ANGİN-HEEL (tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:

1 tabletin tərkibində var: Mercurius cyanatus D8 30mg; Phytolacca americana D4 30mg; Apis mellifica D4 30mg; Arnica montana 04 30mg; Hepar sulfuris D6 60mg; Atropa belladonna D4 60mg. Tərkibində laktoza vardır.
 
Istifadə qaydası:
Kəskin halda, hər 30-60 dəqiqədən bir 1 tablet dilaltına qoyulur. Gün ərzində maksimum 12 tablet qəbul etmək olar. Xroniki halda, gündə 1-3 dəfə 1 tablet dilaltına qoyulur.

 

Göstəriş: Tonzillit.
Əks göstəriş: Compositae ailəsindən olan bitkilərə qarşı hiperhəssasliq.

 

Əlavə təsirləri: Nadir halda, dərmanın qəbulundan sonra ağız suyunun ifrazı arta bilər. Bu zaman həkimə müraciət edin.

Digər dərmanlarla qarşılıqlı təsiri: Məlum deyil.

 

Buraxılış forması: 50 və 250 tablet.
Saxlanma şəraiti: istidən və rütubətdən qoruyun. İstifadədən dərhal sonra qutunu bağlayın.
Aptekdən həkim resepti olmadan buraxılır.