RİBOKSİN - RIBOXIN (örtüklü tabletlər)

Beynəlxalq patentləşdirilməmiş adı: İnosine

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:

Təsiredici maddə: 1 tabletin tərkibində 200mq inozin vardır.

Köməkçi maddələr: kartof nişastası, kiçik molekullu polivinilpirrolidon, şəkər tozu, opadray, stearin turşusu.

 

Təsviri: Qişa ilə örtülmüş, sarı rəngdə, iki tərəfi qabarıg tabletlər. Eninə kəsikdə ikiqat görünür.

Farmaterapevtik qrupu: Metabolik dərman vasitəsi.

ATC kodu. C01EB

 

İstifadəsinə göstərişlər:

Ürəyin işemik xəstəliyi {miokardın infarktı, tac damar çatışmazlığı, ürək ritminin pozğunluqları); müxtəlif mənşəli kardiomiopatiyalar, anadan gəlmə və qazanılma ürək qüsurları, miokardit, tac damar aterosklerozu, ürək qlikozidləri ilə intoksikasiyalar, "ağciyər" ürəyi; ağır fiziki gərginlikdən keçirilmiş infeksion xəstəliklərdən və ya endokrin pozğunluqlarından sonra əmələ gəlmiş miokard distrofiyaları, qaraciyər sirrozu, kəskin və xroniki hepatitlər, qaraciyərin piy distrofıyası, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, urokoproporfiriya. Dərmanlarla zəhərlənmələr; alkoqolizm, radioaktiv şualanmalar zamanı leykopeniyanın profılaktikası, izolə edilmiş böyrəyin cərrahi əməliyyatlarında (əməliyyat aparılan orqanın qan təhcizatı müvəqqəti dayandırlarkən farmakoloji müdafiyə vasitəsi kimi).

 

Əks göstərişlər: Podaqra, hiperurikemiya, yüksək həssaslıq

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Kompleks müalicənin tərkibində Riboksin antiaritmik, antianginal və inotrop dərmanların təsirini gücləndirir. Digər qruplardan olan dərmanlarla nəzərə çarpan kliniki qarşılıqlı təsir qeyd edilməyib.

 

Xüsusi göstərişlər:

Riboksin ürək fəaliyyətinin pozulmalarının təcili korreksiyası üçün işlədilmir. Uzun müddət istifadə etdikdə podaqranın kəskinləşməsi mümkündür.

 

İstifadə qaydası və dozası:

Daxilə qəbul edildikdə sutkalıq doza 600 -2400 mq (3-12 tab). Müalicənin ilk günlərində sutkalıq doza 600-800mq (3-4 tab 200mq gündə 3-4 dəfə). Əgər əlavə təsirlər yoxsa, müalicənin 2-3 günü doza 1200mq (6tab), zərurət olarsa 2400mq/sut dozaya qədər qaldırırlar. Müalicə müddəti - 4 həftədən 1,5-3 aya qədərdir. Urokoproporfiriya 800mq (4 tab-200mq 1 tab 4 dəfə sutkada verilir.

 

Doza həddinin aşılması:

Simptomlar: qanda sidik turşusunun miqdarının artması, bu isə podaqranın kəskinləşməsinə səbəb olur. Müalicəsi: preparatın qəbulunu dayandırır və desensibilizəedici müalicə aparırlar. Yüksək dozaların qəbulu zamanı dərhal həkimə müraciət etmək lazımdır

 

Əlavə təsirləri: Hiperurikemiya, podaqranın kəskinləşməsi, allergik reaksiya.

 

Buraxılış forması: Hərəsində 10 tablet olmaqla, 5 konturlu özəkli qablaşdırma (50 tablet) içlik vərəqə ilə birgə karton quluya yerləşdirilir.

Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlıq müddəti: 3 ildir. Yararlılıq   müddəti   bitdikdən sonra   istifadə

etınək olmaz.

Antekdən buraxılma şərti: Həkim reseptilə buraxılır.

 

İstehsalçı: AŞC "Borisov dərman preparatları zavodu", Respublika Belarus, Minsk vilayəti, Borisov şəhəri, Çapayev küç.64/27.