RİNOVİTA (vitaminləşdirilmiş gigiyenik pomada)

"Bioloji Aktiv Əlavə" istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

RİNOVİTA - Burun üçün vitaminləşdirilmiş gigiyenik pomada.

 

Tərkib:

Pomada: Vitamin A-2500 BV, Vitamin Е–1%, evkaliptol, Lavanda, Sitrus, Ətirşah, Kəklikotu və Çəhrayı gümüşü ekstraktları, Xlorbutanol 0.1%, su, parafin, vazelin l.m.

 

Farmakoloji xüsusiyyətləri:

Burun üçün təbii, immunomodulyator təsiri olan vitaminləşdirilmiş gigiyenik bir pomadadır. Nadir və yaxşı tanınan təbii komponentlərin uğurlu kombinasiyasıdır. Kompleks tərkibinə görə, bakteriosid, iltihab əleyhinə, təmizləyici, qoruyucu və qidalandırıcı xüsusiyyətlərə malikdir.

Vitamiin А – aktiv antioksidant olub tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicə və profilaktikasının vacib faktorlarından biridir. Vitamin А selikli qişanın baryer funksiyalarını gücləndirir, selikli qişanın zədələnmiş yerində epitelizasiyanı stimullaşdırır. Yerli sekretor A immunoqlobulinlərin sintezinə şərait yaradır.

Vitamin Е – ən güclü antioksidantdır, hüceyrə membranının tamlığını qoruyur və iltihabın qarşısını alır.

Evkaliptol – güclü antiseptik vasitədir. Beləki, onun tərkibindəki seniol adlı efir maddəsi streptokokk, stafilokokk və difteriya çöplərinə qarşı yüksək aktivlik göstərir. Evkaliptol leykositlərin miqrasiyasının və iltihab əlamətlərin yayılmasının qarşısını alır. O həmçinin immunomodulyator xüsusiyytə malik olmaqla selikli qişaların infeksiyalara qarşı müqavimətini artırır. Yuxarı tənəffüs yollarının və burun-udlağın iltihabi proseslərini aradan qaldırır. Həmçinin evkaliptol göbələk əleyhinə, virus əleyhinə və bakteriosid təsir göstərir.

Lavanda və ətirşah ekstrakti - təmizləyici və immunostimulyator təsir göstərir. Bundan başqa onların efir yağları RHİNOVİTA-nın uzunmüddətli xoş və təravətli qoxu verməsini təmin edir.

Sitrus ekstrakti - virus əleyhinə təsiri göstərir. Tərkibindəki C vitamini damar keçiriciliyini yaxşılaşdırmaqla burun-udlağın selikli qişasında hiperemiya və ödem əlamətlərini aradan qaldırır.

Kəklikotu – güclü antiseptik və isidici təsiri ilə evkaliptolun təsir effektini gücləndirir.

Çəhrayi gümüş ekstrakti – güclü bakteriosid, ağrıkəsici və damardaraldıcı təsirlərə malikdir.

Xlorbutanol - sakitləşdirici, həmçinin yerli ağrıkəsici və antiseptik təsirlərə malikdir.

Parafin – isidici, yumşaldıcı və iltihab əleyhinə təsir göstərir.

Vazelin - indifferent maddə olub nəmləndirici xüsusiyyətə malikdir.

 

İstifadəsinə göstərişlər:

  • Bakterial, virus və göbələk mənşəli respirator xəstəliklərin müalicə və profilaktikası.
  • Burun boşluğunun selikli qişasının irinli-iltihabi xəstəliklərinin kəskin və xroniki rinitlər)
  • müalicə və profilaktikası.
  • İyli zökəm - özena, burnun selikli qişasının quruması, burun tənəffüsünün çətinləşməsi.

 

Əks göstərişlər: Qeydə alınmamışdır.

 

İstifadə qaydası və dozası:

RİNOVİTA yenidoğulmuşlara, südəmər uşaqlara, hamiləlik və laktasiya dövründə olan qadınlara təyin olunur. Burun keçəcəyinin ətraf dərisinə və selikli qişasına gündə 2-3 dəfə olmaqla nazik qatla sürtlür.

 

Əlavə təsirləri: Qeydə alınmamışdır.

 

Buraxılış forması: krem-pomada tübikdə 17 q.

Saxlama şəraiti: Dərman vasitəsi hesab olunmur – BAƏ-dir (bioloji aktiv əlavə).

Yararlılıq müddəti: 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz.

 

İstehsalçı: «Biofarm» Belçika