BRONXOBRÜ - BRONCHOBRU (şərbət)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: 1 ml şərbtin tərkibində 1 mq natrium-diterbutilnaftalindisulfonat (natryum-dibunat), 1 mq efedrin-hidroxlorid, 1 mq natrium-kamfo- sulfonat vardır.
Köməkçi maddələr: natrium metilparahidroksibenzoat, natrium propilparahidroksibenzo-at, şəkər, qarağat aromatlı əlavə, yeni koksin (E124), təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu: Öskürək əleyhinə kombinəedilmiş preparat.
Farmakoloji xüsusiyyətləri: Bronxolitik, mukolitik, kardiotonik və öskürək əleyhinə təsirlərə malik olan kombinə-edilmiş preparatdır.
 
İstifadəsinə göstərişlər:
Bronxospastik və bronxoobstruktiv sindromla müşayiət olunan bronx-ağciyər xəstəlikləri (bronxit, pnevmoniya, bronxial astma). Böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda kəskin respirator xəstəliklərdə öskürəyin simptomatik müalicəsi.
 
Əks göstərişlər:
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq; hipertireoz, taxiaritmiya və tac damar çatışmazlığı ilə müşayiət olunan ürək-qandamar xəstəlikləri, şəkərli diabeti olan xəstələr, 3 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.
 
Ehtiyat tədbirləri:
Arterial təzyiqi yüksək olan xəstələrə ehtiyatla təyin edilməli və həkim nəzarəti altında istifadə olunmalıdır.
Preparatdan istifadə edərkən yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən fəaliyyətlə məşğul olan zaman çox ehtiyatlı olmaq lazımdır.
Preparatla müalicə zamanı allergik reaksiyalar baş verərsə, bu barədə həkimə məlumat vermək lazımdır.
 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Əgər Siz digər dərman vasitələrindən istifadə edirsinizsə bu barədə həkimə məlumat verin.
Tərkibində efedrin olan preparatlarla və antidepressantlarla birlikdə istifadəsi baş ağrısı-nın inkişafına və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.
 
Hamiləlik və laktasiya dövründə istifadəsi: Əks göstərişdir.
 
Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Preparatdan istifadə edərkən yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən fəaliyyətlə məşğul olan zaman çox ehtiyatlı olmaq lazımdır.


İstifadə qaydası və dozası:

3-7 yaşlı uşaqlara: gündə 3-4 dəfə ½ çay qaşığı (2,5 ml), 7-15 yaş – gündə 3-4 dəfə 1 çay qaşığı (5 ml).

Böyüklərə: gündə 3-4 dəfə 1 xörək qaşığı (15 ml). Minimal müalicə kursu 5 gün təşkil edir. Müalicə kursunun müddəti xəstəliyin gedişindən asılı olaraq həkim tərəfindən fərdi olaraq müəyyən edilir. Şərbət yeməkdən 30 dəq sonra qəbul edilməlidir.

 

Əlavə təsirləri:
Acqarına qəbul edildikdə bəzən mədə-bağırsaq pozğunluqları (ürəkbulanma, diareya) baş verə bilər. Efedrinə qarşı yüksək həssaslıq olduqda tək-tək hallarda preparat həyəcan, yuxu pozğunluğu, taxikardiya törədə bilər.
Preparatdan istifadə zamanı bu cür arzuolunmaz təsirlər meydana çıxarsa, preparatdan istifadəni dayandırıb dərhal həkimə müraciət etmək lazımdır.

 

Doza həddinin aşılması:
Təsadüfən tövsiyə olunduğundan artıq doza qəbul edilərsə preparatın qəbulunu dayandırmaq, qusma törətmək və həkimə məlumat vermək lazımdır.

 

Simptomları: ürəkbulanma, qusma, taxikardiya.
Müalicəsi: simptomatik müalicə.

 

Buraxılış forması: 125 ml flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 15-25°C temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: BRYUFARMEKSPORT s.p.r.l. 14, De lya Qrott küç., 1020 Brüssel, Belçika.