İKZİM – IXIME (Sefiksim oral suspenziya)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Hazırlanmış suspenziyanın hər 5 ml-də Sefiksim anhidroza ekvivalent 100 mq Sefiksim USP var.

 

Kliniki farmokologiyası:
Oral qəbul olunmuş sefiksimin sorulması 40-50% təşkil edir. Absorsiyaya qida qəbulunun təsiri yoxdur. Qida ilə qəbul olunduqda maksimal sorulma 0.8 saatdan sonra başlayır. Qanda pik konsentrasiyası suspenziya qəbulunda, tablet qəbulundan 25-50 % çox olur. Böyüklərdə test aparıldıqda ,200-400mq. oral qəbul olunmuş sefiksimin pik plazma konsentrasiyası 3 mcq/ml (1-4,5 mcq/ml arası) və 4,6 mcq/ml (1,9-7,7 mcq/ml) qatılığında olur. 200mq suspenziya qəbul olunduqda, serumda yüksək qatılığa 2-5 saatdan sonra çatır. Təxminən 50% absorbsiya olunmuş sefiksim dəyişilməmiş şəkildə sidiklə 24 saat ərzində xaric olur. Yarım parçalanma dövrü dozadan asılı olaraq dəyişkəndir və təxminən 3-4 saatdır. Bu 9 saata qədər də davam edə bilər.

 

Göstərişləri:
Digər sefalosporin qrupundan olan antibiotiklər kimi sefiksimin antibakterial təsiri onun bakteriyaların divarının strukturunun təşkil edən maddələrin sintezini inqibə etməsindən ibarətdir. Sefiksim beta-laktamaz fermentli bakteriyalara yüksək dözümlüdür. Penisillinə və başqa sefalosporinlərə rezistent olan bakteriyalar sefiksimə  həsasdırlar. Sefiksim həm laborator həm də aşağıdakı bakteriyalara təsir göstərir. Qram müsbət bakteriyalar; Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus agalactiae. S.aureus, S.epidermidis.
Qram mənfi bakteriyalar; Haemophilus influenzae (beta-lacatamase positive və negative strains), Moraxella (Branhamella) catarrhalis (çoxluq beta-lactamase positive), Escherichia coli, Proteus mirabilis, Neisseria gonorrhoeae (including penicillinase və non-penicillinase producing strains), Haemophilus parainfluenzae (beta-lactamase positive və negatiye strains), Proteus vulgaris, Klebsiella pneumoniae, Klebsiella oxytoca, Pasteurella multicida, Providencia species, Salmonella species, Shigella species, Citrobacter amalonaticuş, Citrobacter diversus, Serratia marscescens.

 

Dozası və istifadə qaydası:
Uşaqlarda: Məsləhət görülən doza – 8 mq/kq/sutka. Qəbul olunacaq doza bir dəfəyə yaxud iki dəfəyə (4 mq/kq/sutka 12 saatdan bir) bölünərək də qəbul oluna bilər. 50kq-dan yuxarı yaxud 12 yaşdan böyük uşaqlarda doza böyüklərdə ki kimi (400mq sutkalıq) verilir. 6 aydan aşağı uşaqlarda sefiksimin effektivliyi and təhlükəsizliyi tam öyrənilməyib. S.pyogenes - in törətdiyi infeksion xəstəliklərdə sefiksimin terapevtik dozası ən azı 10gün müddətində saxlanılmalıdır.


Artıq dozalanma:
Mədənin yuyulması aparılmalıdır; spesifik antidotu yoxdur. Qandan sefiksim hemodializ yaxud peritoneal dializ vasitəsilə xaric olunur.

 

Əks göstərişləri:
Sefalosporin qrupu antibiotiklərinə qarşı həssaslığı olan şəxslərdə əks göstərişdir.

 

Xəbərdarlıq və ehtiyatlılıq:
Ümumi: Uzun müddət istifadə olunduqda mikrobların sefiksimə qarşı rezistentliyi yarana bilər. Belə halda xəstəni müayinə etmək lazımdır. Əgər superinfeksiya inkişaf edərsə onda lazımi tədbirlər görülməlidir.

 

Digər preparatlarla qarşılıqlı təsiri: Heç bir məlumat müəyyən olunmayıb.

 

Hamiləlik və süd vermə dövrü:
Sefiksim hamiləlik və südvermə dövründə araşdırılmayıb. Südvermə dövründə: sefiksimin ana südünə keçib-keçmədiyi məlum deyil. Sefiksim qəbul etdikdə məsləhətdir ki, süd vermə dayandırılsın.

 

Əlavə təsirləri:
Kliniki araşdırmalarda əsas rast gəlinən əlavə təsiri yüngül və keçici ürəkbulanmadır. Həmçinin mədə-bağırsaq traktı tərəfindən olan digər əlavə təsirlər(ishal) suspensia qəbul edən uşaqlarda, tablet qəbul edən böyüklərdən azdır.

 

Saxlanma şəraiti:
25°C-dən temperaturdan aşağı ,quru yerdə saxlamalı. Şüşəni bağlı formada saxlayın. İstifadədən əvvəl silkələyin.
14 gündən artıq müddətə hazırlanmış, istifadə olunmamış suspenziyanı atın. Uşaqların əli çatmayan yerdə saxlayın

 

Hazırlanma qaydası: Flakona göstəriciyə kimi təzə qaynadılmış və soyudulmuş su doldurun, qabın ağzını bağlayın və çalxalayın.

 

Buraxıhş forması: 50ml şüşə qab.

 

İstehsalçı: LUPIN LTD. 159, C.S.TRoad, Kalina, Santacruz (E), Mumbai - 400 098, INDİA