ENTEROL (250mq jelatin kapsullar)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: 1 kapsul 250mq Saccharomicetus buolardi (liofilizə olunmuş hüceyrələr) daxildir.
Köməkçi maddələr: laktoza monohidrat, maqnezium – stearat.
Jelatin kapsul üçün: jelatin, titan 4-oksid.

 

Farmakoterapevtik qrupu:
Diareya əleyhinə mikrobioloji preparat. Müalicəvi maya göbələkləri - Saccharomicetus buolardi.

 

Farmakoloji xüsusiyyətləri:
Enterol 250 bağırsağın mikroflorasını bərpa edir və diareya əleyhinə güclü etiopatogenetik təsirə malikdir.

 

İstifadəsinə göstərişlər:

  • Uşaqlarda və böyüklərdə kəskin və xroniki bakterial diareya.
  • Kəskin viruslu diareya.
  • Antibiotiklərin qəbulu ilə assosiasiya olunmuş kolit və diareyaların profilaktikası və müalicəsi.
  • Bağırsağın disbiozu.
  • Qıcıqlanmış yoğun bağırsaq sindromu.                                          
  • Psevdomembranoz kolit və Clostridium difficile-nin törətdiyi xəstəliklər.
  • Parenteral qidalanma nəticəsində yaranan diareyalar.

 

Əks göstərişlər:

  • Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq (allergiya).
  • Mərkəzi venoz kateterli xəstələr.

 

Ehtiyat tədbirləri: Həddən artıq isti və ya soyuq qida və maye ilə qəbul etməməli.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Antifunqal preparatlarla eyni zamanda istifadə etməməli.

 

İstifadə qaydası və dozası:
Böyüklərə və 6 yaşdan yuxarı uşaqlara: 1-2 dəfə 1-2 kapsul gündə. 6 yaşdan aşağı uşaqlara Enterol 250-nin peroral qəbul üçün liofilizə olunmuş toz şəklində qəbulu tövsiyə olunur. Kapsulu su ilə qəbul etmək məsləhət görülür.

 

Tövsiyə olunan müalicə kursu:

  • Kəskin diareya: 3-5 gün.
  • Disbakteriozun, xroniki diareya sindromunun, qıcıqlanmış yoğun bağırsaq sindromunun müalicəsi: 10-14 gün.
  • Antibiotiklərin qəbulu ilə assosiasiya olunmuş diareya və psevdomembranoz kolitin profilaktika və müalicəsi: antibiotikin qəbulunun 1-ci günündən başlayaraq, gündə 2 dəfə 2 kapsul Enterol 250 antibiotiklə birgə təyin olunur. 

 

Əlavə təsirləri: Nadir hallarda mərkəzi venoz kateteri olan stasionar xəstələrdə fungemiya yaranma ehtimalı ola bilər.

 

Buraxılış forması: İçərisində l0 kapsul olan polietilen qapaqla bağlı şüşə flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlama şəraiti: 25°C-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: BİOKODEKS (BIOCODEX), 7 Galieni küç.94250 Jentilli, FRANSA.