HEPABRYU - HEPABRU (örtüklü tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Təsiredici maddə: bir tabletin tərkibində ənginarın (artişok) 200 mq quru ekstraktı vardır (onun 1,4 mq turşusuna ekvivalentdir).

Köməkçi maddələr: kartof nişatası, təmizlənmiş silisium oksidi, dimetikon, kalsium hidrofosfat dihidrat, talk, hidrogenləşdirilmiş gənəgərçək yağı, susuz kollodial silisium 4-oksid, maqnezium- stearat. Örtüyü: povidon, titan 4-oksid (E-171), Opadry-04-L-28900.

 

Təsviri: iki tərəfdən qabarıq, yumru, ağ örtüklə örtülmüş tabletlər.

Farmakoterapevtik qrupu: Biliar patoloji proseslərdə istifadə edilən dərman vasitəsi.

ATC kodu: A05A X 10**

 

Farmakoloji xüsusiyyətləri:

Hepabryu bitki mənşəli vasitələrə aiddir. Onun farmakoloji xüsusiyyətləri ənginarın bağ ənginarının (Cynara scolymus) yarpaqlarının tərkibinə daxil olan bioloji aktiv maddələr kompleksinin təsiri ilə əlaqədardir (sinarin, kofein, xlorogen fenoturşuları, bioflavinoidlər, qlikozidlər, fitosteroidlər, terpenoidlər, karotin, vitaminlər, inulin, fermentlər).

Hepabryu xoleritik, hepatoprotektor, antioksidant, hipoxolesterinemik, diuretik və dezintoksikasiyaedici təsir göstərir. Preparatın hipoxolesterinemik təsiri xolesterin biosintezini tormozlandırması ilə əlaqədərdir (3-hidroksi-3-metilqlütaril-KoA-reduktazanın tormozlandırılması nəticəsində).

Sinarin əsasən xoleritik təsiri sayəsində fenoturşular ilə birgə ödqovocu təsir göstərir, həmçinin öd turşusu duzlarının sekresiyasını gücləndirir, ödçıxarıcı yollarda öd durğunluğunun qarşısını alır, pankreas fermentlərinin sekresiyasını gücləndirir.

Hepabryu antioksidant effektə malikdir, lipidlərin peroksid oksidləşməsini zəiflədir (malon dialdehidinin miqdarını aşağı salmaqla).

Hepabryu-nun hepatoprotektor təsiri hepatositlərə qarşı membranstabilləşdirici effekti ilə əlaqələndirilir.

 

İsrifadəsinə göstərişlər:

- öd yollarının diskineziyası;

- ödün xaricolmasının pozulması;

- qeyri-kalkuloz xroniki xolesistit;

- xroniki hepatit (virus, toksik, metabolik və alkoqol qenezli);

- hepatotoksik maddələr ilə intoksikasiya;

- yoğun bağırsaqların qıcıqlanma sindromu;

- Kron xəstəliyi;

- Qeyri-xoralı dispeptik sindrom ( epiqasrtal nahiyyədə ağırlıq hissi, meteorizm, qəbizlik, ürəkbulanma, qusma, gəyirmə);

- Xroniki böyrək çatışmazlığı;

- Ateroskleroz;

- Ürəyin işemik xəstəliyinin profilaktikası;

- Piylənmə;

- Qaraciyərin alkoqol xəstəliyinin simptomatik müalicəsi.

 

Əks göstərişlər:

- Preparatın tərkib komponentlərinə qarşı və mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə qarşı hiperhəssaslıq (allergiya);

- öd yollarının obstruksiyası;

- ağır qaraciyər çatışmazlığı;

- 12 yaşa qədər uşaqlar.

 

Xüsusi göstərişlər:

Şəkərli dibetli xəstələrə preparat ehtiyatla təyin edilir.

Qaraciyər xəstəlikləri olan xəstələrə pəhrizin gözlənilməsi məsləhətdir. Yağlı qida, yumurta, şokolad məsləhət görülmür.

 

Digər darman vasitələri ilə qarşılıqlı təsiri: Müəyyən olunmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi: Preparatın istifadəsi məsləhət deyil.

Nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Preparat təsir göstərmir.

 

İstifadə qaydası və dozası:

Böyüklər: gündə 3 dəfə və hər dəfə 1 tablet yeməkdən 20 dəqiqə əvvəl.

12 yaşdan yuxarı uşaqlar: gündə 2 dəfə olmaqla hər dəfə 1 tablet yeməkdən 20 dəqiqə əvvəl

Müalicə kursu: 10-20 gün, lazım olduqda 1-2 aydan sonra təkrar kursun həyata keçirilməsi mümkündür.

 

Əlavə təsirləri:

Preperat adətən yaxşı məninsənilir, lakin yüksək dozalardan uzun müddət ərzində istifadə olunması diareyaya səbəb ola bilər.

 

Doza həddinin aşılması: Məlum deyil.

 

Buraxılış forması: 60 tablet polipropilen bankada içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: 15-25ºC temperaturda,qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bşa çatan dərman maddəsindən istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Resptsiz buraxılır.

 

İstehsalçı: BRYUFARMEKSPORT s.p.r.l. 14, De lya Qrott küç., 1020 Brüssel, Belçika