LAKTOSİN (kapsullar)
(Prebiotik + Probiotik = SİNBİOTİK)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Hər kapsulun tərkibi:

  • Lactobacillus casei - 0,5 milyard
  • Lactobacillus acidophilus - 1.5 milyard
  • Bifidobacterium bifudum - 1.5 milyard
  • Bifidobacterium brevis - 1 milyard
  • Streptococcus thermophilus - 0.5 milyard
  • Fruktooliqosaxaridlər - 80 mq
  • İnulin - 120 mq
  • Vitamin B9 (fol turşusu) - 600 mkq
  • Vitamin B12 - 20 mkq
  • Vitamin C - 60 mq                                                                                                                                         
  • Sink - 10 mq

 

Farmakoloji xüsusiyyətləri:

Laktosin - kombinə olunmuş sinbiotik preparat olub, bağırsaq mikroflorasının bərpasını və inkişafını təmin edir.
Laktobakteriyalar və bifidobakteriyalar - qram-müsbət anaerob mikroorqanizmlər olub, bağırsağın normal mikroflorasının 90 %-ni təşkil edir. Bağırsaq mikroflorası immun sistemin inkişafı və tam formalaşması, həzm prosesinin normal getməsi üçün əhəmiyyətlidir. Bifido- və laktobakteriyalar orqanizmi patogen və şərti-patogen mikroorqanizmlərdən qoruyur və bunu müxtəlif yollarla həyata keçirir. Belə ki, bifido- və laktobakteriyalar öz divarında olan qlikolipidlər hesabına bağırsağın selikli qişası üzərində qoruyucu örtük əmələ gətirirlər. Bağırsaqların dezinfeksiyasını təmin edən H2O2-nin sintezində iştirak edirlər. Bu bakteriyalar qısa zəncirli yağ turşuları və süd turşusu sintez etməklə bağırsaq pH-nı azaldır, patogen və şərti-patogen flora üçün əlverişsiz şərait yaradırlar. Laktobakteriyalar bifidobakteriyalar ilə birlikdə rotaviruslara və hemolitik bağırsaq çöplərinə qarşı daha güclü təsir göstərirlər.
Preparatın tərkibindəki ştammlar antibiotiklərə tolerant olduğu üçün antibiotiklərdən sonra qəbul etdikdə onların yan təsirlərini aradan qaldırır. Preparatın tərkibində laktoza və qlüten yoxdur, ona görə də allergik reaksiya törətmir, əksinə allergik xəstəliklərin profilaktika və müalicəsində tətbiq olunur.
Fruktooliqosaxaridlər (FOS) və inulin – prebiotiklər olub, bağırsaq mikroflorasının qida substratıdır. Bağırsaq mikroflorası tərəfindən enerji kimi istifadə olunaraq, onların inkişafını və aktivliyini təmin edir.
Bağırsaq mikroflorasının funksiyalarından biri də B qrupu vitaminlərini sintez etməkdir. Ona görə də disbakterioz zamanı bu vitaminlərin defisiti yaranır, həmçinin digər vitamin və mineralların sorulması pozulur. Fol turşusu və B12 vitamini qanyaranmanı və sinir sisteminin funksiyasını stimulə edir. C vitamini və sink antioksidant olub, bağırsaq infeksiyaları zamanı immuniteti gücləndirir.

 

Göstərişləri:

  • Müxtəlif mənşəli disbakterioz
  • Antibakterial preparatlarla müalicə zamanı
  • Mədə-bağırsaq traktının xroniki xəstəlikləri
  • Həzm pozğunluqları (ishal, qəbizlik, meteorizm)
  • Keyserlə doğulmuş, süni və qarışıq qidalanan uşaqlar
  • Kəskin bağırsaq infeksiyaları
  • Qurd invaziyaları
  • İmmunodefisit vəziyyətlər
  • Allergik diatezlər

                                                                                  
Əks-göstərişləri:  Preparatın komponentlərinə qarşı individual həssaslığın olması.

Dozalanması və istifadə qaydası:

  • 0-3 yaş: 1 kapsul   gündə 1 dəfə
  • 3-6 yaş: 1 kapsul gündə 2 dəfə
  • 6-12 yaş: 1 kapsul gündə 2-3 dəfə
  • 12 yaşdan böyüklərdə: 1 kapsul gündə 3 dəfə

Preparat yeməkdən əvvəl və ya yemək vaxtı daxilə qəbul edilir.

 

Əlavə təsirləri: Preparatın əlavə təsirləri təyin olunmayıb.

Saxlanma qaydası: 15-250 C hərarətdə, rütubətsiz, qaranlıq və uşaqlar üçün əl çatmaz yerdə saxlanmalıdır.

Buraxılış forması: Kapsul № 20, istifadə təlimatı ilə birgə karton qutuda.

 

İstehsalçı: SANTOPHARMA   - Bolqarıstan