SONNO (damcı)

Sakitləşdirici və yuxugətirici vasitə.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Passiflora incarnata, maltodextrin (Passiflora duru ekstrakt) - 120mq
Melissa officinalis, maltodextrin (Ballı nanə ekstrakt) - 30mq
Tilia cordata, maltodextrin (Cökə ekstraktı) - 60mq

Farmakoloji xüsusiyyətləri:
Passiflora ekstraktı Passiflora inkarnata-dan alınan sedativ preparatdır. İstifadə edilən şəxslərdə sakitləşdirici təsir göstərir, gərginlik və narahatlıq hisslərini, həmçini spazmı aradan qaldırır. Melissa officinalis, ballı nanə ekstraktı-həyacan və qorxu hissini aradan qaldırır, yaddaşı yaxşılaşdırır, mikrosirkulyasiyanı və sinir keçiriciliyini yaxşılaşdırır. Antitrombotik (venalarda trombun əmələ gəlməsinin qarşısını alır), antixolisterinermik (qanda xolesterin miqdarını aşağı salır), sedativ, qıcolma əleyhinə, spazmolitik, ağrıkəsici, antihistamin təsir göstərir, ürəkbulanma və qusmanı aradan qaldırır. Tərkibində olan acı maddələr selik ifrazına səbəb olur, mədə şirəsinin ifrazını stimullaşdıraraq iştahanı qaldırır. Metiorizmə müalicəvi təsir göstərir. Tilia cordata, Cökə ekstraktı-sedativ təsiri ilə yanaşı qıcolma əleyhinə təsir göstərir. Cökə ekstrakti sidikqovucu, öd qovucu, tər ifrazını artırdığına görə-iltihab əleyhinə, ümumi intoksikasiya zamanı.

 

İstifadəsinə göztərişlər:

Dissomniya (gec yuxuya getmə, səthi yuxu və s);
Uşaqlarda kəllədaxili təzyiq;
Müxtəlif mənşəli qıcolmalar, nevrozlar;
Ensefalopatiya;
Uşaqlarda hiperaktivlik və diqqət yayğınlığı sindromu.

 

Əks göstərşləri:

Preparatın tərkibində olan komponentlərə qarşı individual hiperhəssaslıq

 

Istifadə qaydası və dozası:
0-1 yaş arası uşaqlarda 5 damcı gündə 1 dəfə;
1-6 yaş arası uşaqlarda 5 damcı gündə 2 dəfə;
6-12 yaş arası uşaqlarda 10 damcı gündə 3 dəfə təyin olunur. Maksimal gündəlik doza – 30 damcı (200 mq).

 

Buraxılış forması: Flakonda 30ml flakon içlik vərəqi ilı birgə karton qutuya yerləşdirilmişdir.

Saxlanma şəraiti: 25C -dək temperaturdan aşağı olmaqla quru və qaranlıq şəraitdə, uşaqlar üçün əlçatmaz yerdə saxlanılır.   

 

İstehsalçı:

Pharmalife Research S.R.L. Lecco-İtaly