DİOS-VEN (kapsullar)
Mikronizə olunmuş flavonoid fraksiyası

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
                                        

Tərkibi:
1 kapsulun tərkibinə daxildir:
Təsiredici maddə: 500 mg mikronizə olunmuş  flavonoidlərin təmizlənmiş fraksiyası -Diosmin  450 mg, Hesperidin  50 mg .
Köməkçi maddə: Aerosil ® 200

 

Farmakoterapevtik qrupu: Angioprotektor və mikrosirkulyasiyanın korrektoru.

Farmakoloji xüsusiyyətləri: venotonik, angioprotektiv, venoprotektiv.

DIOS-VEN venaların tonusunu artırır, venoz durğunluğu və venoz stazın həcmini azaldır. Kapillyarların rezistentliyini artırır, onların keçiriciliyini azaldır, mikrosirkulyasiyanı yaxşılaşdırır. DIOS-VEN leykositlərin damar endotelinə yapışmasının qarşısını alır, nəticədə iltihab mediatorlarının vena klapanlarına zədələyici təsirinin qarşısı alınır.

Tərkibindəki diosmin unikal texnologiya – mikronlaşma - əsasında emal olunmuşdur, bu səbəbdən də, tərkibinə mikronizə olunmamış diosmin daxil olan bənzər preparatlarla müqayisədə tam və sürətli absorbsiya olunur, tez təsir göstərir.

Əməliyyatdan sonrakı dövrdə ortostatik hipertenziya zamanı damar müqavimətini artırır, sistolik və diastolik təzyiqi yaxşılaşdırır. Limfatik drenajı yaxşılaşdırır, venoz və limfa ödemlərinin həcmini azaldır.

Uşaqlıqdaxili spiral təyinindən və fleboektomiyadan sonra baş verən qanaxmaların profilaktikası zamanı effektivliyini təsdiqləyən məlumatlar da mövcuddur.

Farmakokinetikası:
Qəbuldan 2 saat sonra MBT-dan tez sorulur. Plazmada Cmax 5 saatdan sonra müəyyən olunur. Aşağı boş vena (Vena cava inferior) nahiyyəsində, aşağı ətrafların dərialtı venalarında, az miqdarda - böyrəklərdə, qaraciyərdə, ağciyərdə, çox az miqdarda isə digər orqan və toxumalarda toplanır. Diosmin və/və ya onun metabolitlərinin seçici olaraq toplanması 9 saat müddətində maksimum həddə çatır və 96 saat davam edir. Hematoplasentar baryeri keçmir.

Əsasən böyrəklərlə - 79%, ödlə - 2,4% və nəcislə 11% xaric olunur.

 

İstifadəsinə göstərişlər:

  • Aşağı ətraf venalarının  funksional və üzvi mənşəli varikoz genişlənməsi (ayaqlarda ağırlıq hissi,ağrı,qıcolmalar,ödem,trofik pozğunluqlar);
  • Aşağı ətrafların xroniki limfavenoz çatışmazlığı;
  • Kəskin və xronik  hemorroidal xəstəlik;
  • Mikrosirkulyasiyanın pozulması.

 

Əks göstərişlər: Hiperhəssaslıq olarsa.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Heyvanlar üzərində aparılmış tədqiqatlarda diosminin teratogen effektləri müəyyən edilməmişdir.
Klinik tədqiqatlarda preparatın hamiləliyin gedişatına və dölün inkişafına zərərli təsirləri (teratogen effektlər) aşkar olunmayıb. Lakin hamiləlik dövrünün 1-ci trimestrində preparatın qəbulu məsləhət deyildir.
FDA tərəfindın dölə təsir kateqoriyası — müəyyən edilməmişdir.
Müalicə müddətində ana südü ilə qidalandırma tövsiyə olunmur (preparatın südə keçməsi barədə məlumat olmadığından).

 

İstifadə qaydası və dozası:

Preparat daxilə qəbul olunur.
Xroniki venoz çatışmazlıq zamanı: gün ərzində 2 kap. (günorta və axşam) yemək zamanı, 2 ay müddətində;

Ağır forma xroniki limfavenoz çatışmazlıq zamanı (ödem, ağrı, qıcolmalar):  müalicə  müddəti  3-4 ay davam etdirilir;

Trofik dəyişikliklər və yaralar olan zamanı: müalicə müddəti 6 ay və daha çox davam etdirilməlidir.

Ehtiyac olarsa, müalicə kursu 2-3 aydan sonra təkrar oluna bilər.

Xronik hemorroidal xəstəlik zamanı: 1 kapsul  gündə 2 dəfə, yemək zamanı qəbul olunmalıdır. 7 gün müalicədən sonra dozalanma rejimini dəyişərək, 2 kapsul  gündə 1 dəfə, yemək zamanı qəbul etmək olar. Müalicə müddəti 1-2 ay davam etməlidir.

Kəskin hemorroidal xəstəlik zamanı: 3 kapsul gündə 2 dəfə,4 gün,daha sonra isə 2 kapsul gündə 2 dəfə,3 gün qəbul olunmalıdır.

Uretrogen prostatitlər zamanı: 1 kapsul gündə 2 dəfə, 2-4 həftə müddətində qəbul olunmalıdır.

Hamilə qadınlarda II-III trimestrdə xroniki limfavenoz çatışmazlığın müalicəsi zamanı, preparatın qəbulu doğuş müddətinə 2-3 həftə qalmış dayandırılmalıdır.
Əgər preparatın qəbulunu bir və ya bir neçə gün unutmusunuzsa, preparatın sonrakı istifadəsi həmişəki qaydada davam etdirilməlidir.

 

Əlavə təsirləri: MBT və neyrovegetativ sistemdə müalicənin dayandırılmasını tələb etməyən diskomfort hissi ola bilər.

Buraxılış forması: 10 kapsul, blisterlərdə. 3 blister (30 kapsul) içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.