FERAPİN (şərbət)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi: Hər 30 ml siropun tərkibinə daxildir:

Əsas maddələr:

  • Qatılaşdırılmış çuğundur şirəsi - 6800 mq
  • Çuğundur şirəsi - 6400 mq
  • Arı südü - 440 mq
  • Propolis ekstraktı - 40 mq
  • Bal - 26,8 qr
  • Vitamin A - 1600 mkq
  • Vitamin C - 160 mq
  • Vitamin E - 24 mq

Köməkçi maddələr: natrium benzoat, kalium sorbat, su.

 

Farmakoloji qrupu: Təbii antianemik preparat

Farmakoloji xüsusiyyətləri:
Ferapin - kombinə olunmuş təbii antianemik preparatdır. Çuğundur şirəsi tərkibi dəmir, yod, mis və çoxsaylı vitaminlərlə (B12, fol turşusu və s.) zəngin olduğundan sümük iliyinə stimuləedici təsir göstərir, hemopoezi sürətləndirməklə qanyaradıcı effekt göstərir. Bundan başqa metabolik prosesləri stimulə edir. Buna görə də çuğundur şirəsi müxtəlif mənşəli anemiyaların, ateroskleroz və ürək-damar xəstəliklərinin müalicəsində geniş istifadə olunur. C vitamini dəmirin biomənimsənilməsini aktivləşdirir. E vitamini eritrositlərin membranına stabilləşdirici təsir göstərməklə onların parçalanmasının qarşısını alır. Arı südü və propolis amin turşularla zəngin olduğundan hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir. Ferapin təbii olduğu üçün yeməkdən asılı olmadan və uzun müddətli təyin oluna bilər. Yan təsir (ağızdan pis iyin gəlməsi, ürəkbulanma, diareya, dişlərdə qaralma və s.) vermir. Hamilələrdə istifadə zamanı dölün qaraciyərinə təsir göstərmir.    

 

Göstərişlər:

  • Müxtəlif mənşəli anemiyalar
  • Dəmirə tələbatın artdığı dövr: intensiv inkişaf, hamiləlik və laktasiya, infeksion xəstəliklər, dieta və s.
  • Qanaxma nəticəsində yaranan anemiyalar: cərrahi əməliyyatdan sonra, doğuş və abortdan sonra, burun qanaxmaları
  • Mədə-bağırsaq xəstəlikləri

   
Əks-göstəriş: İndividual həssaslığın olması, hemolitik anemiya

 

Dozalanma və istifadə qaydası:

  • 5 yaşa qədər uşaqlar: 1 çay qaşığı gündə 1 dəfə
  • 5 yaşdan yuxarı uşaqlar: 1 xörək qaşığı gündə 1 dəfə
  • Böyüklər və hamilələr: 1 xörək qaşığı gündə 2 dəfə

Preparat yeməkdən əvvəl və ya sonra 2-3 ay müddətində qəbul olunur. İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

 

Saxlanma şəraiti: Preparat otaq temperaturunda, quru və qaranlıq mühitdə, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Qablaşdırma: 200 ml şüşə flakonda, ölçü qaşığı və istifadə təlimatı ilə birgə karton qutuda

 

İstehsalçı:
«Medex» d.d., Linhartova cesta 049 A
Ljubljana, Slovenija
Distributor:
«JENZEN PHARMA», Binderstrasse, 9
D – 20148 Hamburg, Germany