KOM-FORTE (şərbət)

(Köpqovucu, spazmolitik, normokinetik)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


5 ml siropun tərkibi:

  • Adi cirə yağı (Pimpinella anísum) - 0,002 ml
  • Şüyüd yağı (Anethum graveolens) - 0,003 ml
  • Razyana yağı (Foeniculum vulgare) - 0,001 ml

   
Farmakoloji xüsusiyyətləri:

Adi cirə yağı – zəif köpqovucu təsiri vardır. MBT-nın funksiyasını normallaşdırır, həzm prosesini stimulə etməklə qazın əmələ gəlməsinin qarşısını alır. Bağırsaq divarının spazmını azaltmaqla peristaltikanı normallaşdırır. MBT-nın sekretor funksiyasını artırmaqla zəif işlədici təsir göstərir.

Şüyüd yağı -  güclü köpqovucu və spazmolitik təsiri var. Uşaqlarda kolikalar zamanı bağırsağın saya əzələlərinin spazmını azaldır. Həzmi yaxşılaşdırmaqla köpün əmələ gəlməsinin qarşısını alır, iştahanı normallaşdırır. MBT-da qıcqırma və iltihabi prosesləri azaldır. Həmçinin sedativ və zəif işlədici təsirlərə malikdir. Südverən analarda laktasiyanı artırır.

Razyana yağı – köpqovucu və MBT-da ağrını azaldıcı təsirə malikdir. Həzm pozğunluğu, qıcqırma, ürəkbulanmanı aradan qaldırır. Bu da həmçinin südverən analarda laktasiyanı artırır.
Kom-forte südverən analarda həm laktogen təsir göstərir, həm də köpü azaltmaqla uşağın sancılanmasının qarşısını alır.

 

Göstərişlər:

  • Aerofagiya
  • Meteorizm
  • Kolika
  • Uşaqlarda yeməkdən sonrakı qaytarmalar
  • Spastik kolit

   
Əks-göstəriş: Mədə-bağırsaq qanaxmaları, “kəskin qarın”.

Dozalanma və istifadə qaydası:

  • 0-6 ay 5 ml gündə 2-4 dəfə
  • 6 ay - 2 yaş 10 ml gündə 2-4 dəfə
  • 2 yaşdan yuxarı və böyüklərdə 15 ml gündə 2-4 dəfə

Preparat yeməkdən 5-10 dəqiqə əvvəl istifadə olunur.
     
Buraxılış forması: Flakon 100 ml

İstehsalçı: Pharmex Rom İndustry - Rumıniya