LEYNER MƏLHƏMİ - LEYNER OİNTMENT (xaricə istifadə üçün məlhəm)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Təsir edici maddə: 100 q Leyner məlhəminin tərkibində 2,5 q bor turşusu vardır.

Köməkçi maddələr: günəbaxan yağı, lanolin, distillə suyu.

 

Farmakoloji xüsusiyyətləri: Bor turşusu antiseptik xassəyə malikdir. Yerli istifadə zamanı bor turşusu dərinin qıcıqlanmasını azaldır. Məlhəm dəriyə yumşaldıcı təsir göstərir.

 

Istifadəsinə göstərişlər: Pediatriyada qaşınmada, dərinin səpməsində və qıcıqlanmasında istifadə olunur.

 

Əks göstərişlər: Dəri bor turşusuna qarşı həssaslıq göstərən hallarda preparatın istifadəsi əks göstərişdir.

 

İstifadə qaydası və dozası:

Məlhəm yerli istifadə olunur. Dəriyə lazım olan hallarda gündə 2-4 dəfəyə qədər yaxılır.

 

Əlavə təsirləri: Əlavə təsirlər müşahidə olunmamışdır:

 

Buraxılış forması: 20 q məlhəm alüminium tübdə. 1 tüb içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: 20"C-dən çox olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlıq müddəti: 2 il, Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: AZƏRFARM MMC, Azərbaycan Respublikası, Bakı ş., Bakıxanov qəs. Bünyadov küç. 11