HEPAŞOK (kapsullar)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi: 1 kapsulun tərkibinə daxildir:
Ənginar ekstraktı (Ext. Cynara scolymus) - 200 mq
Südlü qanqal (Silybum marianum) - 50 mq
Çiçək tozu - 125 mq

 

Farmakoloji qrupu: Kombinə olunmuş təbii hepatoprotektor

Farmakoloji xüsusiyyətləri:

Hepaşok kombinə olumuş preparatdır, orqanizmdə aşağıdakı funksiyaları yerinə yetirir:

  • Ödqovucu təsir – hepatositlərdə öd sekresiyasını artırır və ödçıxarıcı yolların tonusunu azaltmaqla ödün qovulmasını asanlaşdırır;
  • Hipoxolesterinemik təsir – xolesterinin qaraciyərdə biosintezini inhibə edir və orqanizmdən xaric olmasını sürətləndirir;
  • Hepatoprotektor təsir – hepatositlərin membranına dağıdıcı təsir göstərən faktorları neytrallaşdırır, zədələnmiş hepatositlərdə zülal və fosfolipid sintezini artırmaqla membran stabilliyini bərpa edir;
  • Antioksidant təsir – hüceyrədaxili antioksidant ferment sistemini (SOD, qlütation, katalaza və s.) aktivləşdirir, tənəffüs fermentlərinin aktivliyini stimulə edir;
  • İmmunostimulyator təsir – immuniteti artırmaqla qaraciyərin detoksikasion funksiyasını yaxşılaşdırır və qaraciyərin bərpa olmasını sürətləndirir;
  • Renoprotektor təsir –azot mübadiləsinin son məhsullarının orqanizmdən xaric olunmasını sürətləndirir;
  • Hamilələrdə mədə turşuluğunu azaldır, ürəkbulanma, qusma və ptializmi (ağız suyu ifrazının artması) aradan qaldırır.

 

Göstərişlər:

  • Xroniki xolesistit, xroniki hepatit, sirroz
  • Qaraciyər distrofiyası və piy infiltrasiyası (steatoz)
  • Hamiləlik toksikozları (ptializm)
  • Xroniki nefrit, böyrək çatışmazlığı
  • Qaraciyər ensefalopatiyası
  • Şəkərli diabet, lipid mübadiləsi pozğunluğu
  • Köp və qəbizliyin kompleks müalicəsi
  • Xroniki intoksikasiyalar (peşə)
  • Pis vərdişlər (alkoqol, kofe, siqaret, narkotik)
  • Hepatotoksik preparatlarla yanaşı (antihelmint, qıcolma əleyhinə, antibiotiklər)

 

Əks-göstərişlər: İndividual həssaslıq, öd daşı və sidik daşı xəstəliyi, qaraciyər, böyrək, öd kisəsi və sidikçıxarıcı yolların kəskin xəstəlikləri, qaraciyər çatışmazlığı.

 

Dozalanma və istifadə qaydası: 1 kapsul gündə 1-2 dəfə yeməkdən əvvəl 1 stəkan su ilə qəbul olunur.

Saxlanma şəraiti: Preparat otaq temperaturunda, quru və qaranlıq mühitdə, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Qablaşdırma: kapsul № 30  istifadə təlimatı ilə birgə karton qutuda

 

İstehsalçı:
«Medex» d.d., Linhartova cesta 049 A
Ljubljana, Slovenija
Distributor:
«JENZEN PHARMA», Binderstrasse, 9
D – 20148 Hamburg, Germany