NİSTATİN - NYSTATIN (250000 TV, 500000 TV örtüklü tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:

Təsiredici maddə: 1 tabletin tərkibində 250000 TV (0,05555 q) və ya 500000 TV(0,11110q) nistatin vardır.

Köməkçi maddələr: süd şəkəri, əsası maqnezium-karbonat, OPMŞ, kalsium stearat, kartof nişastası.

Örtük: MS-16, OPMS, piqmentli titan 4-oksid, tvin-80, tropeolin O, vazelin yağı, vanilin.

 

Təsviri:

Açıq sarı rəngdən sarı-narıncı rəngə qədər, zəif vanilin qoxulu, köndələn kəsiyində iki qatı görsənən, bir tərəfində "H" hərfi olan örtüklü tabletlər.

Farmakoterapevtik qrupu: Göbələk əleyhinə dərman vasitəsi.

ATCkodu: A07AA02

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası:

Göbələk əleyhinə polien quruluşlu dərman vasitəsidir, Candida növlü maya göbələklərinə qarşı yüksək aktivliyə malikdir. Göbələklərin hüceyrə membranlarının sterol quruluşlarına qarşı yüksək tropizmə malik olan antibiotikin molekullarında ikiqat əlaqələr vardır, bu da preparatın molekulunun hüceyrə membranına qatılmağına və elektrolitlərin nəzarətsiz keçilməsi baş verən böyük miqdarda kanalların yaranmasına kömək edir, hüceyrə daxilində osmolyarlığın yüksəlməsi onun məhv olmasına səbəb olur. Davamlılıq çox ləng inkişaf edir.

Farmakokinetikası:

Zəif rezorbtiv təsirə malikdir (mədə-bağırsaq traktında praktik olaraq sorulmur). Bağırsaq vasitəsilə xaric olur. Kumulyasiyaya uğramır.

 

İstifadəsinə göstərişlər:

Nistatin ağız boşlıığunun və daxili orqanların selikli qişaların kandidozu zamanı istifadə edilir.

Nistatin penisillin preparatları və digər qruplardan olan antibiotiklərlə uzun müddət müalicə, xüsusilə tetrasiklin qrupu antibiotikləri, levomisetin, neomisin və s. peroral üsulla qəbulu zamanı, həmçinin üzülmüş və zəifləmiş xəstələr üçün kandidozun inkişafinın qarşısını almaq üçün profilaktik məqsədlə təyin edilir.

 

Əks göstərişlər:

Hiperhəssaslıq, qaraciyər funksiyalarının pozğunluğu, pankreatit, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, hamiləlik.

 

Istifadə qaydası və dozası:

Nistatin daxili orqanlarda kandidozu müalicəsi üçün qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir.

Böyüklər üçün gündə 4-8 dəfə hər dəfə 500000 TV təyin edilir. Yayılmış kandidoz zamanı gündəlik doza 6000000 TV-ə qədər artırıla bilər.

1 yaşdan 3 yaşa qədər olan uşaqlar üçün gündə 3-4 dəfə hər dəfə 250000 TV, 13 yaşdan böyük uşaqlar üçün gündə 4 dəfə hər dəfə 250000-300000 TV təyin edilir. Müalicə kursu 10-14 gün davam edir. Ehtiyac olduqda müalicə kursu bir həftə sonra təkrar edilə bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Nistatinin klotrimazol ilə birlikdə istifadəsi zamanı klotrimazolun aktivliyi azalır.

 

Əlavə təsirləri:

Nistatin daxilə qəbul edildikdə ürəkbulanma, qusma, ishal, dəri qaşınması mümkündür. Belə hallarda doza azaldılır və ya preparatın qəbulu dayandırılır.

 

Doza həddinin aşılması:

Göbələklərin  rezistent  formalarının  yayılması  mümkündür,  bu  da  nistatinin  qəbulunun dayandırılmasını tələb edir.

 

Buraxılış forması: 250000 TV və ya 500000 TV 10 örtüklü tablet, polivinilxlorid plyonka və alüminium folqadan hazırlanmış konturlu-yuvalı qablaşdırmalarda. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: 18-20 dərəcə temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan  yerdə saxlamaq lazımdır.

Yararlıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma sərti: Resept əsasında buraxılır.

 

Istehsalçı: "Biosintez" ASC, Rusiya, 440033, Penza şəhəri, Drujba küçəsi, 4