LİDOPLUS (sprey)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün) 

 

Tərkibi (1 ml spreyin tərkibində var):

Aktiv maddələr: dekvalin xlorid 1,25 mq, lidokain hidroxlorid 1 mq.

Köməkçi maddələr: natrium saxarin, ammonium qlisirrizinat, propilenqlikol, etanol 96%, natrium hidroksid (pH balansının tənzimlənməsi üçün), təmizlənmiş su.

 

Dərman forması: Ağız boşluğu üçün sprey

ATC kodu: R02A A20.

 

Farmakoloji xüsusiyyətləri:

Dekvalin xlorid qram müsbət və qram mənfi bakteriyalar və göbələk əleyhinə təsirə geniş təsir spektrinə malik antiseptikdir. Müxtəlif klinik pasebo nəzarət, ikili kor tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, boğaz və ağız boşluğunun iltihabi xəstəliklərinin müalicəsində istifadə edilə bilər. Tədqiqatlar nəticəsində dekvalin xloridin rezistentlik törətmədiyi və ona tolerantlığın yaxşı olduğu aşkar edilmişdir.

Lidokain amid qrupundan olan yeni antiseptikdir: ağız boşluğu və qırtlaqda həssaslığı azaldır, periferik sinir impulslarının yaranmasını blokada edir.

Dekvalin xlorid: ağız boşluğunun selikli qişasından sorulmur. Qəbul edilən doza düz bağırsaqla xaric olur.

Lidokain hidroxlorid yerli təyin edildikdə selikli qişadan sorulur. Təxminən 5 dəqiqə sonra anesteziyaedici təsir özünü biruzə verir. Qaraciyərdə transformasiyaya uğrayır. Lidokainin əsas metabolitləri (mono-etil-qlisin-ksilidin və qlisin-ksilidin) sidiklə, 10 %-i dəyişilməmiş şəkildə xaric olunur.

 

İstifadəsinə göstərişlər:

Lidoplus sprey ağız boşluğunun infeksion iltihabi xəstəliklərinin, o cümlədən angina, faringit, tonzillit, stomatit, aftoz, qlossit, gingivit, parazit göbələklərin (mikoz) yaratdığı xəstəliklərin simptomatik və saxlayıcı terapiyası zamanı və cərahiyyə əmaliyyatından öncə və sonrakı müddət ərzində istifadə edilir.

 

Əks göstərişlər:

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq.

Ağız boşluğunun selikli qişasının ağır zədələnmələri.

 

Xüsusi göstərişlər:

Ağız boşluğunun selikli qişasının zədələnmələri zamanı ehtiyatla təyin edilməlidir (əlavə təsirlərin baş vermə riski artır)

Qaraciyər çatışmazlığı və ürək-damar sistemi xəstəlikləri zamanı doza korreksiya edilməlidir. Uzunmüddətli və ya yanlış istifadə (udqunma və ya tez-tez püskürtmə) səs tellərinin həssaslığının tam və ya qismən itirilməsinə, asfiksiyaya səbəb ola bilər. Ağız boşluğunun normal florasını pozmamaq üçün uzunmüddətli (10 gündən artıq) istifadə edilməməlidir.

 

Nəqliyyat vasitəsi və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

Diqqət tələb edən işlərdə çalışan şəxslərdə heç bir əlavə təsir müəyyən edilməmişdir, lakin nəzərə almaq lazımdır ki, preparatın tərkibində lidokain var.

 

Hamiləlik və laktasiya:

Hamiləlik və laktasiya zamanı preparatın təhlükəsizliyi araşdırılmamışdır. Preparat yalnız istifadəsinə mütləq göstəriş olduqda təyin edilə bilər.

 

Dozalanma qaydası:

Hər 24 saatdan bir 3-6 püskürtmə (2 püskürtmə 0,1 ml-dən). Maksimal sutkalıq doza 12 püskürtmə. Pulverizatorun ucluğu ağız boşluğunda daxil edilib, basılmalıdır. Flakon şaquli tutulmalıdır.

Dərmanın istifadəsindən sonra 3-4 gün ərzində yaxşılaşma hiss olunmazsa, həkimlə məsləhətləşmək lazımdır.

 

Doza həddinin aşılması:

Dekvalin xlorid: bu barədə heç bir məlumat qeydə alınmamışdır.

Lidokain hidroxlorid: qeyri-düzgün istifadə edildikdə doza həddinin aşılması nəticəsində

Lidokain toksiki reaksiyalar törədə bilər. Belə olan halda həkim tərəfindən venadaxili barbiturat təyin edilməli və ehtiyac olduqda ürək-tənəffüs funksiyaları bərpa edilməlidir.

 

Əlavə təsirlər:

Dekvalinium xlorid: indiyə qədər heç bir əlavə təsiri müəyyən edilməyib.

Lidokain hidroxlorid: çox nadir hallarda xaricə istifadə edildikdə dərmanın qan dövranına təsadüfi daxil olması nəticəsində meydana çıxan toksiki reaksiyalar və ya uzunmüddətli istifadəsi zamanı baş verən doza həddinin aşılması kimi hallar baş vermişdir. Aşağıdakı simtomlar müşahidə edilə bilər: əsnəmə, nevroz, halsızlıq, görmə qabiliyyətinin pozulması, ürəkbulanması, qusma,əzələ yığılmaları və qıcolmalar.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Dekvalin xlorid sabun və anion səthi aktiv maddələrlə,eləcə də tərkibində fenol birləşmələri olan dezinfeksiyaedici vasitələrlə uyuşmazlıq əmələ gətirir.

Digər antiseptiklərlə eyni zamanda təyin olunmamalıdır.

 

Aptekdən buraxılma şərti: Reseptsiz satılir.

Yararlılıq müddəti: 3 ildir.

Saxlanılma qaydası və yararlılıq müddəti: 15 - 25ºС temperaturda, işıqdan qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Buraxılış forması: Hər katon qutuda 30 ml-lik flakon və pulverizatorla birgə içlik vərəqi olur.

 

İstehsalçı: Brufarmeksport s.p.r.l., Brussel, Belçika.