OLETETRİN - OLEANDOMYCIN + TETRACYCLIN (örtüklü tabletlər)

 Beynəlxalq patentləşdirilməmiş adı: Oleandomycin + Tetracyclin (Oleandomisin + Tetrasiklin)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Təsiredici maddə: 1 tabletin tərkibində 0,05419 q (0,0475 q) (42 000 TV) Oleandomisin-fosfat (100% maddəyənəzərən), 0,08513 q (0,0775 q) Tetrasiklin (100% maddəyə nəzərən) vardır.

Köməkçi maddələr: kalsium-stearat, tibbi talk, kartof nişastası.

Örtük: oksipropilmetil-sellüloza (hipromelloza), turşu qırmı/ı boyası 2 C, vanilin, titan 4-oksid, tvin-80 (polisorbat), vazelin yağı.

 

Təsviri: İkitərəfli qabarıq, dairəvi, çəhrayı rəngli örtüklü tabletlərdir. Eninə kəsiyində iki təbəqə görünür.

Farmakoterapevtik qrupu: Kombinə olunmuş antibiotik (makrolid + tetrasiklin).

ATCkodu: J01RA.

 

Farmakoloji xüsusiyyətləri:

Geniş təsir spektrli kombinə olunmuş antibiotikdir. Mikroorqanizmlərə bakteriostatik təsir göstərir. Tetrasiklin bir çox qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı aktivdir, preparatın tərkibində oleandomisinin olması isə onun benzilpenisillinə, tetrasiklinə və digər antibiotiklərə qarşı rezistent olan bir sıra qrammüsbət kokklara, o cümlədən, Staphylococcus spp. -yə qarşı yüksək aktivliyini müəyyən edir. Preparatın üstünlüyü həm də onun təsirinə qarşı mikroorqanizmlərin rezistent formalarının ayrılıqda preparatın tərkib hissələrindən hər birinə qarşı olduğundan daha gec inkişaf etməsidir.

 

İstifadəsinə göstərişlər:

Pnevmoniya, feringit, tonzülit, sinusit, bronxoektaziya, orta otit, bronxit, xolesistit, pielonefrit, sistit, endometrit, prostatit, qızılyel, irinli meningit, sidik-cinsiyyət orqanlarının infeksiyaları, süzənək, tulyaremiya, brusellyoz, dərinin və yumşaq toxumaların infeksiyaları, osteomielit və preparata qarşı həssas mikroorqanizmlərin törətdiyi digər xəstəliklər.

 

Əks göstərişlər:

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq, hamiləlik və laktasiya dövrü, qaraciyər və/və ya böyrək çatışmazlığı, leykopeniya, mikozlar, 8 yaşa qədər uşaqlar.

 

Ehtiyat tədbirləri:

Dişlərin inkişaf dövründə olan uşaqlarda preparatdan istifadə zamanı dişlərin lənginin dönməz xarakterli dəyişməsi baş verə bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi: Əks göstərişdir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

  • Tərkibində kalsium, alüminıum, maqnezium, dəmir duzlan olan dərman vasitələri və qida məhsulları (antasidlər, dəmir preparatları, süd və süd məhsulları) preparatın absorbsiyasını zəiflədir.
  • Preparat oral kontraseptivlərin təsirini zəiflədir və uşaqlıq qanaxmalarının inkişaf riskini yüksəldir.
  • Bakterisid preparatların effektivliyini aşağı salır.
  • Metoksifluranın nefrotoksik təsirini gücləndirir.
  • A vitamini ilə birlikdə istifadə edildikdə kəllədaxili hipertenziyanın inkişaf riskini yüksəldir.

 

İstifadə qaydası və dozası:

  • Yeməkdən sonra su ilə daxilə qəbul edilir.
  • Böyüklərə: gündə 4 dəfə 0^5 q, maksimal gündəlik doza — 2 q.
  • 8 yaşdan yuxan uşaqlara - gündəlik doza 20-30 mq/kq olmaqla gündə 4 dəfə.
  • Müalicə kursu xəstəliyin ağırlığından asılı olaraq 7-10 gün təşkil edir.

 

Əlavə təsirləri:

Ürəkbulanma, qusma, iştahanın azalması, qarında ağrı, qəbizlik və ya ishal, difaqiya, qlossit, özofaqit, allergik reaksiyalar (dəri səpgisi, qaşınma, eozinofiliya).

Uzun müddət istifadə olunduqda: kandidoz, bağırsaq disbakteriozu, orqanizmdə B və K qrupu vitaminləri çatışmazlığının inkişafı, neytropeniya, trombositopeniya, hemolitik anemiya, qaraciyər transaminazalarının aktivliyinin yüksəlməsi, hiperkreatininemiya, azotemiya, hiperbilirubinemiya, fotosensibilizasiya.

 

Doza həddinin aşılması: Doza həddinin aşılması barədə məlumat yoxdur.

 

Buraxılış forması: 10 tablet, konturlu-yuvalı qablaşdırmalarda. 2 konturlu-yuvalı qablaşdırma (20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: 25°C-dən yuxan olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

Istehsalçı: "Biosintez" ASC, Rusiya, 440033, Penza ş., Drujba küç., 4