BRULİUM LİNQVATABS - BRULIUM LINGUATABS (tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: hər tabletin tərkibində 10 mq domperidon vardır.
Köməkçi maddələr: nanə tozu PO551, aspartam, krospovidon, mikrokristallik sellüloza, mannit qranulları, susuz kolloidal silisium 4-oksid, maqnezium-stearat.

 
Təsviri: Ağ və ya təqribən ağ rəngli, hər iki tərəfdən qabarıq tabletlər.
Farmakoterapevtik qrupu: Peristaltikanın stimulyatoru.
ATC kodu: A03F A03.


Farmakoloji xüsusiyyətləri:
Domperidon – qusmaəleyhinə effektə malik olan dofaminin antaqonistidir. Domperidon az miqdarda hematoensefalik baryeri keçir. Domperidonun istifadəsi xüsusən də böyüklərdə çox nadir hallarda ekstrapiramid əlavə təsirlərlə müşahidə olunur. Domperidon hipofizdən prolaktinin ifrazını stimullaşdırır. Onun qusma əleyhinə təsiri, periferik təsir komponntləri (qastrokinetik) və hematoensefalik baryerin arxasında yerləşən xemoreseptorların trigger zonasında dofamin reseptorlarına antaqonizmi sayəsində baş verir. Heyvanlar üzərində aparılan tədqiqatlar, həmçinin preparatın beyində aşkarlanan kiçik konsentrasiyası domperidonun dofamin reseptorlarına əsasən periferik təsir göstərdiyini sübut edir.
İnsanlar üzərində aparılan tədqiqatlar nəticəsində müşahidə olunub ki, venadaxili yeridildikdə domperidon antral və duodenal yığılmaların müddətini uzadır, mədənin boşalmasını sürətləndirir. Domperidon mədə sekresiyasına təsir göstərmir.
Farmakokinetikası:
Domperidon acqarına peroral qəbul edildikdə tez sorulur, plazmada maksimal konsentrasiyaya 30-60dəq.dən sonra çatır. Həzm traktı sağlam insanlarda yeməkdən sonra qəbul edildikdə domperidonun biomənimsənilməsi artır, lakin buna baxmayaraq, həzm traktı tərəfindən şikayəti olan xəstələr domperidonu yeməkdən 15-30 dəq. qabaq qəbul etməlidirlər. Mədə turşuluğunun aşağı olması domperidonun absorbsiyasını zəiflədir. Peroral qəbul zamanı əgər domperidondan əvvəl simetidin və ya Natrium-hidrokarbonat qəbul edilibsə, onda domperidonun bio- mənimsənilməsi zəifləyir. Domperidon zülallarla 91-93% birləşir. Orqanizmdən xaric olması sidiklə 31%, nəcislə 66% təşkil edir. Plazmadan yarımxaricolma dövrü sağlam insanlarda 7-9 saat, ağır böyrək çatışmazlığı olanlarda isə daha artıq olur.


İstifadəsinə göstərişlər:
Böyüklərə:

  • Müxtəlif etiologiyalı (medikamentoz, əməliyyatdan sonrakı, şüalanma, uremiya, hepatit və mədə-bağırsaq infeksiyaları/pozğunluqları sonrası) ürəkbulanma və qusmanın simptomatik müalicəsi;
  • Diabetik qastroparez və xroniki və ya yarımkəskin qastrit nəticəsində əmələ gəlmiş funksional dispepsiyanın simptomatik müalicəsi;
  • Parkinson xəstəliyinin müalicəsi zamanı istifadə olunan dofaminin aqonistləri qrupundan olan preparatların təyini nəticəsində əmələ gələn mədə-bağırsaq simptomlarının profilaktikası;
  • Proton nasosunu inaktivləşdirən preparatlar və H2-reseptorların antaqonistləri ilə qastroözofageal reflüks xəstəliyinin müalicəsi zamanı köməkçi maddə kimi;

Uşaqlara:

  • Ürəkbulanma və qusmanın simptomatik müalicəsi.

 

Əks göstərişlər:
Preparata qarşı yüksək həssaslıq; əgər mədənin hərəki funksiyasının stimulyasiyası təhlükəlidirsə, məs, mədə-bağırsaq qanaxması, mexaniki keçməzlik və ya perforasiya mövcuddursa; hipofizin prolaktin-sekretor şişi olan xəstələr (prolaktinoma); 35 kq-dan aşağı bədən kütləsi olan uşaqlar.


Ehtiyat tədbirləri:
Domperidonun qaraciyərdə yüksək səviyyədə metabolizmə uğramasını nəzərə alaraq, Brulium Linqvatabsı qaraciyər çatışmazlığı olan xəstələrə ehtiyatla təyin etmək lazımdır.
Qaraciyər çatışmazlığı olan xəstələrdə (kreatininin miqdarı > 6mq/100ml), domperidonun yarımxaricolma dövrü 7,4 – dən 20,8 - ə qədər artır.Uzunmüddətli istifadə zamanı xəstələr həkim nəzarətində olmalıdır. Hiperfenilalaninemiyalı xəstələrə təyin edilməsi məsləhət görülmür.


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Antixolinergik preparatlar Brulium Linqvatabsın təsirini azalda bilər. Domperidon mədə və nazik bağırsaqların hərəki fəaliyyətini gücləndirdiyi üçün, nazik bağırsaqlardan bəzi preparatların, məs, aspirinin, parasetamolun, diazepamın sorulmasını yaxşılaşdırır. Digər tərəfdən isə mədədən absorbsiya olunan preparatların sorulması zəifləyir.

 
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Domperidon ana südünə çox az konsentrasiyada keçir, süddə prolaktinin səviyyəsi plazmadakı konsentrasiyadan 10 – 50 % təşkil edir. Yenidoğulmuşlara neqativ təsiri haqqında məlumat yoxdur.
Beləliklə, domperidon qəbul edən analara uşaqları südlə əmizdirmək məsləhət görülmür. Brulium Linqvatabs süd ifrazını artırır.
Hamilə siçanlar üzərində aparılan tədqiqatlar zamanı yüksək dozada domperidonun təyini reproduktiv toksikliyə səbəb olur. Bu səbəbdən də hamiləlik zamanı Brulium Linqvatabs yalnız kəskin ehtiyac olduqda təyin olunmalıdır.


İstifadə qaydası və dozası:
Böyüklərə və uşaqlara: gündə 3-4 dəfə olmaqla 1-2 tablet. Maksimal gündəlik doza – 80 mq (8 tablet).
Böyüklərə Parkinson xəstəliyinin müalicəsi zamanı: istifadə olunan dofaminin aqonistləri qrupundan olan preparatların təyini, həmçinin diabetik qastroparez nəticəsində əmələ gəlmiş ürəkbulanma və qusmanı aradan qaldırmaq üçün Brulium Linqvotabs gündə 3-4 dəfə 20 mq (2 tablet) təyin olunur. Parkinsonəleyhinə preparatların dozasının müəyyənləşdirilməsi zamanı dispeptik simptomların nəzarət altında olması üçün preparatın daha yüksək dozaları lazım ola bilər.
Uşaqlara, 35 kq-dan artıq kütləsi olanlara, preparat 0,25-0,5 mq/kq hesabı ilə gündə 3-4 dəfə yeməkdən qabaq və ehtiyac olduqda yatmazdan qabaq təyin olunur. Başlanğıc müalicənin müddəti 4 həftədir. Bundan sonra xəstənin vəziyyətini nəzərdən keçirilmək və ehtiyac olarsa, müalicəni davam etdirmək lazımdır.

 

İstifadə qaydası:
Brulium Linqvatabs ağızda tez sorulur və su ilə qəbuluna ehtiyac olmur.
Tabletlər dilin üzərinə qoyulur və bir neçə saniyəyə onlar dilin səthində əriyir, onları susuz udmaq olar. Tabletlər xoşagələn dada malikdirlər.
Uşaqlar: Bədən kütləsi 35 kq-dan aşağı olan uşaqlara təyini məsləhət deyil.


Əlavə təsirləri:

  • İmmun sistemə: nadir hallarda – allergik reaksiyalar.
  • Endokrin sistemə: nadir hallarda – prolaktinin səviyyəsinin yüksəlməsi.
  • Mərkəzi sinir sisteminə: nadir hallarda – uşaqlarda eksrapiramid əlamətlər müşahidə oluna bilər ki, preparatın qəbulu dayanan kimi bu əlamətlər keçir.
  • Mədə-bağırsaq traktına: nadir hallarda – bağırsaq spazmları.
  • Dəryə: cox nadir hallarda – urtikariya.
  • Reproduktiv sistemə: nadir hallarda – qalaktoreya, ginekomastiya, amenoreya.

 

Doza həddinin aşılması:
Simptomları: yuxululuq, orientasiyanın itməsi və ekstrapiramid reaksiyalar (xüsusilə uşaqlarda).
Müalicəsi: Spesifik antidotu yoxdur. Artıq dozalanma zamanı mədənin yuyulması, aktivləşdirilmiş kömür qəbulu, həkimin nəzarəti altında simptomatik müalicə.


Buraxılış forması: Ağız boşluğunda əriyən tabletlər. 10 tablet, blisterlərdə. 1 və ya 2 blister (10 və ya 20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz. buraxılır.

 

İstehsalçı: Brufarmeksport s.p.r.l., 14 rü de lya Qrott, 1020 Brüssel, Belçika.