SİSTEYN ULTRA (göz damcısı)

Lubrikant göz damcısı

 

Təsviri:

Sisteyn Ultra Lubrikant göz damcısı polietilen qlikol 400, propilen qlikol, hidroksikpropil quar, sorbit, mineral yağ, aminometilpropanol, borat turşusu, kalium xlorid, natrium xlorid və POLYQUAD” (polidronium xlorid) 0,001% qoruyucudan ibarət steril məhsuldur.

 

İstifadəsinə göstərişlər:

Sisteyn Ultra Lubrikant göz damcısı göz quruluğu səbəbindən yanma və qıcıqlanmanın müvəqqəti yüngülləşmesi üçün quru göz müalicəsi vasitəsidir.

 

Əks göstərişlər (istifade edilməma sabəbləri):

Sisteyn Ultra Lubrikant göz damcısının tərkibindəki hər hansı inqrediyentə qarşı allergiyası olan insanlar bu məhsuldan istifadə etməməlidirlər.

 

Göstərişlər:

Sisteyn Ultra Lubrikant göz damcısı lazım olduğu zaman gün ərzində istifadə edilə biler. Kontakt linzaların istifadəsilə əlaqədar göz quruluğunu müalicə etmək üçün, kontakt linzaların taxılmasından əvvəl və  çıxarılmasından sonra damcı ilə tökməklə istifadə edilə bilər.
İstifadədən əvvəl yaxşı çalxalayın. Damcıları gözünüzə tökün və gözünüzü qırpın.

 

Xəbərdarlıq:

Sizin göz həkminizin göstərişlərinə və məhsulun müvafiq istifadəsi üçün bütün qeyd edilən təlimatlara əməl etməniz mühümdür. Əgər davamlı olaraq göz narahatlığı, həddən artıq yaşın axması, görmə deyişiklikləri və gözdə qızartı halları ilə qarşılaşarsınızsa həkiminizə müraciət edin, çünki problem daha da ciddiləşə bilər.

 

Ehtiyat tədbirləri:

  • Çirklənməsinin qarşısını almaq üçün qabın pipetinin ucluğunu hər hansı səthə toxundurmayın.
  • İstifadədən sonra qapağı bağlayın.
  • Otaq temperaturunda saxlayın.
  • İstifadə edilmediyi zaman qabı sıx bağlı saxlayın.
  • Mehsulun üzerindeki qeyd olunan etibarlılıq tarixinə qədər istifadə edin.
  • Flakonun birinci dəfə açılmasından 6 aydan çox vaxt keçərsə ondan istifadə edilməməlidir.
  • Uşaqların əli çatmadığı yerde saxlayın.

 

Buraxılış forması:

Buxar və filtrasiya ilə sterilizə olunan Sisteyn Ultra Lubrikant göz damcısı ml (nümunə) və ya 10 ml (ticari ölçüsü) plastik şüşələrdə təchiz edılır.

 

ALCON CUSİ, S.A.
c/Camil Fabra, 58
08320 El Masnou - Barselona, İspaniya

ABŞ Patenti Ne 6,403,609, 6,583,124, 6,B3B,449 və
Avropa Patenti NQ 0999B25 və 1348427

© 2011 Novartis