ANAFERON (homeopatik sorma tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsir edici maddə: İnsan qamma-interferonuna qarşı afin təmizlənmiş anticisimlər: C12, C30 və C200 homeopatik durulaşdırmaların qarışığı.
Köməkçi maddələr: Laktoza, mikrokristallik sellüloza, maqnezium-stearat.

 

Təsviri: Yastı, silindrik formalı, xətli və faskalı, hamar, eynicinsli səthli, ağ-ağ krem çalarlı, yaxud ağ bozumtul çalarlı tabletlər. Xətli yastı səthdə MATERIA MEDICA yazısı, digər yastı səthdə isə ANAFERON yazısı var.

Farmakoterapevtik qrupu: İmmunomodulyator. Virus əleyhinə dərman vasitəsi.

ATC kodu: L03AX, J05AX.

Farmakoloji xüsusiyyətləri:
Profilaktika və müalicə məqsədilə istifadə olunduqda preparat immunomodullaşdırıcı və antivirus təsir göstərir. Humoral və hüceyrə immun cavab reaksiyalarını stimullaşdırır. Anticisimlərin hasilatını (sekretor İgA da daxil olmaqla) artırır, T-effektorları və T-helperləri (Th) aktivləşdirir, onların nisbətini normallaşdırır. İmmun cavab reaksiyalarında iştirak edən T-helperlərin və digər hüceyrələrin funksional ehtiyatını yüksəldir. Endogen "erkən" interferonların (α/β) və qamma interferonlann (İFHɣ) yaranmasını stimullaşdırır. Th1 və Th2 tipli qarışıq immun cavab reaksiyasının induktorudur: Th1 (İFHɣ, İL-2) və Th2 sitokinlərin (İL-4, 10) hasil edilməsini stimullaşdırır, Th1/Th2 aktivliyi balansını normallaşdırır (modulyasiya edir). Faqositlərin və NK hüceyrələrin funksional aktivliyini yüksəldir. Zədələnmiş toxumalarda virusun konsentrasiyasını aşağı salır. Həmçinin herpetik infeksiyalar zamanı antivirus təsir göstərir. Eksperimental qripoz infeksiyalarda, o cümlədən quş qripində müalicəvi-profilaktik təsir göstərir. Antimutagen xüsusiyyətlərə malikdir.

 

Istifadəsinə göstərişlər:
Kəskin respirator virus infeksiyalarının (o cümlədən qripin) müalicə və profilaktikası. Xroniki residivləşən herpes virusu infeksiyalarının, o cümlədən sadə və genital herpesin kompleks müalicəsi və profilaktikası; digər kəskin və xroniki virus infeksiyaları. Müxtəlif mənşəli ikincili immunçatışmazlığının müalicəsi. Virus və bakterial infeksiya ağırlaşmalarının profilaktikası və müalicəsi.

 

Əks göstərişlər: Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Digər dərman vasitələri ilə hər hansı uyuşmazlığı müəyyən edilməmişdir. Lazım gələrsə preparat digər virus əleyhinə, antibakterial və simptomatik preparatlarla birlikdə istifadə oluna bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi: Əks göstərişdir.

 

İstifadə qaydası və dozası:
Yeməkdən 30 dəqiqə əvvəl və ya 30 dəqiqə sonra 1 tablet qəbul edilir. Tam həll olana qədər tableti ağızda saxlamaq lazımdır (mümkün qədər çeynəmədən və udmadan).
KRVİ: Müalicəyə mümkün olduğu qədər tez - kəskin virus infeksiyasının ilk əlamətləri meydana çıxan kimi, aşağıdakı sxem üzrə başlamaq lazımdır: ilk 2 saat ərzində hər 30 dəqiqədən bir qida qəbulundan asılı olmayaraq qəbul edilir; sonra birinci gün bərabər zaman fasilələri ilə daha 3 dəfə qəbul edilir. Ikinci gündən etibarən tam sağalana qədər gündə 3 dəfə 1 tablet qəbul edilir. Preparatla müalicənin 3-cü günü yaxşılaşma müşahidə edilməzsə həkimə müraciət etmək lazımdır. Profılaktik məqsədlə preparat 1-3 ay ərzində (epidemik mövsüm müddətində) gündə 1 tablet qəbul edilir.
Herpes: Genital herpesin kəskin şəkildə meydana çıxdığı zaman preparat aşağıdakı sxem üzrə istifadə olunur: 1-3-cü günlər - gündə 8 dəfə 1 tablet, 4-5-ci günlər - gündə 7 dəfə 1 tablet, 6-7-ci günlər - gündə 6 dəfə 1 tablet, 8-9-cu günlər - gündə 5 dəfə 1 tablet, 10-11-ci günlər - gündə 4 dəfə 1 tablet. 12-21-ci günlər - gündə 3 dəfə. Residivlərin profilaktikası üçün günaşırı 1 tablet. Profilaktik küsün tövsiyə olunan müddəti - 6ay.

 

Əlavə təsirləri: Preparatın göstəriş üzrə və tövsiyə olunan dozalarda istifadə olunması zamanı əlavə təsirləri aşkar edilməmişdir.
Doza həddinin aşılması: Bu vaxta qədər doza həddinin aşılması barədə məlumat yoxdur.

 

Buraxılış forması: Polivinil-xlorid örtükdən və alüminium folqadan hazırlanmış konturlu yuvalı qablamada 20 tablet. 1 qablama içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 3il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: MMC «NPF «Materiya Medika», 127473, Rusiya, Moskva, 3-cü Samoteçnıy per., ev. 9.