SİSTİKAP (kapsullar)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

TƏRKİBİ:
1 Sistikap kapsulun tərkibinə daxildir: Şimali Amerika quşüzümü (Vaccinium macrocarpon;Cranberry) - 400 mg

 

FARMAKOLOJİ XÜSUSİYYƏYLƏRİ:
SISTIKAP preparatı uroseptik, urospazmolitik, diuretik, antiseptik təsirlərə malikdir.

SISTIKAP preparatının tərkibinə daxil olan quşüzümü meyvəsinin əsas təsiredici komponeneti proantosianidlərdir (PAS). PAS uropatogen mikroorqanizmlərin (E. Coli və digərləri) P-fimbriyaları ilə sidik yollarının selikli qişası arasında olan əlaqəni (birləşməni, yapışmanı) dağıdaraq, xəstəlik törədici bakteriyaların sidik yollarının divarlarına toplanmasının, yapışmasının qarşısını alır (antiadgeziv təsir göstərir), sidikçıxarıcı yolların divarlarını bakterial infeksiyalardan qoruyur.

Quşüzümü meyvəsinin tərkibində bioloji aktiv maddələr - qlikozid vaksinin, flavanoidlər; triterpen turşuları - ursol, olean; uzvi turşular – limon, benzoy, oksiqlutar, xinin; şəkər (qlukoza, fruktoza), pektin, azotlu maddələr, fitonsidlər vardır.
Quşüzümü meyvəsinin tərkibi vitaminlərlə (Vitamin C, B1, B2, B5, B6, PP), makro- və mikroelementlərlə (kalium, fosfor, kalsium, dəmir, yod, magnezium, xrom, sink və s) də zəngindir.

Quşüzümü meyvəsinin tərkibindəki ursol turşusu sidikqovucu təsir göstərərək,böyrəklərdə və sidik kisəsində daş əmələgəlmənin qarşısını alır.

Quşüzümü meyvəsi güclü antioksidantdır. Tərkibindəki antosianidlər, vitamin C, karotinlər, flavonoidlər, mikroelementlər sərbəst radikalları neytrallaşdırır. Quşüzümü meyvəsi tərkibindəki fenol birləşməsi sayəsində isə, bakteriosid təsir göstərir.

Quşüzümü həmçinin ürək-damar sistemi üçün də çox əhəmyyətlidir, o, xolesterin mübadiləsini normallaşdırır, antiaterosklerotik təsir göstərir. Trombəmələgəlmənin qarşısını alır.

Quşüzümü həmçinin mədə və mədəaltı vəzin sekresiyasını, bağırsağın, qaraciyərin  fəaliyyətini, həzmi, iştahanı, yaxşılaşdırır.

 

GÖSTƏRİŞLƏRİ:

  • Sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri (pielonefrit, nefrit, sistit, uretrit)
  • Böyrək polikistozu
  • Sidik daşı xəstəliyinin kompleks müalicəsi və profilaktikası
  • Prostatit və prostat vəzin adenomasının kompleks müalicəsi
  • Bakteriuriya
  • Hamilələrdə sidik yollarının infeksiyaları
  • Şəkərli diabet xəstələrində sidik yollarının infeksiyaları

 

ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın hər hansı bir komponentinə qarşı həssaslıq, hiperasid qastrit, mədə və 12 barmaq bağırsaq xorası.

HAMILƏLIK VƏ LAKTASIYA DÖVRÜNDƏ ISTIFADƏSI:

Sistikap preparatı hamiləlik dövründə istifadə oluna bilər mi?
Bilirik ki, quşüzümü meyvəsinin tərkibi Vitamin C ilə çox zəngindir.Vitamin C isə,dəmir və fol turşusu mübadiləsində əhəmiyətli rola malikdir, əksər vitamin və mineralların mənimsənilməsini sürətləndirir,bir sıra hormonların sintezində, qanın laxtalanmasında iştirak edir, iltihabəleyhinə təsir göstərir. Hamilə qadınlar isə, yuxarıda sadalanan problemlərlə tez-tez üzləşirlər. Quşüzümü meyvəsi tərkibindəki yüksək miqdarda Vitamin C sayəsində orqanizmin bu problemlərlə mübarizə qabiliyyətini artırır. Bundan əlavə, Vitamin C orqanizmin müqavimətini artiraraq, orqanizmi infeksiyalardan qoruyur, sağalma prosesini isə, sürətləndirir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI: 1 kapsuldan gündə1- 2 dəfə səhər və axşam  qəbul edilməlidir.

BURAXILIŞ FORMASI: Sistikap  kapsula N 30

İSTEHSAlÇI:  “Product Natura” Fransa
Marketing authorization belongs to  FARMAVITA. LTD