SOPTRİM-BRU (pediatrik suspenziya)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Təsiredici maddə: pediatrik (uşaq üçün) suspenziyanın 5 ml-nin (1 çay qaşığı) tərkibində 40 mq  trimetoprim və 200 mq sulfametoksazol vardır.

Köməkçi maddələr: konservantlar, aromatizatorlar, şəkər əvəzedicisi(sorbitol).

 

Farmakoloji xüsusiyyətləri:

Soptrim-Bru kombinəolunmuş antibakterial preparatdır, tərkibində iki təsiredici maddə vardır: sulfometoksazol və trimetoprim. Bu iki komponentin birləşməsi, trimetoprimə və ya sulfometoksazola davamlı olan geniş spektr qrammənfi və qrammüsbət mikroorqanizmlərə qarşı yüksək bakterisid aktivliyi təmin edir.

Soptrim-Brunun aktiv komponentləri mikroorqanizmlərin yaşaması üçün vacib olan fol turşusunun biosintezini sinergik olaraq blokadaya alır və bakterisid təsir göstərirlər.

Soptrim-Bru, əsasən həssas ştammlara qarşı aktivdir (75% ştammlardan artıq), Escherichia coli (enterotoksik ştammalr daxil olmaqla), Proteus mirabilis, Klebsiella pneumoniae, Enterobacter spp., Campylobacter spp., Salmonella typhi, Salmonella non-typhi, Shigella spp., Vibrio cholerae, Yersinia enterocolitica, Brucella spp., Aeromonas hydrophila, Yersinia pestis, Haemophilus influenzae (ampisillinrezistent ştammlar daxil olmaqla), Neisseria meningitidis, Neisseria gonorrhoeae, Streptococcus viridans, Streptococcus pyogenes, Streptococcus agalactiae, Staphylococcus aureus, Staphylococcus epidermidis, Listeria monocytogenes, Chlamidia trachomatis, Nocardia spp., Pneumocystis carinii. Preparatın ən yüksək miqdarı ağ ciyər, böyrək toxumalarında, onurğa beyni mayesində, öddə, sidikdə toplanır.

 

İstifadəsinə göstərişlər:

Preparata həssas mikroorqanizmlər tərəfindən törədilmiş xəstəliklər: tənəffüs yollarının - bronxit, pnevmoniya (həmçinin, Pneumocystis carinii tərəfindən törədilmiş), bronxoektatik xəstəlik; urogenital infeksiyalar – kəskin və xroniki sistit, pielit, pielonefrit, qonokokk uretriti; burun-udlağın yoluxucu xəstəlikləri, otit, kəskin və xroniki osteomielit, dərinin və yumşaq toxumaların infeksiyaları.

Soptrim-Bru bəzi mədə-bağırsaq infeksiyaları zamanı istifadə etmək olar: Shigella və Yersinia enterocolitica tərəfindən törədilmiş enterit, tif və paratif (infeksiyanın daimi daşıyıcıları daxil olmaqla), vəba (rehidratasiya ilə yanaşı).

Preparatı brusellyoz, septisemiya (həssas flora tərəfindən törədilmiş), cənubi amerika blastomikozu zamanı da təyin edirlər.

 

Əks göstərişlər:

Sulfanilamidlərə və trimetoprimə yüksək həssaslıq, ağır böyrək və qaraciyər çatışmazlığı, sarılıq, porfiriya, trombositopeniya, qranulositopeniya, meqaloblast anemiya, dəri xəstəlikləri (Stivens-Jons sindromu, ekssudativ polimorf eritema, Layell sindromu).

 

Xüsusi göstərişlər:

Qaraciyər və böyrək zədələnməsi (axırıncı halda Soptrim-Brunun dozası kreatinin klirensinə uyğun azaldılmalıdır) olan xəstələrə, qalxanabənzər vəzin funksiyasının pozulması, hipoqlikemik vasitələrin (sulfonil-sidik cövhəri törəmələrinin), bəzi diuretiklərin qəbulu mümkün olmayan, fol turşusunun ehtimal edilən çatışmazlığı zamanı preparat ehtiyatla təyin olunur.

Soptrim-Brunun üzun müddət qəbulu zamanı periferik qanın tərkibini nəzarətdə saxlamaq lazımdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik dövründə, xüsusən də 1-ci trimestrdə, hiperbilirubinemiyası, qlükozo-6-fosfatdehidrogenazanın anadangəlmə çatışmazlığı olan yenidoğulmuş və yarımçıqdoğulmuş uşaq əmizdirən analara Soptrim-Brunun qəbulu qadağan edilir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Soptrim-Bru antikoaqulyantların, hipoglikemik preparatların (sulfonil-sidik cövhəri törəmələrinin), tiopentalın, tiazid diuretiklərinin təsirini gücləndirir.

Paraaminosalisil turşusunun törəmələri ilə və barbituratlarla bir vaxtda qəbulu Soptrim-Brunun tərkibində olan trimetoprimin əlavə təsirlərini gücləndirə bilər.

 

İstifadə qaydası və dozası:

İstifadə etməzdən əvvəl suspenziyanı diqqətlə çalxalamaq lazımdır.

Kəskin infeksiyalar zamanı preparatla müalicə kursu 5 gündən az olmur və xəstəliyin klinik simptomları keçəndən 48 saat sonra davam etdirilir.

Preparat 12 saat intervalla qəbul olunmalıdır (səhər və axşam) gündə 2 dəfə qida qəbulundan sonra.

 

Tövsiyə olunan dozalar:

Standart doza 5 ml (1 çay qaşığı). 

Yaş həddi

Səhər

Axşam

6 həftəlik - 5 aylıq

½

½

6 aylıq - 5 yaş

1

1

6 – 12 yaş

2

2

Ağır infeksiya hallarında preparatın dozası iki dəfə artırıla bilər.

 

Əlavə təsirləri:

Nadir hallarda epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, diareya, qlossit, stomatit müşahidə olunur, allergik reaksiya ola bilər; dəri səpgisi, vaskulit, düyünlü eritema, ağ ciyərlərin eozinofil infiltrasiyası, interstisial pnevmoniya. Preparatın qəbulu belə hallarda dayandırılır. Çox nadir hallarda periferik qanın tərkibində dəyişiliklər müşahidə olunur: trombositopeniya, leykopeniya, aqranulositoz, aplastik anemiya. Sulfametoksazol böyrək simptomatikası ilə gedən kristallik çöküntü verə bilər; bunun qarşısını almaq üçün Soptrim-Brunun üstündən kifayət qədər maye içilməlidir.

 

Buraxılış forması: 100 ml suspenziya, flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: 8-15°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: Brufarmeksport s.p.r.l., 14 rü de lya Qrott, 1020 Brüssel, Belçika.