ENTELAKT (şərbət)
(Prebiotik, osmotik işlədici, detoksikant)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi: Hər 5 ml-də 3,33 qr Laktuloza var.

Farmakoloji xüsusiyyətləri:
Preparatin aktiv maddəsi laktuloza – süd şəkərinin sintetik forması olub, həzm olunmayan maddədir. Peroral qəbul zamanı  mədə - bağırsaq traktından sorulmur. Sintetik olduğu üçün insan orqanizmində müvafiq fermenti yoxdur, ona görə laktuloza MBT-nın yuxarı hissəsində parçalanmır və yoğun bağırsağa dəyişilməmiş formada daxil olur.

 

Entelakt orqanizmdə aşağıdakı təsirləri göstərir:

Prebiotik təsir – bağırsaq mikroflorasını qaydaya salan vasitədir. Yoğun bağırsaqda Entelakt   bağırsaq mikroflorasının qida substratıdır. Beləliklə, fəal inkişaf edən bifido- və lakto-bakteriyalar üzvi maddələr ifraz edir və bununla patogen  mikroorqanizmlərin həyat fəaliyyətini azaldır. Nəticədə patogen bakteriyalarla ifraz olunan toksinlərin qana daxil olması azalır.

Osmotik işlədici təsir - Entelaktın təsiri altında yoğun bağırsaqda osmotik təzyiq dəyişilir, bu isə suyun orqanizmdən bağırsağa yenidən qaytarılmasına səbəb olur. Beləliklə nəcis kütləsinin həcmi artır, nəcis yumşalır və bağırsaq peristaltikasına təkan verilir. Nəticədə bağırsaqların normal fəaliyyətini təmin edir. Entelakt vitaminlərin absorbsiyasını azaltmır və öyrəşməyə səbəb olmur.

Detoksikant təsir -  laktuloza mikroflora tərəfindən hidroliz olunaraq parçalandıqda hidrogen ionları əmələ gəlir və bağırsaqdan sorula bilən ammonyakı sorula bilməyən ammoniuma çevirir. Bununla orqanizmin zəhərlənməsinin qarşısı alınır və mərkəzi sinir sisteminin neyrotoksinlərdən müdafiəsi təmin olunur.

 

İstifadəsinə göstərişlər:

  • Hamilələrdə, yaşlı insanlarda və uşaqlarda qəbizlik
  • Yenidoğulmuş və südəmər uşaqlarda (xüsusilə Keyserlə doğulmuş və süni qidalanan uşaqlar) bağırsaq mikroflorasının formalaşması və bərpası üçün
  • Bağırsaq mikroflorasının pozulmasında (bağırsaq dizbakteriozu,  antibiotikoterapiyadan sonra)
  • Xroniki spastik qəbizlik
  • Qaraciyər ensefalopatiyası (koma və prekoma daxil olmaqla)
  • Kolit, salmonellyoz
  • Allergik xəstəliklər (dermatit, ekzema, övrə)
  • Babasil düyünlərinin götürülməsindən sonra ağrı zamanı
  • Qurd xəstəliklərinin kompleks müalicəsi zamanı

 

Əks-göstərişlər: İndividual həssaslığın olması, qalaktozemiya, bağırsaq keçməzliyi.

İstifadə qaydası və dozası:

  • 0-1 yaş: 5 ml gündə 1 dəfə
  • 1-6  yaş: 10 ml gündə 1 dəfə  
  • 6-14 yaş: 15-20 ml gündə 1 dəfə
  • Böyüklər və hamilələrdə: 30 ml gündə 1 dəfə

Preparat səhər y/əvvəl və ya y/vaxtı suya qarışdırılaraq istifadə olunur. Entelakt 2-3 gündən sonra maksimal effekt göstərir. Müalicənin əvvəlində məsləhət görülən doza artırıla bilər, 2-3 gündən sonra saxlayıcı dozaya keçilir.

 

Buraxılış forması: Sirop  200 ml

İstehsalçı: LAİNCO -  İspaniya