OMEGA JUNİOR (damcı)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi (30ml):

  • Omega3 – 4,26 g
  • Omega 6 ( Linolin turşusu ) – 12,75 g
  • Omega 3 (Alfa-linolin turşusu ) – 2,94 g
  • Vitamin E - 30 mg
  • Vitamin B6 - 6 mg

 

Farmakoterapevtik qrupu: Hipolipidemik vasitə.

Farmakoloji xüsusiyyətləri:
Omeqa 3 - membranoprotektor, antidepressant, iltihabəleyhinə, antiaterosklerotik, immunomodulyasiya xüsusiyyətlərinə malikdir. Orqanizmdə xolesterinin, triqliseridlərin və aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini aşağı salır, revmatoid və ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır, qanın reoloji xüsusiyyətlərini, maddələr mübadiləsini normallaşdırır, un tərkibindəki doymamış yağ olan Omeqa 3 (linolenik) qoz, balıq, bütün yaşıl yarpaqlı bitkilərin tərkibində mövcuddur və insan üçün əsas yağlardan biridir. Orqanizm üçün vacib olan Omeqa 6 və Omeqa 3 yağları müvazinətli şəkildə qəbul edilməsinin faydaları aşağıdakı kimi göstərilir: beyin toxumasının inkişafını, görməni inkişaf etdirir, yaraların birincili sağalması, sınıqların bitişməsinin tezləşməsində böyük rol oynayır. Enerji mübadiləsini tezləşdirir. OMEGA junior qan damarlarında qanın qatılığını azaldaraq, qan dövranını artırır. OMEGA junior-un tərkibindəki vitamin B6-zülalların, yağların və karbohidratların mübadiləsində, hemoqlobinin əmələ gəlməsində, sümüklərin struktur və funksional inkişafında rol oynayır. Sinir hüceyrələrində maddələr mübadiləsini yaxşılaşdırır.

Vitamin E (alfa-tokoferol) – güclü antioksidantdır, orqanizm hüceyrə membranını və essensial yağ turşularını sərbəst radikallarla zədələnmədən qoruyur.
İmmun sistemi artırır, sinir hüceyrələrinin qidalanmasını və əqli qabiliyyəti yaxşılaşdırır. Ürək-damar xəstəliklərinin, aterozklerozun əmələ gəlməsinin qarşısını alır.

 

İstifadəsinə göztərişlər:

  • Sinir sistemi xəstəlikləri (beyin qan dövranının pozğunluqları);
  • Stress vəziyyəti, depressiyalar;
  • Allergik xəstəliklər;
  • Endokrin sistemi xəstəlikləri (qalxanvari və böyrəküstü vəzilərin funksiyasının azalması);
  • Həzm sistemi orqanlarının xəstəlikləri (qaraciyər piy distrofiyası, xolesistit, qastrit, mədə və 12 barmaq  bağırsaq xorası);
  • Dəri xəstəlikləri (psoriaz, dermatit, dəri quruması);
  • Revmatoid artrit;
  • İmmundepressiv hallar.

 

Istifadə qaydası və dozası:

  • 0-1 yaş arası uşaqlarda: 10 damcı gündə 3 dəfə, 2 ay müddətində qəbul edilir.
  • 1- 8 yaş  arası uşaqlarda: 20 damcı gündə 3 dəfə, 2 ay müddətində qəbul edilir.
  • 9–18 yaş arası uşaqlarda: 30 damcı gündə 3 dəfə, 2 ay müddətində qəbul edilir.

 

Əks göstərşləri: Preparatın hər hansı komponentinə qarşı allergik reaksiyalar.

Buraxılış forması: Flakonda 30ml şərbət damcı formasında.1 flakon içlik vərəqi ilə birgə karton qutuya yerləşdirilmişdir.

İstehsalçı: Gydonia Bosniya.