PROKET-S (Domperidon və simetikon suspenziyası)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Hər 5 ml suspenziyanın tərkibi: Domperidon (B.P.) - 5mq, Simetikon emulsiyası ekvivalentdir, Simetikon (USP) - 20mq.

 

Təsviri:

Proket-S suspenziyası domperidonun və simetikonun fiksəolunmuş dozada kombinasiyasından ibarətdir. Domperidon- periferik D2 (dofamin) reseptorlarının selektiv antaqonistidir. Simetikon - səthi qərilməni azaldan səthi-aktiv maddədir.

 

Kimyəvi tərkibi:

Domperidon: C22H24CIN5O2 5-xlor-1-[1-[3-(2-okso-1-benzimidazolinil)-propil]-4-piperidil]-2-benzimidazolinon

Simetikon: [-(CH3)2SİO-]...n[-(CH3)3SiO-]SiO2

 

Farmakologiyası:

Təsir mexanizmi:

Domperidon - periferik D2 (dofamin) reseptorlarının selektiv antaqonistidir. Domperidon, əsasən mədədə və trigger zonasında yerləşən hemoreseptorlara təsir edir. Domperidon hematoensefalik baryerdən keçmir. Domperidon mədənin fəaliyyətini birbaşa aktivləşdirir və dofamini ingibə etməklə mədənin evakuasiya funksiyasını tənzimləyir. Domperidon aşağı ezofagial sfinktorun tonusunu artırır və qida borusu ilə mədənin peristaltikasını gücləndirir. Domperidon 12 barmaq bağırsağın yığılmasının tezliyini, amplitudasını və müddətini artırır və bununla da qidanın nazik bağırsaqdan keçmə müddətini azaldır.

Simetikon səthi qərilməni azaldır və mədə-bağırsaq traktından qaz qabarcıqlarının xaric olmasını təmin edir

Farmakokinetikası:

Domperidon peroral qəbuldan sonra tez bir zamanda və demək olar ki tamamilə (93%) sorulur. Maksimal konsentrasiya 30 dəqiqə ərzində yaranır. Bağırsaq divarında və qaraciyərdə baş verən presistem metabolizmə görə sistem biomənimsəməsi peroral qəbuldan sonra 13-17 % təşkil edir. Domperidon plazmada zülallar ilə möhkəm birləşir (91-93%). Domperidonun cüzi hissəsi plasentadan keçir və ana südünə daxil ola bilir. Domperidon geniş metabolizmə uğrayır, 1 % isə sidiklə dəyişilməmiş halda xaric olunur.

 

Göstərişləri:

Dispepsiya, qastroezofageal reflyuks və kolitlərlə əlaqədar olan meteorizm və abdominal diskomfortun yaxşılaşması məqsədi ilə təyin olunur. Radioqrafiyada və yaxud mədə-bağırsaq traktının endoskopiyasında köpükyatızdırıcı kimi təyin olunur.

 

Əks qöstərişləri:

Proketin aşağıdakı hallarda istifadəsi məsləhət olunmur

1. Domperidona və yaxud simetikona qarşı allergiya mövcud olanda

2. Hamiləlik zamanı və uzun müddətli qəbul

 

Əlavə təsirləri:

Domperidonun qəbulu zamanı ağızda quruluq, baş ağrısı, əsəbilik, diareya, dəri səpkiləri və qaşınma kimi daha tez-tez rastlaşan əlavə təsirlər müşahidə olunur. Nadir hallarda yuxululuq, ekstrapiramidal əlavə təsirlər, parkinsonizm, diskineziya, qalaktoreya və yaxud ginekomastiya müşahidə oluna bilər.

 

Xüsusi qöstərişləri:

Proket aritmiyası olan xəstələrdə və xüsusilə də aritmiyalara və hipokaliemiyalara meylli olan xəstələrə ehtiyatla təyin olunmalıdır.

 

Yüksək risk qrupu:

Yenidoğulmuşlar:

Yenidoğulmuşlara preparatın təyini məsləhət görülmür.

Laktasiya: Domperidonun cüzi bir hissəsi ana südünə daxil olur, həmin miqdar təhlükəli deyil.

Hamilələr: C kateqoriyası. Preparatın istifadəsinin təhlükəsizliyi sübut olunmayıb və o səbəbdən məsləhət görülmür.

Yaşlılar: Yaşlı xəstələrdə xüsusi əks göstərişlər yoxdur.

 

Digər dərmanlarla qarşılıqlı təsiri:

Domperidonla başqa preparatların təhlükəli qarşılıqlı təsiri müşahidə olunmur.

1. Domperidon bromkriptinin hipoprolaktinemik effektini azalda bilər.

2. Opioid analgetiklər və antimuskarinlər domperidonun prokinetik efektini azalda bilər.

 

Doza və qəbul qaydası:

Həkimin təyinatı ilə. Suspenziyanın böyüklər üçün məsləhət olunan peroral dozası

10-20 ml hər 4-8 saatdan bir. Uşaqlarda 5-10 ml hər 4-8 saatdan bir. Domperidon

yeməkdən 15-30 dəqiqə əvvəl verilməlidir.

 

Saxlanma qaydası: Sərin yerdə, işıqdan qorumaqla saxlamalı. İstifadə etməzdən əvvəl çalxalamalı. Uşaqlar üçün əlçatmaz olan yerdə saxlamalı.

Buraxılış forması: Proket-S Domperidon və simetikon, suspenziya 30 ml.

 

İstehsalçı: MACLEODS PHARMACEUTICALS LTD. Palghar (W) - 401 404. Off.: Allanta Arcade, Marol Church Road, Andheri (E), Mumbai - 400 059.INDIA.