edir - praktiki olaraq natriumun və suyun orqanizmdə ləngiməsinə səbəb olmur. Antibakterial komponent olan Tobramisinlə kombinasiya infeksion proses riskini aşağı salmağa imkan verir.

 

Əks göstərişlər:
Herpes simplex tərəfindən törədilən keratit (dendrid keratiti), su çiçəyi və buynuz qişanın və konyunktivanın digər virus xəstəlikləri. Gözlərin mikobakterial infeksiyası.
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Preparat buynuz qişadan yad cismin çıxarılması ağırlaşdığı hallarda tövsiyə olunmur.

 

Xəbərdarlıq:
Gözə inyeksiya üçün istifadə etmək olmaz!
Bəzi xəstələrdə Deksametazona qarşı hiperhəssaslıq reaksiyası meydana çıxa bilər. Reaksiyalar baş verdikdə preparatla müalicəni dayandırmaq lazımdır.

 

Əlavə reaksiyalar:
Həm steroidin, həm antibakterial komponentin, həm də onların birgə təsiri nəticəsində əlavə reaksiyaların əmələ gəlməsi qeyd olunmuşdur.
Ən geniş yayılmış əlavə reaksiyalar - göz qapaqlarının qaşınması və şişkinliyi ilə həmçinin konyunktivanın qızarması ilə müşayiət olunan hiperhəssaslıq və allergik reaksiyadır. Bu vəziyyətlər xəstələrin 4%-dən
azında qeyd olunur. Digər əlavə reaksiyalar haqqında məlumat verilmir. Lakin Tobramisinin yerli təyin edilməsi sistem aminoqlikozid  antibiotiklərlə birlikdə həyata keçirildikdə onların zərdabda konsentrasiyasını izləmək lazımdır. Steroid konponentə qarşı aşağıdakı reaksiyalar qeyd olunmuşdur:
Gözdaxili təzyiqin artması və sonradan qlaukomanın inkişaf edə bilməsi: arxa subkapsulyar kataraktanın inkişaf etməsi, həmçinin yaraların sağalması prosesinin ləngiməsi.

 

İkincili infeksiya:
İkincili infeksiyanın inkişafı tərkibində qlükosteroidlər və antibiotiklar olan kombinəolunmuş preparatların qəbulundan sonra müşahidə edilir. Steroidlərdən uzun müddət istifadə nəticəsində buynuz qişada göbələk infeksiyası xüsusilə tez-tez hallarda inkişaf etmə meylinə malikdir. Steroid preparatlarla uzun müddət müalicədən sonra buynuz qişada sağalmayan yaranın əmələ gəlməsi göbələk invaziyasının inkişafından xəbər verir. İkincili bakterial infeksiya xəstə orqanizmin müdafiə reaksiyasının dəf olunması nəticəsində inkişaf edə bilər.

 

Karsinogenez, mutagenez fertilliyin pozulması:
Karsinogen, mutagen təsirlərin qiymətləndirilməsi üzrə xüsusi tədqiqatlar aparılmamışdır.

 

Hamiləlik: Preparat yalnız döl üçün risk yaratmadığı hallarda təyin olunmalıdır.

Süd verən analar:Döşlə əmizdirən müddətdə TOBRADEKSİN oftalmoloji məlhəmi və ya suspenziyası ilə müalicəni dayandırmaq lazımdır.

 

İstifadə qaydası və dozası:
Suspenziya: Hər 4-6 saatdan bir konyunktiva kisəsinə bir və ya iki damcı tökülür.
Məlhəm: Gündə 3-4 dəfə konyunktiva kisəsinə və ya kisələrə 1,5 sm uzunluğunda təbəqə çəkilir. Məlhəm və suspenziyadan birlikdə də istifadə oluna bilər: məlhəm – axşamlar yatmazdan qabaq, suspenziya isə gün ərzində təyin olunur.

 

Buraxılış forması:Suspenziya - "DROPTAİNER" damcılayıcı - dozatorla 5 ml flakonlarda. Məlhəm - tublarda 3,5q.

Saxlanılma şəraiti:8-27°C temperaturda saxlanılmalıdır. Suspenziya şaquli vəziyyətdə saxlanılmalı və istifadədən qabaq çalxalanmalıdır.

Aptekdən buraxılış:Həkim resepti ilə buraxılır.

 

İstehsalçı: ALCON-COUVREURB-2870 Puurs, Belçika.