OSSİFİX FORTE (sirop)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
10 ml siropun tərkibinə daxildir:

  • Calsium sitrat - 800 mg
  • Maqnezium hidroksid -150 mg
  • Vitamin D3 (xolekalsiferol)  - 10 mcg (400 BV)
  • Sink qlukonat - 10 mg
  • Lizin - 50 mg

 

Farmakoloji xüsusiyyətləri:
Kalsium sümüklərin və dişlərin mineralizasiyası üçün lazım olan əsas mikroelementdir, həmçinin sinir-əzələ keçiriciliyində iştirak edir. Maqnezium kalsiumun endogen metabolizmində iştirak edir, böyrəklərdə kalsiumun reabsorbsiyasını artırır və kalsium mənşəli böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Spazmolitik təsiri var. Sink sümüklərdə regenerasiya proseslərini stimulyasiya edir. Kalsium ilə sinergist təsir göstərərək osteositlərin metabolizmini yaxşılaşdırır. Xolekalsiferol orqanizmin sərt toxumaları tərəfindən kalsiumun mənimsənilməsini təmin edir. Həmçinin osteoblastlarda DNT sintezini sürətləndirməklə sümük hüceyrələrinin miqdarını artırır.

OSSİFİX FORTE calsium və fosfor, la – hidroksivitamin D3 mübadiləsinin tənzimləyicisidir. Preparat bağırsaqda calsium və fosforun absorbsiyasını, böyrəklərdə reabsorbsiyasını artırır; sümük toxumasının minerallaşmasını tənzimləyir. Ossifix-in təsir mexanizmi onun tərkibinə daxil olan komponentlərin xüsusiyyətləri ilə təyin olunur. Lizin əvəz olunmayan aminturşudur, absorbsiyası üçün vacib olan vitamin D ilə kombinasiyada sümük toxumasının, dişlərin düzgün formalaşması və inkşafına səbəb olaraq osteoporozun qarşısını alır. Sink reproduktiv orqanların, prostat vəzinin, piy vəzilərinin funksiyasının, zülal və kollagen sintezinin tənzimlənməsi, immun sistemin müdafiə funksiyasının, yara sağaldıcı effektin artırılması üçün vacibdir. Sink qaraciyəri kimyəvi təsirlərdən müdafiə edir və sümüyün regenerasiyasında mühüm rol oynayır. İnsulinin əsas tərkib hissəsidir, sərbəst radikalların yaranmasının qarşısını alır. L-lysine bütün zülalların tərkibinə daxildir. Uşaqlarda sümük və boy artımında, böyüklərdə calsiumun bağırsaqda sorulması və azot mübadiləsinin tənzimlənməsində böyük rol oynayır. Lizin antitel, hormon, fermentlərin sintezi, kollagenin formalaşması və toxuma regenerasiyasında iştrak edir, epitelial hüceyrələrin sərbəst radikalların təsirindən müdafiəsini təmin edir. Bu aminturşunun defisiti anemiya, göz almasında qansızmaya, fermentativ pozğunluqlara, yorğunluq və halsızlıq, boy artımının, bədən çəkisinin azalmasına səbəb olur. Genitial və dodaqda herpes residivlərinin yaranmasının qarşısını alır. Yaddaşı, dırnaq və tüklərin strukturunu yaxşılaşdırır. OSSİFİX herpes və kəskin respirator infeksiyalara virusəleyhinə təsir göstərir.

 

Göstərişlər:

  • Raxit xəstəliyinin müalicəsi və profilaktikası;
  • Uşaqlarda kalsium defisiti əlamətləri (əmgəyin gec bitişməsi, dişlərin gec çıxması,karies və s.);
  • Kalsiuma tələbatın artması (hamiləlik,laktasiya və intensiv böyümə zamanı )
  • Qıcolma sindromu,spazmofiliya;
  • Sınıqlardan sonra reabilitasiya dövrü;
  • Diuretiklərin, qıcolma əleyhinə preparatların və qlükokortikoidlərin uzunmüddətli qəbulu zamanı təyin olunur.


ƏKS GÖSTƏRİŞLƏRİ: Hiperkalsiemiya,preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.

 

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:

  • 0-1 yaş arası uşaqlarda: 2,5 ml (½ çay qaşığı) gündə 2 dəfə və ya 1 çay qaşığı gündə 1 dəfə, 2 ay müddətində qəbul edilir.
  • 8 yaş  arası uşaqlarda: 10 ml (2 çay qaşığı) gündə 1 dəfə, 2 ay müddətində  qəbul edilir.
  • 9 – 18 yaş arası uşaqlarda: 15 ml (3 çay qaşığı)  gündə 1 dəfə, 2 ay müddətində  qəbul edilir.
  • 18 yaşdan böyük şəxslər: 10 ml (2 çay qaşığı)  gündə 3 dəfə qəbul edilir. Preparat yeməkdən əvvəl qəbul olunmalıdır.

 

Buraxılış forması: flakon 150 ml.