OMEQAPİN (şərbət)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi: Hər 30 ml siropun tərkibinə daxildir:

Əsas maddələr:

  • Omeqa-3- PDYT - 1860 mq (EPT 150 mq, DHT 750 mq)
  • Vitamin D3 (xolekalsiferol) - 30 mkq
  • Vitamin A (retinol) -  1200 mkq
  • Vitamin E (tokoferol) - 15 mq
  • Vitamin C (askorbin turşusu) - 90 mq
  • Vitamin B9 (fol turşusu) - 150 mkq
  • Vitamin B12 (sianokobalamin) - 2,1 mkq
  • Həlledici bal - 30 qr

Köməkçi maddələr: Təbii aromatizatorlar: qatılaşdırılmış limon şirəsi1,9 mq, qatılaşdırılmış armud şirəsi 0,14 mq, rozmarin ekstraktı 0,001 mq, emulqator: polisorbat 20, su.

 

Farmakoloji qrupu: Vitaminlərlə zənginləşdirilmiş polidoymamış yağ turşusu

Farmakoloji xüsusiyyətləri:
Omeqapin - tərkibində DHT (dokozaheksaen turşusu) və EPT (eykozapantaen turşusu) kimi omeqa-3-polidoymamış yağ turşuları  (PDYT) var. İnsan orqanizmi özü alfa-linolen turşusundan EPT və DHT sintez etmək qabiliyyətinə malikdir, amma bu sintez çox yavaş və effektsiz olur. Ona görə də tərkibində EPT və DHT olan qida əlavələri qəbul etmək tövsiyə olunur. Omeqapin güclü membranoprotektor və antioksidant təsirə malikdir. DHT uşaq beyninin, sinir sistemi və görmə qabiliyyətinin inkişafında, koqnitiv funksiyaların formalaşmasında böyük rol oynayır. PG E2 - nin sintezini inhibə etməklə spontan düşüklərin və yarımçıq doğuşun qarşısını alır. Hamiləlik zamanı embrion ana orqanizmindən vacib PDYT-nı alır. Omeqa-3 ciftin düzgün formalaşması və orqanogenezin normal gedişi üçün vacibdir, xroniki hipoksiyanı aradan qaldırır. Qanda xolesterinin səviyyəsini tənzimləyir, mikrosirkulyasiyanı yaxşılaşdırır. Vitamin A mübadilə proseslərini tənzimləyir, görmə orqanının və selikli qişaların normal fəaliyyətini təmin edir. Orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır. Vitamin D3 kalsium mübadiləsini tənzimləyir, sümük və dişlərin düzgün minerallaşmasını təmin edir. Vitamin E fizioloji antioksidant olmaqla, hüceyrə membranlarını zədələnmədən qoruyur və onların funksional aktivliyini təmin edir. B qrupu vitaminləri maddələr mübadiləsində iştirak edir, sinir sisteminin və qan dövranının normal iş fəaliyyətini bərpa edir. Vitamin C orqanizmdə oksidləşmə-bərpaolma proseslərini nizama salır. Karbohidrat mübadiləsində, qanın laxtalanmasında, steroid hormonların və kollagenin sintezində iştirak edir, iştahanı bərpa edir, kapillyarların keçiriciliyini azaldır. Orqanizmin ümumi müqavimətini artırmaqla xəstəliklərin sağalmasında və profilaktikasında iştirak edir. Bal - zəngin qidalı maddə olub, şəkərlə müqayisədə tərkibində zülal, əvəzolunmaz yağ turşuları, vitaminlər, minerallar və flavonoidlər kimi qidalı maddələri ilə zəngindir.
Omeqapinin tərkibində armud və limon şirələri olduğu üçün qəbulu rahatdır.

 

Göstərişlər:

  • Fetoplasentar çatışmazlıq, dölün hipoksiyası
  • Spontan düşük və erkən doğuşun, hamilələrdə striyaların yaranmasının profilaktikası
  • Uşaqlarda fiziki və əqli inkişafın ləngiməsi, immunitetin zəifləməsi, diqqət defisiti fonunda hiperaktivlik sindromu
  • Ürək-damar xəstəlikləri: ÜİX, ateroskleroz, trombemboliya
  • Sinir sistemi xəstəlikləri: dissirkulyator ensefalopatiya, insult
  • Görmə aparatı xəstəlikləri

 

Əks-göstərişlər: Preparatın hər hansı bir tərkib hissəsinə qarşı individual həssaslığın olması, şəkərli diabeti olan xəstələr

 

Dozalanma və istifadə qaydası:

  • 1 yaşa qədər uşaqlar: 1 çay qaşığı gündə 1 dəfə
  • 1 yaşdan yuxarı uşaqlar: 1 çay qaşığı gündə 2 dəfə
  • Böyüklər və hamilələr: 2 çay qaşığı gündə 3 dəfə

Preparat yeməkdən sonra qəbul olunur. İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

 

Saxlanma şəraiti: Preparat otaq temperaturunda, quru və qaranlıq mühitdə, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Qablaşdırma: 190 ml şüşə flakonda, ölçü qaşığı və istifadə təlimatı ilə birgə karton qutuda

 

İstehsalçı:  «Medex» d.d., Linhartova cesta 049 A, Ljubljana, Slovenija

Distributor: «JENZEN PHARMA», Binderstrasse, 9, D – 20148 Hamburg, Germany