OTİPAKS - OTİPAX (qulaq damcısı)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkib:

Təsiredici maddələr: 16q məhlulun tərkibində 0,64q fenazon və 0,16q Lidokain-hidroxlorid vardır.

Köməkci maddələr: natrium-tiosulfat, etanol, qliserol, təmizlənmiş su.

 

Farmakoterapevtik qrup: Otolorinqologiyada istifadə üçün kombinəolunmuş preparat.

 

Farmakoloji xüsusiyyətləri:

Preparat güclü ağrıkəsici və iltihab əleyhinə təsirlərə malikdir.Damızdırandan təqribən 5 dəqiqə sonra,təbil pərdəsində ağrı və iltihab azalmağa başlayır.Ağrı sindromu 15-30 dəqiqə ərzində tamamilə aradan qalxır.

 

İstifadəsinə göstərişlə:

  • Yerli simptomatik müalicə və aşağıda geyd olunan hallarda, ağrısızlaşdırma məgsədi ilə:
  • Orta qulaq otitinin kəskin dövrü;
  • Qripin ağırlaşması nəticəsində baş verən otit;
  • Barotravmatik otit.

 

Əks göstərişlər:

Təbil pərdəsinin yoluxucu və ya travmatik zədələnməsi.Preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq.

 

Ehtiyat tədbirləri:

Hamilələr və süd verən gadınlar, dərmanın istifadəsindən əvvəl, bu barədə həkimə məlumat verməlidilər. Təyin etməzdən əvvəl həkim təbil pərdəsinin tamlığını yoxlamalıdır.Təbil pərdəsi perforasiyaya uğramışdırsa, preparatın təyini onun orta gulağın strukturu ilə kontaktına səbəb ola bilər ki,bu da toxumalarda əks reaksiyalar törədə bilər.Hal hazırda, preparatın hamiləlik və ya laktasiya dövründə təyini barədə əks göstərişləri haqqında məlumat yoxdur. Preparatın qəbulu nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Əgər sizdə allergik reaksiyalar olubsa, bu barədə həkimə məlumat verin.

 

Digər dərman maddələri ilə qarşılıqlı təsiri:

Əgər siz başga bir dərman maddələri gəbul edirsinizsə,bu hagda həkimə mütləg məlumat verin.

Preparatın yerli təyini zamanı digər dərman maddələri ilə garşılıglı təsiri müəyyən edilməmişdir.

 

İstifadə qaydası və dozası:

Böyüklərə və uşaglara, doğulduğu ilk gündən, xarici qulaq keçidinə gündə 2-3 dəfə 4 damcı damızdırmaq lazımdır.Müalicə müddəti 10 gündən artıq olmamalıdır. Damızdırmaqdan əvvəl ağ qapağı açmaq və damızdırıcını bağlamaq lazımdır. Flakonu çevirərək ,damızdırıcının orta hissəsindən yüngülcə sıxaraq, 4 damcı damızdırmaq lazımdır. İstifadədən sonra, damızdırıcının ağ başlığını bərk bağlayıb,flakonu qutuya qoymaq lazımdır.

 

Artıg dozalanma: Tələb olunan qaydalara riayət olunsa, artıq dozalanma mümkün deyil.

 

Əlavə təsirləri:

Nadir hallarda – yerli reaksiyalar ola bilər: qıcıqlanma, qızartı, qaşınma.

Bu və ya digər arzuolunmaz reaksiyalar əmələ gəlsə,preparatın istifadəsini dayandırıb ,təcili həkimə müraciət edin.

 

Buraxılış forması: 15 ml, plastik qapaqla bağlanmış şüşə flakonlarda. 1 flakon, yumşaq damızdırıcı və içlik vərəqə karton qutuya yerləşdirilir.

Saxlanma şərait: 25ºС-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 3 il. Flakonu açandan sonra 1 ay müddətində istifadə etmək olar. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz. buraxılır.

 

İstehsalçı: BİOKODEKS. 7 Galieni küç.94250 Jentilli, FRANSA.