KORVALOL - CORVALOL (damcılar)

Beynəlxalq patentləşdirilməmiş adı: CORVALOLUM.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20 mq α - bromizobalerian turşusunun etil efiri, 18,26 mq fenobarbital, 1,42 mq nanə yağı vardır.

Köməkçi maddələr: rektifıkat etil spirti, stabilizator, təmizlənmiş su.

 

Təsviri: Spesifik iyə malik şəffaf və rəngsiz mayedir.

Farmakoterapievtik qrupu: Yuxugətirici və sedativ dərman vasitəsi.

ATCkodu: N05CB02.

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası:

Korvalol sakitləşdirici və spazmolitik preparatdır. Təsiri tərkibinə daxil olan komponentlərin təsirləri ilə bağlıdır.

α-bromizovalerian turşusunun etil efiri əsasən ağız boşluğunda və burun-udlaqda yerləşən reseptorları qıcıqlandırmaqla, reflektor yolla sakitləşdirici təsir göstərir. Fenobarbital orta və uzunsov beyinlərin retikulyar formasiya mərkəzlərinin böyük yarımkürələrin qabığına göstərdiyi aktivləşdirici təsiri zəiflədir, bununla da baş beyin qabığına və qabıqaltı strukturlara oyandırıcı təsir axınını azaldır. Aktivləşdirici təsirin zəifləməsi, dozadan asılı olaraq sakitləşdirici, trankvilizəedici və yuxugətirici effektlər yaradır. Korvalol, ümumi qan təzyiqini azalmaqla, damarların, xüsusilə ürək damarlarının spazmanı aradan qaldırmaqla və ya qarşısını almaqla damar-hərəkət mərkəzlərinə, tac və periferik damarlara oyadıcı təsiri azaldır.

Nanə yağının tərkibində çoxlu miqdarda efir yağları, o cümlədən, 50%-ə yaxın mentol və 4-9% mentol efiri vardır. Onlar ağız boşluğunun "soyuğa həssas" reseptorlarmı qıcıqlandırmaq və reflektor yolla, əsasən ürək və beyin damarlarını genişləndirmək, beləliklə damarların saya əzələlərinin spazmanı aradan qaldırmaq, sakitləşdirici və yüngül ödqovucu təsir göstərmək qabiliyyətinə malikdir.

Farmakokinetikası:

Daxilə qəbul edildikdə sorulma artıq dilaltı nahiyədən başlanır. Biomənimsənilməsi yüksəkdir (60-80%-ə yaxın). Preparatın effekti xüsusilə ağız boşluğunda saxladıqda (sub-linqval sorma) və ya şəkər parçası üzərində qəbul etdikdə sürətlə (5-10 dəq. sonra) inkişaf edir. Təsiri 15-45 dəq. sonra inkişaf edir və 3-6 saat davam edir. Əvvəl barbitur turşusunun preparatlarını qəbul etmiş şəxslərdə preparatın təsir müddəti qısalır, buna səbəb fenobarbitalın qaraciyərdə metabolizminin sürətlənməsidir. Ahı 1 yaşlı insanlarda, qaraciyər sirrozu olan pasiyentlərdə Korvalolun metabolizmi zəifləyir, ona görə onlarda T 1/2 uzanır ki bu da dozanın azaldılmasını və qəbul arası intervalın uzadılmasını tələb edir.

 

İstifadəsinə göstərişlər:

  • qıcıqlanma qabiliyyətinin yüksəlməsi ilə müşayiət olunan nevrozlar;
  • yuxusuzluq;
  • hipertoniya xəstəliyinin və vegetativ distoniyanın kompleks müalicəsində;
  • tac damarların zəif ifadə olunmuş spazmları, taxikardiya;
  • bağırsaq spazmaları (spazmolitik preparat kimi).

 

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə, broma qarşı yüksək həssaslıq, ağır ürək çatışmazlığı. Qaraciyərin və böyrəklərin aydın ifadə olunmuş pozğunluqları, hamiləlik və laktasiya dövrü.

 

Ehtiyat tədbirləri:

Preparatın tərkibində 58 həcm %-i alkoqol, həmçinin fenobarbital vardır. Onlar koordinasiyanı poza və psixomotor reaksiyaların sürətini zəiflədə bilər. Ona görə də preparatdan istifadə müddətində nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə edərkən bunu nəzərə almaq və ehtiyatlı olmaq lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

MSS-nə tormozlayıcı təsir göstərən preparatlar Korvalolun təsirini gücləndirir. Preparatın tərkibində olan fenobarbital qaraciyər fermentlərini induksiyalaşdıra bilər ki, bu da onun qaraciyərdə metabolizmə uğrayan preparatlarla (kumarin törəmələri, qrizeofulvin, qlükokortikoidlər, peroral kontraseptivlər) birlikdə təyin olunmasını arzuolunmaz edir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi: Əks göstərişdir.

 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

Korvalol koordinasiyanı poza və psixomotor reaksiyaların sürətini zəiflədə bilər. Ona görə də preparatdan istifadə zamanı yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən fəaliyyətlə məşğul olan şəxslər bunu nəzərə almalı və ehtiyatlı olmalıdırlar.

 

İstifadə qaydası və dozası:

Korvalol qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir. Gündə 2-3 dəfə 15-30 damcı su ilə və ya şəkər parçasının üzərində qəbul edilir. Zərurət olarsa (aydın ifadə olunmuş taxikardiya və tac damarların spazmı) birdəfəlik doza 40-50 damcıya qədər artırıla bilər. Preparatdan uşaqların müalicəsi üçün istifadə təcrübəsi yoxdur.

 

Əlavə təsirləri:

Korvalol, adətən, orqanizm tərəfindən yaxşı qəbul olunur. Tək-tək hallarda yuxuyameyllik, yüngül başgicəllənmə meydana çıxa bilər ki, bu da dozanın azaldılması ilə aradan qalxır. Uzun müddət istifadə etdikdə preparatdan asılılıq Vəziyyəti və bromizm yarana bilər.

 

Doza həddinin aşılması:

Uzun müddət istifadə edildikdə və doza həddi aşıldıqda MSS-nin fəaliyyətində topmozlanma müşahidə oluna bilər ki; bu da MSS-nin stimulyatorlarından (kofein, kordiamin və b.k.) istifadə etməklə aradan qaldırıla bilər. Digər hallar baş verərsə simptomatik müalicə aparılır.

 

Buraxılış forması: 25 ml, flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 15-25°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 2 il 6ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: OAO «Farmak». Ukrayna, 04080, q. Kiyev, Frunze, 63.