DOKTOR MOM (məlhəm)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Məlhəmin hər 20q tərkibində:

Aktiv komponentlər: Mentol - 0,61q; Kamfora - 1,05q; Timol - 0,02q; Qətran yağı - 1,11ml; Evkalipt yağı - 0,30ml; Muskat yağı - 0,11ml.

Köməkçi maddələr: 20q qədər ağ yumşaq parafin.

 

Təsviri: Yarımşəffaf, ağ və ya ağımtıl rəngli kamfora və mentol iyli məlhəmdir.

Farmakoloji qrupu: Bitki tərkibli yerli qıcıqlandırıcı vasitə.

ATC kodu: [R05X]

Farmakoloji xassələri: Yerli qıcıqlahdmcı, iltihab əleyhinə və antiseptik təsir göstərir.

 

İstifadəsinə göstərişlər:

Kəskin respirator xəstəliklərin müalicəsində, həmçinin əzələ, baş, və bel ağrıları zamanı.

 

Əks göstərişlər:

Preparatın tərkibindəki maddələrə qarşı həssaslıq. Preparat çəkiləcək dəri nahiyəsində zədələr olduqda, dəri xəstəliklərində, 2 yaşına qədər uşaqlara.

 

Hamiləlik və laktasiya dövrü:

Hamilə və süd verən analara preparatdan istifadə etmək məsləhət deyil. Məlhəmin gözə, burunun selikli qış asma, ağıza, həmçinin zədələnmiş dəri nahiyəsinə düşməsinin qarşısını alır.

 

İstifadə qaydası və dozası:

  • Yalnız xaricə istifadə üçün!
  • Burunun tutulması zamanı burun qanadlarının dərisi üzərinə;
  • Əzələ, bel ağrıları zamanı ağrı nahiyəsinə çəkilməli. Daha yaxşı nəticə əldə etmək üçün həmin nahiyəni qızdırıcı sarığı ilə bağlamalı;
  • Baş ağrısı zamanı məlhəmi gicgah nahiyəsinə çəkməli.

 

Əlavə təsirləri: Allergik reaksiyalar.

 

Buraxılış forması: Xaricə istifadə üçün məlhəm: 20 q məlhəm polıpropilendən olan şüşə qaba, həmin qab isə təlimatla birlikdə karton bağlamaya yerləşdirilir.

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti: 25°C-dan aşağı temperaturda, işıqdan və rütubətdən qorunmaqla; uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti: Reseptsiz.

 

İstehsalçı: Yunik Farmasyutikal Laboratoriz («Ç.B.Xemikals & Farmasyutikals MMC» firmasmın bölməsi) firması tərəfindən istehsal olunmuşdur. Hındıstan, Mumbay 400 030, Vorlı, Hmd Sıkl Rod, Nılam Sentr.